Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2897
DünənDünən2998
Bu həftəBu həftə2897
Bu ayBu ay97865
Bu günə qədərBu günə qədər8459496

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Myanma liderinin "Nobel" mükafatı əlindən alınır

Myanma ordusu silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində çoxsaylı yerli müsəlmanları qətlə yetirib.

Dalga tv Publika.az-a istinadən xəbər verir ki, baş verənlərə qarşı heç bir reaksiya göstərməyən Myanma hökumətinin faktiki dövlət müşaviri sayılan Aung San Suu Kyi dünya mediasını qəzəbləndirib.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada Arakanda baş verənlərin uydurma hekayələr olduğu deyilib. Birbaşa Aung tərəfdarları isə "Arakandakı qadınlara təcavüz edilməyib, onlar yalan danışır" deyə bildiriblər.

Böyük bir soyqırımına göz yuman qadın lider bu hadisələrin birbaşa səbəbkarı hesab olunur.

İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı – İSESCO isə Myanma hökumətinin liderinin "Nobel" Sülh Mükafatından məhrum edilməsi haqqında iddia qaldırıb.

İSESCO tərəfindən yayılmış yazılı açıqlamada qeyd edilib ki, arakanlı müsəlmanlara qarşı törədilən qətliama sakit qaldığı üçün Aung San Suu Kyi bu mükafata layiq deyil. Açıqlamada beynəlxalq ictimaiyyətin baş verən soyqrımına biganə qalmaması da bildirilib.

BMT-nin yaydığı məlumata görə, indiyə qədər 90 min arakanlı müsəlman Banqladeş sərhədlərini keçib. Daha 10 minlərlə müsəlman isə sərhədi keçmək üçün gözləyir.

Müharibə qaçılmazdır

Şimali Koreya ilə müharibə praktik olaraq qaçılmazdır.

Bu sözləri "Novaya qazeta"ya geniş müsahibəsində tanınmış politoloq Pavel Felgenhauer deyib. Onun sözlərinə görə, Şimali Koreya ABŞ-la "nüvə rejimi"nə (nüvə silahının qarşısının alınması ilə bağlı qarşılıqlı öhdəlikləri nəzərdə tutan razılaşma) keçəcəyinə ümid edir:

"Belə bir fərziyyə mövcuddur ki, əgər sənin nüvə silahın varsa, demək, tamamilə təhlükəsizlikdəsən, heç kəs sənə toxuna bilməz. Bu, illuziyadır, ancaq Şimali Koreya bu illuziyaya inanır. Onlar amerikalıları qorxutmağa çalışırlar. Şimali Koreya ABŞ-ın onlarla danışıqlar masasına oturması, təhlükəsizlik təminatı verməsi və sanksiyaları yığışdırması üçün nüvə şantajı edir".

Onun fikrincə, Prezident Donald Tramp Pxenyanla "nüvə rejimi"nə daxil olmaqdan qəti şəkildə imtina edir, ona görə də müharibə praktik olaraq qaçılmazdır:

"Müharibə ehtimalı hazırda 80 faizdir. Problem ondadır ki, günahkar və aqressor kim olacaq? Əgər ABŞ Şimali Koreya ilə danışıqlara getməsə, demək, təzyiqi artıracaq və blokadanı gücləndirəcək. Başqa sözlə, təzyiqi o vaxta qədər gücləndirəcək ki, Şimali Koreya səhv edəcək, hansısa provokasiyaya gedəcək və aqressiya göstərəcək. Bundan sonra isə ABŞ Şimali Koreyanı məhv edəcək".

Felgenhauerin iddiasına görə, əgər Şimali Koreya indi təslim olsa və beynəlxalq nəzarət altında tərkisilah olmağa qərar versə (bu beynəlxalq nəzarət faktiki olaraq ölkənin işğalına çevriləcək), ona nəfəs almağa imkan verəcəklər.

 

Ekspert vurğulayıb ki. Şimali Koreya pulu olan hər kəsə nüvə texnologiyasını sata bilər:

"Şimali Koreya elə bir dövlətdir ki, nüvə, raket texnologiyasını sağa-sola, kimə gəldi, sata bilər – hətta İrana, Yəmənə, Səudiyyə Ərəbistanına, Əlcəzairə... Nəticə etibarilə nüvə silahı terror təşkilatlarının əlinə keçə bilər. Buna görə də artıq bu, Rusiya XİN-in dediyi kimi, regional deyil, qlobal problemdir. Şimali Koreyanı boşuna buraxsanız, yaxın illərdə nüvə dövlətlərinin sayı 15-ə çatar".

Bir milyondan çox müsəlman Qroznıda mitinqə çıxdı

Çeçenistanın paytaxtı Qroznı şəhərində Myanmada müsəlmanların soyqırımına görə bir milyondan çox insan mitinqə çıxıb.

Dalga tv-nin Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə İnterfax-a mitinqin təşkilatçılarından biri deyib.

Qeyd edilir ki, etiraz aksiyası insidentsiz başa çatıb.

Mitinqdə Respublika rəhbərliyi də iştirak edib.

Aksiya zamanı “Myanmada müsəlmanların soyqırımı dayandırılsın” şüarları səsləndirilib.

Müsəlmanlara dəhşətli zülm: Başlarını kəsirlər, diri-diri yandırırlar

Myanmada müsəlmanların dəhşətli soyqırımı davam edir.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, Arakan bölgəsində son günlərdə 100 mindən çox vətəndaş yurdundan qovulub.

Buddistlər müsəlmanların kəndlərini mühasirəyə alıblar. Bu adamlar Myanma hökumətinə məktub yazıb məsum olduqlarını bildirərək, mühasirənin qaldırılmasını  və kəndlərdən evakuasiya edilmələrini tələb ediblər. Lakin Myanma hökuməti cavab da verməyib.

KİV-in məlumatına əsasən, Myanmada qadın və körpələrin başları kəsilir, onları diri-diri yandırırlar.

Qeyd edək ki, Arakan müsəlmanları 2012-ci ildən Myanma hökuməti tərəfindən sıxışdırılır, kütləvi şəkildə qırğınlara məruz qalırlar.

İranda avtobus qəzasında 12 məktəbli qız ölüb

İranın cənub-qərbində Fars vilayətində məktəbli qızları daşıyan avtobus qəzaya uğrayıb.

Dalga tv Oxu.Az-a istinadən xəbərinə görə, hadisə yerində videonu Ruptly nəşri dərc edib.

Şiraz şəhərinə idman tədbirinə gedən avtobusun qəzaya uğraması nəticəsində 12 qız ölüb, daha 33 isə xəsarət alıb. Bir neçə məktəblinin vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, avtobus sürücüsü sükan arxasında yuxulayıb. 

Yaponiyada 9 nəfər anomal istilərin qurbanı oldu

Yaponiyada davam edən anomal isti hava 9 nəfərin həyatına son qoyub.

Dalga tv-nin APA-ya istinadən verdiyi xəbərə görə, təxminən 1900 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətini 65 yaşdan yuxarı insanlar təşkil edir.

İsti hava şəraiti Yaponiyada iyunun sonundan hökm sürür. Ayrı-ayrı günlərdə havanın temperaturu müsbət 35 dərəcəni keçir.

Ölkədə hərarətin yüksək həddə çatacağı proqnozlaşdıran yerli meteoroloqlar bunu, əvvəlki kimi, Sakit okeanda formalaşan “El-Ninyo” fenomeni ilə əlaqələndirirlər. “El-Ninyo” iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

Türkiyədə güclü zəlzələ – Bodrum silkələndi

Türkiyənin Pınarlıbelen-Bodrum səmtində zəlzələ olub.

Dalga tv Oxu.Az -a istinadən xəbər verir ki, 11:42 radələrində baş verən təkanlar əvvəlcə 5.1, sonra isə 5.3 bal gücündə olub. Zəlzələnin episentri 1.6 km dərinlikdədir.

Gökova sahillərində 3.4 bal gücündə başqa bir zəlzələ qeydə alınıb. Gecə saatlarında isə 4.3 bal gücündə yeraltı təkanlar hiss edilib.

Zəlzələ 17.49 km dərinlikdə qeydə alınıb.

İŞİD-ə qoşulmuş 17 yaşlı avropalı qız ələ keçib

İraqın Mosul şəhərinin cənubunda, darmadağın olmuş evin uçqununda aşkarlanan 17 yaşlı qız ağlayıb, aman istəyib.

İraqlı hərbçilərsə onun qollarından tutaraq sürüyüblər və zirehli maşına tərəf aparıblar.

Dalga tv Oxu.Az-a istinadən bildirir ki, bu qız 17 yaşlı alman Linda Venseldir.

Linda Vensel 15 yaşı olanda Almaniyanın şərqindəki Pulşnits şəhərini, evini tərk edərək Türkiyəyə yollanıb, oradan qaçaqmalçıların köməyi ilə Suriyaya keçib, “İraq və Şamda İslam Dövləti” (İŞİD) terror təşkilatına qoşulub.

Lindanı İŞİD-ə sosial şəbəkədə tanış olduğu çeçen terrorçu cəlb edib.

Çeçen terrorçu ilə Suriyada yaşayan Linda sonradan “ər”i ilə birlikdə Mosula yollanıb.

Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı zamanı bu şəhərdə 25 min terrorçunun məhv edildiyi bildirilir.

Linda isə sağ qalmağı bacarıb və yaralı vəziyyətdə iraqlı hərbçilərin əlinə keçib.

"Ona yer verin. Bu qız xristiandır, almandır. Yaralıdır. Maşına tərəf aparın", - iraqlı hərbçilərdən biri deyib.

Lindanın dediyinə görə, onların dəstəsində Almaniyanın Mannheym şəhərindən gələn, özünü “Laviyə” adlandıran qadın və onun 21 yaşlı qızı “Nadiya” da vardı.

“Almaniyaya, evə qayıtmaq istəyirəm. Savaşdan, qandan yorulmuşam”, - Linda Vensel söyləyib. Onun sözlərinə görə, sağ əlindən və sol baldırından yaralanıb.

Lindanın atası, inşaatda fəhlə işləyən 52 yaşlı Reyner Vensel qızını gözləyir.

“Qızımın Mosulda tutulduğunu eşidəndə az qaldı huşumu itirim. Qızım sağdır. İşdə eşitdim bu xəbəri. Yerə çökdüm, ağladım. Balaca qızımı dərhal tanıdım. Uşaq vaxtı yıxılmışdı, qaşı çapılmışdı. O çapıqdan tanıdım. Qızımı hələ belə qəmli görməmişdim. Qızım iki il əvvəl evdən çıxanda mənə dedi ki, rəfiqəsi ilə parka gedir. Evdəki pulları götürüb hava limanına yollanıbmış. Oradan da İstanbula gedib. Sonra eşitdim ki, Suriyaya keçib”, - R.Vensel söyləyib.

R.Vensel qızının anasından, 48 yaşlı Katarinadan ayrı yaşayır. Katarina Vensel də qızının sağ olduğunu eşidən kimi Reynerə zəng vurub.

Linda Vensel hazırda İraqın paytaxtı Bağdadda, həbsxanadadır.

İraq qanunvericiliyinə görə, Linda Venseli edam cəzası gözləyir. Lakin bu cəzanın tətbiq ediləcəyi ağlabatan deyil. Almaniyanın hakimiyyət dairələri rəsmi Bağdadla danışıqlar aparır, L.Venselin ekstradisiya olunmasına çalışırlar.

İtaliyada sərnişin qatarı relsdən çıxdı

İtaliyada torpaq sürüşməsi nəticəsində sərnişin qatarı relsdən çıxıb.

Dalga tv-nin APA-ya istinadən verdiyi məlumata görə, şənbə günü leysan və dolu ilə müşahidə olunan fırtına İtaliyanın şimal-şərqində Trentino-Alto-Adice əyalətində torpaq sürüşməsinə yol açıb.

Torpaq sürüşməsi bu gün 80 sərnişinin olduğu qatarın relsdən çıxmasına səbəb olub. Qatarın relsdən çıxması nəticəsində xəsarət alan olmayıb.

İnanılmaz! Göydən dollar yağdı

Cənubi Afrikada silahlı dəstə üzvləri zirehli maşındakı pul kassalarını sındıranda pullar ətrafa yayılıb.

Dalga tv moderator.az-a istinadən bildirir ki, Cənubi Afrikada 10 silahlı dəstə üzvü pul daşıyan zirehli maşınları izləmək üçün yola çıxıb. Limpopo yolunda zirehli maşının təkərlərini bir-bir partladaraq dayandıran təcavüzkarlar sürücünü maşından çıxararaq yerdə sürüyüb.

Bununla da kifayətlənməyən silahlı dəstə üzvləri zirehli maşındakı pul kassalarını partladıblar. Partlayışın şiddətindən bəzi parçalar ağac budaqlarına çırpılıarkən göydən də pul yağıb.

Təxminən 2 milyon dolları oğurlayan dəstə üzvləri polis tərəfindən ələ keçirilib.

37 il boyunca “yaşamadığı” ölüncə ortaya çıxdı

Türkiyənin Adana şəhərində 37 yaşında infarktdan çatdırıldığı xəstəxanada həyatını itirən və heç bir yerdə qeydiyyatda olmayan vətəndaşın cənazəsi şəxsiyyət vəsiqəsi olmadığı üçün ailəsinə təhvil verilməyib.

Dalga tv-nin məlumatına əsasən, bu barədə Milli.Az Haberler-ə istinadən xəbər verir. 

Levent Akrep adlı şəxsin bu günə qədər heç zaman vəsiqəsi olmadığı üçün 6 gündür cənazəsi morqda saxlanılır.

Ali Akrep və Perihan Akrep dini nikahla evləniblər. Cütlüyün 9 uşağı olur. 22 ildən sonra cütlük rəsmi nikaha daxil olaraq uşaqlarına da şəxsiyyət vəsiqələri alıblar. Ancaq 9 uşaqdan Leventin şəxsiyyət vəsiqəsini almırlar. Aradan keçən müddət ərzində, valideyinləri ölüncə Levent Akrepin vəsiqə almağı üçün önə düşəcək heç kimi qalmır. Levent Akrep rəsmi olaraq yaşamırdı, bu səbəblə nə məktəbə nə də əsgərliyə gedib. Ancaq 29 iyul günü qəfil səhhəti pisləşib, Adana Nümunə Təhsil və Araşdırma Xəstəxanasının Seyhan Tətbiq Mərkəzinə çatdırılıb. Təcili yardımla xəstəxanaya gətirilən Leventdən səlahiyətlilər şəxsiyyət vəsiqəsi istəyiblər. Yaxınları gətirəcəklərini deyib. Xəstə təcili müayinə altına götürülməli olduğu üçün həkimlər xəstəni qəbul edib. Ancaq 30 iyul günü Levent Akrep müalicə gördüyü xəstəxanada dünyasını dəyişib. 

Leventin yaxınları cənazəni almaq istədiklərində xəstəxana səlahiyyətliləri ölüm hesabatını hazırlamaq üçün ailədən mərhumun şəxsiyyət vəsiqəsini istəyib.

Çarəsiz ailə çıxılmaz vəziyyətdə günlərdir xəstəxana önündə gözyaşı tökür.

TÜKÜRPƏDƏN VƏHŞİLİK! Azərbaycanlı qadın ərini öldürüb yandırdı - GÖRÜN HARADA

Türkiyənin Alanya bölgəsinin Karğacık qəsəbəsindəki hotellərdən birində azərbaycanlı qadın iranlı ərini öldürüb, daha sonra otağa və meyitə od vurub.

Hadisə ötən gecə baş verib.

Hotelin otaqlarından birindən tüstü və alov qalxdığını görən personal yanğınsöndürənlərə və polisə zəng vurub. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüb.

Məlum olub ki, həmin otaqda qalan ər-arvad müntəzəm olaraq bir-biri ilə dava ediblər. Həmin axşam qadın içki şüşəsi ilə ərini yaralayıb, daha sonra otağa od vurub. O, polislər tərəfindən həbs olunub. Qadın azərbaycanlı olsa da, özü və ərinin İran vətəndaşlığı olduğu bildirilir, kimlikləri açıqlanmır. Qadının öldürdüyü və od vurduğu ərinin meyiti isə xəstəxana morquna aparılıb.

 

Saytda Axtarış

ახალი ამბები