Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün295
DünənDünən3053
Bu həftəBu həftə3348
Bu ayBu ay98316
Bu günə qədərBu günə qədər8459947

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İndoneziyada vulkan püskürdü: Turistlər çıxılmaz vəziyyətdə qaldı

Bədbəxt hadisə Mərkəzi Yava əyalətində baş verib.

İndoneziyada turistlər Mərkəzi Yava əyalətindəki Dienq vulkanik yayla kraterlərindən birinin 15 metrliyində çıxılmaz vəziyyətdə qalıb.

Dalga tv Report-a istinadən xəbər verir ki, nəticədə 10 nəfər xəsarət alaraq yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

“Sinxua” agentliyinin məlumatına görə, krater iyulun 2-də təqribən 50 metr hündürlükdə kül atmağa başlayıb.

 

Tatarıstanda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Tatarıstanda avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 15 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin rəhbərinin köməkçisi Elvira  Qazizova bildirib.

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.

Moskvada qasırğa olub, 3 nəfər ölüb

Rusiyanın Moskva vilayətində baş verən qasırğa zamanı 3 nəfər ölüb, azı 5 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə “lenta.ru” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadə məlumat verib. Bildirlir ki, şiddətli külək zamanı yük maşınındakı beton çarxı düşüb və iki nəfərin üstündən keçib. Onlardan biri hadisə yerində, digəri isə təcili tibbi yardım maşınında ölüb. Daha bir nəfər ildırım çaxması nəticəsində həyatını itirib.

Moskva şəhərində 3 nəfərin xəsarət alması barədə məlumat var.

Moskva vilayətinin Ramenskiy kəndində 58 və 69 yaşlarında iki qadın xəsarət alıb. Bunların ilkin rəqəmlər olduğu və rəqəmlərin dəyişə biləcəyi bildirilir. Rusiya Energetika Nazirliyinin məlumatına əsasən Moskva şəhəri və Moskva vilayətində baş verən hadisə nəticəsində 4,4 min nəfər elektrik enerjisi təchizatından məhrum olub.

https://youtu.be/1DpQdlcvGI4

Kolumbiyada turist gəmisi batıb, ölənlər var

Kolumbiyada turistləri daşıyan gəmi ölkənin şimal-qərbində Penol su anbarında batıb.

Dalga tv-nin Oxu.Az-a  istinadən xəbərinə görə, hadisə bazar günü, iyunun 25-də baş verib. 

İnsident nəticəsində doqquz nəfərin öldüyü, 28 nəfərin isə itkin düşdüyü bildirilir.

İlkin ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi səbəb olub. Həmçinin göyərtəsində 150 sərnişin olan gəmidə xilasedici jiletlər olmayıb.

Moskvadan İrəvana gedən sərnişin avtobusu aşıb

 Moskvadan İrəvana gedən avtobus Gürcüstan ərazisində aşıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan ictimai yayımının Birinci kanalı məlumat yayıb.

Qeyd olunur ki, insident Tbilisi - Teleti yolunda baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri sabitdir.

Ərdoğan huşunu itirib, həkimlər müdaxilə edib

“Bu, yorğunluqla əlaqəlidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəkərdən qaynaqlanan təzyiqlə bağlı qısa müddətdə huşunu itirib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında bayram namazı ilə bağlı İstanbulda Memar Sinan məscidinə gələn R. T. Ərdoğan huşunu itirib.

Məscidə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsindən sonra R. T. Ərdoğan özünə gəlib. Məsciddən çıxan Türkiyə prezidenti jurnalistlərə açıqlamasında səhhətin normal olduğunu, şəkərdən qaynaqlanan təzyiqlə bağlı səhhətində qısa müddətdə problem olduğunu bildirib və bunu yorğunluqla əlaqələndirib. 

Pakistanda benzin çənində yanğın nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb

Pakistanın şərqində benzin çənində baş verən yanğını nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Associated-Press” agentliyi  məlumat yayıb.

Bundan əvvəl 140 nəfərin öldüyü, 49 nəfərin xəsarət aldığı açıqlanıb.

Kişi arvadını döydü, bıçaqladı, diri-diri yandırdı, sonra da..

Almaniyada yaşayan, əslən türk olan 41 yaşlı Hacı Əhməd ondan boşanmaq istəyən arvadının başına olmazın oyunlar açıb.

Dalga tv Publika.az-a istinadən xəbər verir ki, bir neçə həftə əvvəl həbsxanadan çıxan kişi 8 gün sonra həyat yoldaşı 39 yaşlı Nabiləni öldürməyə çalışıb.

Kişi cinayəti əvvəlcədən planlaşdırıb. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən benzin alan Əhməd evə gəlib və qadına deyib ki, əşyaların üstünə qan sıçramaması üçün mələfə sərsin.

Qadın öldürüləcəyindən şübhələndiyi üçün dostlarına mesaj atıb:

“Bir əlində benzin, bir əlində də bıçaqla gəlib. Deyəsən, məni öldürəcək”.

4 uşaq anasını evdə vəhşicəsinə döydükdən sonra bir neçə bıçaq zərbəsi vuran Əhməd bununla da kifayətlənməyib, qadının üzərinə benzin töküb yandırıb. Daha sonra sürüyərək yaxınlıqdakı xəstəxanaya aparıb.

3-cü dərəcəli yanıq xəsarətləri alan Nabilə 24 əməliyyat keçirib.

Həyatı boyu hicab geyinməyən qadın bədənindəki yara izlərini gizlətmək üçün bütün bədənini örtən burka geyinməyə məhkum olub.

Almaniya məhkəməsi qadının dostlarına atdığı mesajları cinayətin dəlili olaraq qiymətləndirib və kişiyə 14 il 6 ay həbs cəzası kəsib.

Dəhşətli torpaq sürüşməsi: 200 nəfər...

Çinin Sıçuan əyalətində torpaq sürüşməsi nəticəsində azı 100 nəfər dağıntılar altında qalıb.
İnsident iyunun 24-ü, yerli vaxtla saat 06:00 radələrində qeydə alınıb.
Torpaq sürüşməsinin aramsız yağışlardan sonra baş verdiyi bildirilir. İlkin məlumata görə, 40 yaşayış evi torpaq altında qalıb. Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Mənbə: publika.az

 

Pakistanda törədilən partlayışlar nəticəsində 36 nəfər ölüb

Pakistanın şimal-qərb bölgəsində baş verən partlayışlar nəticəsində 25 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ardıcıl iki partlayış Paraçinar şəhərinin ticarət mərkəzində törədilib.

Bu gün səhər saatlarında isə Kvetta şəhərində, Bəlucistan əyalətinin polis idarəsinin yaxınlığında törədilən partlayış nəticəsində 11 nəfər ölüb.

Terror aktlarına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı - Londonda dəhşət

İngiltərənin paytaxtı Londonda iyunun 14-də tamamilə yanan və 79 nəfərin həyatını itirdiyi yüksəkmərtəbəli binada bir otaqda bir-birinə sarılmış halda 42 nəfərin cəsədi tapılıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Reuters agentliyi bildirib.

Cəsədlərin yanğından qaçmağa çalışan, ancaq bunu bacara bilməyən və son ümid olaraq bir otağa toplanan bina sakinlərinə aid olduğu bildirilir. Ölənlərin çoxunun uşaq və qadınlar olduğu deyilir.

London polisi hadisə şahidlərinin bu iddiasını nə təsdiq, nə də təkzib edən bir açıqlama verməyib. Sual doğuran əsas məqam sözügedən 42 nəfərin 79 nəfərlik siyahıya aid olub-olmamasıdır.

Türkiyə-İran sərhədində partlayış: İki Azərbaycan vətəndaşı yaralandı

Bu gün Türkiyə vaxtı ilə 07:15-də Aralık rayonunun yaxınlığındakı Kiçik Ağrı dağının ətəyində partlayış baş verib. 

Dalga tv Oxu.Az -aistinadən xəbər verir ki, hadisə nəticəsində Azərbaycan vətəndaşları Razi Aslanov və Ruslan Abışov yaralanıb.

Sərhəddə yaxın ərazilərdə olan minaları təmizləyən qrupun əslən Azərbaycandan olan üzvləri 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov aşkar etdikləri minaları zərərsizləşdirmək üçün xüsusi ayrılmış məkana apararkən partlayış baş verib. 

Hadisə nəticəsində Razi Aslanov əlləri və gözündən, onun arxasınca gələn Ruslan Abışov isə ayaqları və bədənin müxtəlif yerlərindən xəsarət alıb. 

Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər. 

Məlumata görə, həmin ərazilərin minalardan təmizlənməsi ilə Türkiyə, Azərbaycan və Mozambik mütəxəssisləri birgə məşğul olurlar. 

Partlayışla əlaqədar araşdırma başlayıb.

Saytda Axtarış

ახალი ამბები