Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2908
DünənDünən2998
Bu həftəBu həftə2908
Bu ayBu ay97876
Bu günə qədərBu günə qədər8459507

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədə partlayış - Ölənlər var

Türkiyə yenidən şəhid xəbəri ilə sarsılıb.

Dalga tv-nin məlumatına əsasən, bu barədə Milli.Az Hürriyet-ə istinadən xəbər verir.

Məlumata əsasən, Diyarbəkirin Lice qəsəbəsində baş verən partlayışda 2 əsgər şəhid olub.

Koalisiya qüvvələri Suriyada 60 dinc sakini öldürdü

Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın endirdiyi zərbə nəticəsində 60 dinc sakin həlak olub. 

Dalga tv Oxu.az-a istinadən verdiyi məlumata görə, hava hücumu Deyr-əz-Zor əyalətinin bir neçə rayonunda həyata keçirilib. Təfərrüatlar hələlik məlum deyil.

Şiddətli dolu İstanbulu bu vəziyyətə saldı

Türkiyənin İstanbul şəhərinə güclü dolu yağır. 

Dalga tv-nin  Oxu.az-a istinadən məlumatına görə, dolunun bir anda başlaması küçədə olan insanları çarəsiz vəziyyətə salıb. 

Şəhərin həm Avropa, həm də Asiya hissələrində demək olar ki, həyat dayanıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Magistral və şəhər içi yollarda nəqliyyat vasitələrinin hərəkəti tamamilə iflic vəziyyətdədir. 

Rəsmi qurumlara vətəndaşlara evdən çölə çıxmamağı məsləhət görüblər.

Ekspertlərin fikrincə, bu cür doludan sonra fəsadlar ortaya çıxmağa başlayacaq. Artıq indidən dəyən ziyan hesablanır. 

Pakistanda partlayış: Ölən və yaralananlar var

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.

Dalga tv Report-a istinadən xəbər verir ki, bunu polis idarəsindən bildiriblər.

Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib.

Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib. 

Məlumata görə, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında asayiş keşikçiləri də var. 

Rusiyada azərbaycanlı ailənin 5 üzvü yanaraq öldü

Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda yanaraq ölən azərbaycanlı ailə üzvlərinin kimliyi məlum olub. 

Dalga tv  xəbər verir ki, Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətindən APA-ya verilən məlumata görə, ailənin başçısı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanğının qurbanı olub, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Yanğın baş verən vaxt ana evdə olmayıb. 

Onların meyitləri sabah Azərbaycana göndərilərək Şəmkir rayonunda dəfn olunacaq. 

İlkin ehtimala görə, yanğın sobadan düşən alovdan baş verib.

İranda güclü partlayış: Onlarla gəmi yanaraq kül oldu

İranın Kəngan şəhərində limanda baş verən partlayış zamanı 25 gəmi yanaraq yararsız vəziyyətə düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə iyulun 22-də Tasnim agentliyi yerli hakimiyyətin nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə zamanı ölən olmayıb. REN TV-nin məlumatına əsasən, səkkiz nəfər xəsarət alıb.

Yanğın zamanı limana iki milyon dollar ziyan dəyib.

Türkiyədə güclü zəlzələ: 70-dək sakin xəsarət aldı

Bodrum yaxınlığındakı Yunanıstanın Kos adasında 205 türk turistin evakuasiyasına başlanılıb.

Bu barədə Dalga tv Hürriyet-ə istinadən xəbər verir.

Bildirilir ki, Kosda zəlzələ nəticəsində tarixi minarə də dağılıb.

 

Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 32 nəfərə çatdı

Yaponiyanın cənub-qərb bölgəsi Küsüdə baş verən daşqınlar nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Dalga t v Oxu.Az- a stinadla xəbər verir ki, bundan əvvəl ölənlərin 25 nəfər olduğu bildirilirdi.

Misirdə turistlərə hücum – ÖLƏNLƏR VAR

Misirin Qırmızı dənizin sahilində yerləşən Hurqada kurort şəhərinin hotellərindən birinin çimərliyində bıçaqla silahlanmış naməlum şəxsin turistlərə hücum edib.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, insident zamanı iki turist ölüb, daha dörd nəfər isə yaralanıb

Polisin verdiyi məlumata görə, ölənlərin Ukrayna, xəsarət alanların isə Serbiya və Polşadan olduğu bildirilib.

Qeyd edilir ki, hücum edən şəxs tutulub. İlkin istintaq görə, o, hotelə yaxınlıqdakı çimərliklərin birindən üzərək gəlib.

Türkiyədə polis məntəqəsinə hücum olub, 2 nəfər ölüb

Türkiyənin Xatay şəhərində polis məntəqəsi silahlı hücuma məruz qalıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində yaralanan 3 polis əməkdaşı xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.

Məlumata əsasən, polis məntəqəsinin yaxınlığında sahibləri tərəfindən atılmış avtomobil aşkarlanıb.

Çində daşqınlar nəticəsində 83 nəfər ölüb, yaxud itkin düşüb

Çinin Hunyan əyalətində leysan yağışların yaratdığı daşqınlar nəticəsində 83 nəfər ölüb, yaxud itkin düşüb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, o cümlədən 28 nəfər torpaq sürüşməsi zamanı dağıntılar altında qalıb, 13 nəfəri sel aparıb, 22 nəfər ev uçqunu nəticəsində ölüb, 4 nəfər suda boğulub, daha 16 nəfər digər  səbəblərdən həyatını itirib.

İyunun 22-dən etibarən davam edən leysanlar Çinin cənub-şərq bölgəsində 12 milyon insana ziyan vurub. 1,6 milyon nəfər təxliyə edilib, 470 min nəfərin yardıma ehtiyacı var. Təbii fəlakət zamanı 53 min yaşayış evi dağılıb, 350 mininə zərər vurub.

Bölgədə 52 min hərbçi, polis və xilasedicinin iştirakı ilə əməliyyat davam edir.

İranda hamilə qadın üç uşağını öldürüb

İranın Şimali Xorasan əyalətində hamilə ana 3 övladını öldürüb, daha sonra intihara cəhd edib.

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, 29 yaşlı qadın 6 aylıq hamilə imiş. 

O, psixi pozğunluq səbəbindən 3, 6 və 8 yaşlı uşaqlarını qətlə yetirib. Özünü asan qadını son anda xilas edə biliblər. O, hazırda xəstəxanada həkimlərin nəzarətində saxlanılır. Qadının həyat yoldaşı bir müddətdir ki, evi tərk edib.

Saytda Axtarış

ახალი ამბები