Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2944
DünənDünən2998
Bu həftəBu həftə2944
Bu ayBu ay97912
Bu günə qədərBu günə qədər8459543

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Hindistanda selfi çəkdirən tələbələri qatar vurdu

Hindistanın Karnataka ştatında qatar üç tələbəni vuraraq öldürüb.

Dalga tv-nin NDTV-yə istinadən verdiyi xəbərə görə, relslərin üzərində selfi çəkdirmək istəyən gənclər qatarın altında qalıb.

Ölənlərdən ikisinin kimliyi artıq müəyyən edilib. Onlar Banqalore Milli Kollecinin tələbəsi imişlər.

Faktla bağlı araşdırma aparılır.

İraqda 320-dən çox İŞİD üzvünü məhv etmiş snayper həlak olub

İraqda İŞİD silahlılarına qarşı döyüşən “Əl Həşd Əş-Şəabi” hərbiləşmiş dəstənin baş snayperi “İŞİD ovçusu” ləqəbi ilə tanınan Əbu Tahsin əs Salihi həlak olub.    

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Əbu Tahsin sentyabrın 29-da İŞİD-in İraqdakı sonuncu dayaq nöqtələrindən biri olan Əl Havica yaşayış məntəqəsi uğrunda gedən döyüşdə ölümcül yaralanıb.  

Sosial şəbəkələrdə yayılan videoda Əbu Tahsin 321 İŞİD üzvünü məhv etdiyini etiraf edir.  

Əbu Tahsin Bəsrə şəhərində dəfn edilib. Onun 1973-ci ildən İraqordusunda xidmət etdiyi və Bağdadın o vaxtdan apardığı bütün müharibələrdə iştirak etdiyi bildirilir.  

https://youtu.be/jFQ4yQNvJdA

Kataloniyada polislə toqquşmalarda xəsarət alanların sayı 337 nəfərə çatıb

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı ən azı 337 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya hökuməti məlmat yayıb.

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atır.

Fransada bıçaqlı şəxs metroda insanlara hücum edib, ölən və yaralananlar var

Fransada bıçaqlı şəxs metroda insanlara hücum edib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Marsel şəhərində baş verib.

Həmin şəxs qarşısına çıxan insanlara bıçaqla zərbə endirib. Bir neçə nəfər bıçaq yarası alıb, 2 nəfər isə bıçaq yarasından ölüb. Polis atəş açaraq cinayətkarı öldürüb.

Fransa daxili işlər naziri Жерар Коллон hadisə ilə əlaqədar Marselə yollanıb. 

Nənə yeni doğulan nəvələrini ayaqyoluna atdı

Erməni qadın körpənin ölümünə səbəb olub

Ermənistanda qandorucu hadisə baş verib. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Tavuş vilayətində erməni vəhşiyi özünü bir daha göstərib. Yaşlı qadın yenicə doğulan nəvəsini öldürüb.

33 yaşlı qadın körpəsini evdə, həkim köməyi olmadan dünyaya gətirib. Doğuşdan sonra gənc qadın həkimə müraciət edib.

Həkimlər onun yeni doğuş etdiyini dərhal başa düşüblər. Körpədən xəbər tuta bilmədikləri üçün isə polisə məlumat verilib.

 Qadının qaldığı evə baxış keçirən polis onun evin eyvanında doğduğunu müəyyən edib. Körpə doğulan kimi isə nənəsi tərəfindən evin həyətindəki ayaqyoluna atılıb. Diri-diri unitaza atılan uşaq anındaca ölüb.

Madrid metrosunda atışma

İspaniya paytaxtı Madrid şəhərində metroda atışma olub.

Dalga tv-nin məlumatına əsasən, bu barədə APA “ Daily Mail” nəşrinə istinadən xəbər verir.

Hadisə ilə əlaqədar metrodakı sərnişinlər evakuasiya edilib.

Yerli hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hadisə ilə əlaqədar şübhəli bilinən iki nəfər saxlanılıb. Onların sərxoş olduğu bildirilir. Tərəflər arasında yaranmış mübahisə sonda atışma ilə nəticələnib. Həmin şəxslərin hər hansı terror təşkilatı ilə əlaqəli olmadığı deyilir.

Artıq metroda hərəkət bərpa edilib.

Gürcüstan-Rusiya sərhədində partlayış olub, 1 sərhədçi ölüb, 4 nəfər yaralanıb

Gürcüstan-Rusiya dövlət sərhədinin Dağıstan Respublikası hissəsində baş verən partlayış nəticəsində 1 sərhədçi ölüb, 4 nəfər xəsarət alıb.  

Dalga tv “Report”а istinadən xəbər verir ki, Gürcüstan Sərhəd Departamenti partlayışın 5-ci idarədə baş verib.

Hadisə qaz balonunun partlaması nəticəsində baş verib. 

Metroda dəhşətli hadisə - yanğın / ölən və yaralanan...

İstanbulda "Ataköy" metrostansiyasında yanğın baş verib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın qısa müddətdə söndürülüb.

 

Əldə edilən məlumata görə, saat 13:45-də metrostansiyasının girişindəkı büfenin bacasında başlayan yanğın qısa müddətə ətrafa yayılıb. Lakin xilasetmə qrupları yanğına tez bir zamanda müdaxilə ediblər.

Rusiyada 30-dan çox adamı öldürərək yeyən ər-arvad tutulub

Rusiyanın Krasnodar dairəsinin Kuban şəhərində 30-dan çox insanı qətlə yetirməkdə şübhəli bilinən ailə saxlanılıb.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, ailənin oğurladığı insanları öldürərək yediyi bildirilir.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları ər-arvadın insanları oğurlayaraq qətlə yetirdiyini, daha sonra qalıqlarından konserv hazırladığını müəyyən edib. Qətlə yetirilənlərin cəsədlərinin bir hissəsi şübhəli şəxslərin evindəki soyuducuda tapılıb.

Qeyd edək ki, fakt fəhlələrin sentyabrın 11-də Krasnodarın Repin küçəsindən mobil telefon tapması ilə üzə çıxıb. Həmin telefonda 35 yaşlı yerli sakinin naməlum qadın cəsədinin hissələri ilə fotosu olub. Cəsədin qalıqları səhərisi gün Dzerjinski adına Hərbi Aviasiya Məktəbinin ərazisində tapılıb. Ərazidə paket və insan cəsədinin hissələri olan vedrə aşkarlanıb.

Bundan başqa, telefonda tutulan ər-arvadın qətlə yetirdikləri digər insanların müxtəlif bədən üzvləri ilə selfi fotoları da olub.

Mətbuat hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır ki, telefonun sahibi iki qətli etiraf edib. Şəkil çəkdirdiyi bədən hissələrinin sahibindən başqa, o, 2012-ci ildə daha bir nəfəri qətlə yetirdiyini bildirib.

Rəsmi orqanlar hələlik faktı təsdiqləməyib. Hüquq-mühafizə orqanlarının araşdırma aparıldığı bildirilir.

Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

Nəticədə hava limanı bağlanıb.

İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanının uçuş-eniş zolağında şəxsi təyyarə qəzaya uğrayıb.

Oxu.Az Doğan agentliyinə istinadən xəbər verir ki, nəticədə hava limanı bağlanıb.

Məlumata görə, təyyarə qəza enişi edib, ardınca yanmağa başlayıb.

NTV telekanalının məlumatına görə, qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Apple” və “Facebook” Meksika zəlzələsindən zərər çəkənlərə bir milyon dollar ayırdı

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ baş verib ki, nəticədə 40-a yaxın bina uçub və 230 nəfərdən çox insan ölüb.

Dalga tv-nin Lent.az-a istinadən verdiyi məlumata görə, “Apple” şirkəti Meksika hökumətinin hesabına 1 milyon dollar keçirdiyini bildirib. Bu pullar dağıntıların aradan qaldırılmasına və zəlzələdən zərərçəkənlərə xərclənəcək.

Bundan əvvəl isə “Apple” şirkəti “Harvi” və “İrma” qasırğasından zərər çəkənlərə 8 milyon dollardan çox vəsait ayırıb.

Analoji olaraq Meksika sakinlərinə “Facebook” şirkəti də 1 milyon dollar həcmində maliyyə yardımı göstərib.

Meksikadakı faciə görüntülərdə

Son məlumatlara görə, dünən Meksikanın cənubunda baş vermiş zəlzələ nəticəsində  224 nəfər həyatını itirib.

Dalga tv  “Dailymail”ə istinadən xəbər verir ki, 7,1 bal gücündəki zəlzələ Meksikanın cənub-şərqində yerləşən Puebla-de-Saraqosa şəhərininin yaxınlığında baş verib. Zəlzələ nəticəsində onlarla bina dağılıb, Mexiko hava limanı fəaliyyətini dayandırıb. Məktəb binasının dağılması nəticəsində 20 uşaq həyatını itirib, 30-dan çox uşaq isə itkin düşüb.

Saytda Axtarış

ახალი ამბები