Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün798
DünənDünən3053
Bu həftəBu həftə3851
Bu ayBu ay98819
Bu günə qədərBu günə qədər8460450

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Moskva vilayətində qasırğa nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

Moskva regionunda qasırğa qurbanlarının sayı 16 nəfərə yüksəlib. 

Dalga tvOxu.Az-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, onlardan 11-i Moskvada, digər 5-i isə Moskva ətrafında həlak olub.

Təbii fəlakət nəticəsində xəsarət alanların sayı və dəyən zərərin həcmi dəqiqləşdirilir. Ölənlər arasında bir yeniyetmənin olduğu məlumdur.  

Daha öncə Moskvada qasırğa zamanı 170 nəfərin xəsarət aldığı, onlardan 146-nın xəstəxanaya yerləşdirildiyi, 108 nəfərin isə hələ də xəstəxanada olduğu barədə məlumat yayılmışdı. 

Moskvada güclü qasırğa zamanı 3,5 mindən çox ağac kökündən qopub, 1,5 mindən çox avtomobilə və 140-dan çox yaşayış evi və inzibati binanın dam örtüyünə zərər dəyib.

Şri-Lankada daşqınlar 146 nəfərin həyatına son qoyub

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat verib.

Məlumatda bildirilir ki, təbii fəlakət nəticəsində daha 112 nəfər itkin düşüb. Təxminən 500 min nəfər evlərini tərk etməyə məcbur olub.

Təbii Fəlakətlərlə Mübarizə Mərkəzinin məlumatına görə, daşqınlar nəticəsində təxminən iki min ev zədələnib və ya tamamilə dağılıb. Qeyd olunur ki, yağışların bir müddət kəsilməsi hakimiyyət orqanlarına bütün əmlakını itirmiş insanlara zəruri malların çatdırılmasına imkan verib.

Artıq Şri-Lanka BMT-ə və Cənubi Asiya ölkələrinə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında kömək üçün müraciət edib.

Qeyd edək ki, ilkin məlumatda 122 nəfərin həlak olduğu bildirilirdi.

Rusiyadan Türkiyəyə uçan təyyarə sərnişinlərin dalaşması səbəbindən təcili eniş edib

Bu səhər Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan sərnişin təyyarəsi iki sərnişin arasında baş verən dava-dalaş səbəbindən Krasnodara təcili eniş edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla saat 05.30-da Krasnodar aeroportuna enib. Təyyarədə özünü qaydalara uyğun aparmayan 2 sərnişin polis şöbəsinə gətirilib. Onlardan birinin sərxoş olduğu üzə çıxıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Təyyarə isə 07.30 radələrində reys üzrə uçuşunu davam etdirib. 

Serbiya paytaxtında güclü partlayış baş verib

Serbiya paytaxtının Novıy Belqrad rayonunda güclü partlayış baş verib. APA-nın xəbərinə görə, bu barədə yerli  b92 xəbər portalı məlumat yayıb.

Serbiya DİN-nin məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb. Partlayışın səbəbləri hələlik məlum deyil.

İnsident biznes mərkəzinin yaxınlığında baş verib. Hadisə yerinə xeyli sayda polis və yanğınsöndürənlər cəlb edilib. 

Londonda partlayış təhlükəsi səbəbindən teatr binası təxliyyə edilib

Londonun "Old Week" teatrı partlayış təhlükəsi səbəbindən təxliyyə edilib.

Dalga tv "Report"a istinadən xəbər verir ki, bu barədə "Independent" yazıb.

Tamaşaçıların sözlərinə görə, təhlükəsizlik xidmətinin əməkdaşları tamaşa zamanı səhnəyə çıxıblar və binada təhlükəli əşyanın ola biləcəyini xəbər veriblər.

Polisdən bildirilib ki, telefonla aldıqları məlumatdan sonra təxliyyə barədə qərar qəbul ediblər. Hazırda asayiş keşiçiləri tert binasına baxış keçirir.

Türkiyədə avtobus aşıb: 8 nəfər ölüb

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dalga tv  APA-ya istinadən xəbər verir ki, Kastamonu vilayətindən Ankaraya gedən sərnişin avtobusu paytaxtın Kalecik rayonu ərazisində aşıb.

İlkin məlumata əsasən, 8 nəfər ölüb, 34 nəfər yaralanıb.

Əfqanıstanda partlayış: 18 ölü

Əfqanıstanın şərqində Host əyalətində baş vermiş partlayış nəticəsində 18 nəfər həlak olub.

Dalga tv  xəbər verir ki, Trend-in məlumatına görə, hadisə avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi ilə baş verib.

Ramazan ayının ilk günündə törədilmiş partlayış nəticəsində ikisi uşaq olmaqla, daha 6 nəfər yaralanıb.

İstanbulun məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək

Sabah Türkiyənin İstanbul şəhərindəki Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanacaq.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May -Respublika Günü münasibətilə təşkil olunacaq. 

Belə ki, saat 20:00-dan səhər açılana kimi körpü üçrəngli bayrağın işıqlarına boyanacaq.

Misirdə xristianlara hücum olub: Ölənlər var

Misirin cənubunda Əl-Minya əyalətində kopt-xristianların olduğu avtobusa hücum nəticəsində 23 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.   

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xaled Moqaxed bildirib.

Misir KİV-i ölənlərin sayının 30 nəfərə çata biləcəyinə dair məlumat yayıb. İki avtomobildə hərəkət edən yaraqlılar avtobusa atəş açıblar. 

Hücum Əl-Adavva yaşayış məntəqəsinin qərbində Müqəddəs Samuili monastırı yaxınlığında baş verib. Xristianlar Beni-Sueyfdən monastıra gəlirdilər. 

Misirin müdafiə qüvvələri avtobusa hücum olan rayonda axtarış aparırlar.

Moskvada terror aktı hazırlayan İŞİD-in dörd üzvü saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada nəqliyyatda terror aktı törətməyə hazırlaşan “İslam dövləti” terror təşkilatının dörd üzvünü saxlayıb. 

Dalga tv Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə TASS-a FTX-nın İctimaiyyətlə əlaqələr mərkəzindən bildiriblər. 

“Mayın 25-də terror qrupunun 4 üzvü saxlanılıb, onlar Rusiya və Mərkəzi Asiya vətəndaşlarıdır. Saxlanılan şəxslər əldəqayırma partlayıcı vasitələr ilə Moskvanın nəqliyyat infrastrukturlarında terror aktına hazırlaşırdılar”, - FTX-dən bildiriblər. 

Terror qrupuna rəhbərlik Suriya ərazisindən edilib. “Terrorçular diversiya-terror aktından sonra “İslam dövləti” terror təşkilatının tərkibində döyüşlərdə iştirak etmək üçün Suriyaya getməyə planlaşdırırdılar”, - FTX əlavə edib. 

Mançesterdə terror aktı törədən şəxsin adı açıqlanıb

“Mançesterdə terror aktını Selam Abidiyinin törətdiyi müəyyən edilib”.

Dalgatv Oxu.Az -a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Tereza Mey Mançesterdə törədilən terror aktı ilə bağlı bütün dünyaya yayımlanan mətbuat konfransında bildirib.

Baş nazir deyib ki, həmin şəxs terrorçu İŞİD qruplaşmasının üzvüdür: “Törətdiyi partlayış nəticəsində onun özü də ölüb”. 

Qeyd edək ki, Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aktı nəticəsində 22 nəfər ölüb, 59 tamaşaçı yaralanıb.

Mançesterdə ticarət mərkəzində partlayış səsi eşidilib, insanlar təxliyyə edilib

İngiltərənin Mançester şəhərindəki ticarət mərkəzində partlayış səsi eşidilib, insanlar binadan təxliyyə olunub.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində yerləşən “Arndale” ticarət mərkəzində baş verib. Şahidlər onlarla insanın binadan qaçdığını bildiriblər. “Sky News” telekanalı polisin ticarət mərkəzində 1 nəfəri saxladığı barədə xəbər yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb, insanları tez bir zamanda ərazini tərk etməyə çağırıblar..

Qeyd edək ki, mayın 23-nə keçən gecə "Manchester Arena"da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən terror aktı nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Terrorçu əldəqayırma partlayıcı qurğunu işə salıb və hadisə yerində özü də ölüb. Olaya görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb

Saytda Axtarış

ახალი ამბები