Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2858
DünənDünən2998
Bu həftəBu həftə2858
Bu ayBu ay97826
Bu günə qədərBu günə qədər8459457

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənistanda tələbələrlə polis arasında toqquşma olub

Ermənistan parlamentinin qarşısında noyabrın 15-də hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis əməkdaşları arasında toqquşma başlayıb.

Dalga tv Oxu.Az saytına istinadən verdiyi məlumata görə, əvvəlcə etirazçılar parlament binasının qarşısındakı yolu bağlayıblar.

İrəvan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb. 

Polis əməkdaşları güc tətbiq etməklə etirazçıları hadisə yerindən uzaqlaşdırmağa çalışıblar, nəticədə toqquşma baş verib.

Ermənilər Ermənistanı niyə tərk edir?

Ermənistanın Statistika Xidmətinin açıqlaması ölkədə daimi əhalinin 2001-2016-cı illərdə 228,7 min nəfər azaldığını göstərib. Azalma şəhər əhalisi arasında 181,7 min nəfər, kənd əhalisi arasında isə 46,9 min nəfər təşkil edir və ölkə əhalisinin 8%-nin itirilməsi ilə nəticələnib.

Bu statistik göstərici Ermənistanda doğurdan da ciddi demoqrafik problemlərin olduğunu göstərir. Xüsusən, miqrasiya, ölkəni tərk edənlərin sayının çoxluğu aşağı doğum göstəricisi ilə paralel statistikanı bərbad vəziyyətə salır. Bu ölkədə əhali köçünün bir çox səbəbələri var. Əsas səbəblər kimi dondurulmuş Dağlıq Qarabağ münaqişəsi, Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması səbəbindən iqtisadi təcrid, yerli elitanın korrupsioner mahiyyəti, gömrük inhisarı və xroniki ədalətsizliklə bağlıdır.

BMT-nin əhali fondunun məlumatına görə, son 25 ildə Ermənistandan mühacirət edənlərin sayı 1 milyondan çox olub. Keçmiş SSRİ respublikalarının heç birində belə göstərici qeydə alınmayıb.

Yerli ekspert Levon Şirinyan isə digər ölkə politoloqları kimi həyəcan təbili çalır. Onun fikrincə, mühacirət davam edəcəyi halda, ölkəsini ağır günlər gözləyir.
"Mühacirətin davam edəcəyi halda, Ermənistan perspektivi yoxdur. Artıq neçə ildir ki, hamı mühacirətdən danışır. 20 ildən sonra əldə olunmuş müasir silahları kim tətbiq edəcək? Ona görə də Ermənistan hakimiyyəti ya nəyisə dəyişməlidir ya da yerlərini gənc kadrlara verməlidir".

Fransanın "Le Monde" qəzetinin hələ 2016-cı ilin aprel döyüşlərindən sonra yazdığı məqalədə Ermənistan və Dağlıq Qarabağdan paralel köçün başlandığını bildirmişdi. Həmin vaxt qəzetə danışan Şuşada məskunlaşmış 29 yaşlı Suren Davidyan döyüşlərdən sonra Qarabağı tərk edəcəyini demişdi.

"Qayıtdım ki, evimizi satım və ailəmlə Rusiyaya dönüm. Xaricdə bizə hörmək edirlər. Hakimiyyətdəkilərin əksəriyyəti biznesmenlərdi və yalnız öz maraqları barədə düşünrlər. Sadə xalqla hesablaşmırlar".

Ermənistanın Gümrü şəhər sakini Anaiot Arutunyan isə 2016-cı ilin aprel döyüşlərində böyük oğlu Qriqor Arutunyanı itirdikdən sonra kiçik oğlu Serji heç bir vəchlə hərbi xidmətə yollamayacağını və alınsa, ölkəni tərk edəcəyini bildirib.

"Son 10 ildə mənə Qriqor və Serj qulluq edib. Qriqorun ölümündən sonra mənə yalnız Serj baxır. Onu əsgərliyə yalnız mənim cəsədimin üstündən apara bilərlər", –deyə əsgər anası bildirir.

Bu kimi faktlar Ermənistanda minlərlədir və insanların ilk növbədə müharibə qorxusuna görə xaricə üz tutduqlarını göstərir. Digər tərəfdən, rəsmi statistika 1986-cı ildə ölkədə 81 min doğum faktı qeydə alsa da, 2016-cı ildə cəmi 36 min uşaq dünyaya gəlib.

Sonda qeyd etmək lazımdır ki, 1991-ci ildə 4,2 milyon əhalisi olan işğalçı ölkədə 2017-ci ilin 1 oktyabrı üçün 2,979 milyon vətəndaş yaşayır. Bu göstərici 1976-cı ilin əhali sayı ilə bərabərdir.

İranda zəlzələ nəticəsində ölənlərin sayı 400 nəfəri keçib

İranda zəlzələdə ölənlərin sayı artır.

APA-nın İRİNN-ə istinadən verdiyi məlumata görə, İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 407-yə çatıb.

6700-dən çox adam isə yaralanıb.

İranda güclü zəlzələ baş verdi: Yüzlərlə ölən var

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranda ölənlərin sayı 328 nəfərə çatıb.

Dalga tv-nin məlumatına görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.

12 yaşlı qız gündə 12 min dəfə asqırır - Həkimlər gücsüzdür

Uşaq məktəbə gedə və ya yemək yeyə bilmir.

Texasda 12 yaşlı Ketlin Tornli üç həftə ərzində bir dəqiqədə 20 dəfə səbir gətirir, ABC News bildirib.

Qızın gün ərzində 12 min dəfə asqırdığı qeyd edilir və həkimlər hələ ki, bunun nə ilə əlaqədar olduğunu müəyyən edə bilmirlər.

Həkimlər bu vəziyyətin tik vəziyyətinə oxşadığını deyirlər.

"Mən klarnet dərsindən gəlirdim və asqırmağa başladım. Bu, bir neçə asqırıqdan başlayır, amma o gün yuxuda 30 dəfəyə yaxın asqırdım", - 12 yaşlı Ketlin deyib.

Qızın valideynləri onun məktəbə gedə bilmədiyini və rahat yemək yeyə bilmədiyini bildiriblər, belə ki, bu vəziyyət real ağrı verir.

İlə 2,5 milyon qazanır, amma meşədə yaşayır

Amerika Beyzbol Liqasında mübarizə aparan "Toronto Blue Joys" komandasında forma geyinən Daniel Norris dünya mediasının gündəminə düşüb.

İldə 2.5 milyon dollar qazanan və keçmişdə tiroid xərçənginə qalib gələn idmançı meşədə yaşaması ilə diqqət çəkir.

22 yaşlı idmançı həyatını 1978-ci ildən olan "Volsfagen" markalı mini avtobusda keçirir. Lüks maşınları, evləri xoşlamayan idmançı özü meşədə yemək bişirir, yeyir və ürəyi harda istəsə, maşınını orada saxlayıb yatır.

2015-ci ildə beyzbolda peşəkar addımlarını atan Norris 2.5 milyon gəliri olmasına baxmayaraq, bu yaşayışdan imtina etmir. O, heç vaxt nə saqqalını kəsir, nə də meşədən ayrılır.

Gününün çoxunu atasının kiçik dükanında keçirən idmançı azadlığı belə gördüyünü bildirib. Onun fikrincə, insan özünü görə bildiyi kimi yaşamalıdır.

Rusiyada yaşayış binası çökdü, ölənlər var

Rusiyada 9 mərtəbəli yaşayış binasında uçqun baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, uçquna mənzillərin birində qaz sobasında baş vermiş partlayış səbəb olub.

Nəticədə binanın bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

Uçqun nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. 

Rusiya Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstələrin vəziyyəti orta ağırdır. Onların həyatı üçün təhlükə yoxdur. 

Hazırda hadisə yerində xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

Vyetnamda qasırğa: Ölən və itkin düşənlər var

Vyetnamda baş verən "Damri" qasırğası nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, 18 nəfər itkin düşüb.

Həmçinin bildirilir ki, 174 nəfər təbii fəlakət nəticəsində xəsarət alıb.

Bundan əvvəl ölənlərin 49 nəfər olduğu bildirilirdi.

Türkiyədə fabrikdə partlayış: Ölənlər var

Türkiyənin Bursa əyalətinin lak və boya fabrikində baş verən partlayışda ölənlərin sayı 5 nəfərə çatıb.  

Dalga tv Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10-dan artıq adam müxtəlif dərəcəli xəsarət alıb.

 

Rusiyada təyyarə qəzası: Ölən var

Rusiyanın Amursk vilayətinin Ekimçan qəsəbəsində An-2 təyyarəsi qəzaya uğrayıb.

Dalga tv TASS-a istinadən xəbər verir ki, təyyarə sərt eniş edib və bu zaman yanıb. Hadisə yerinə Ekimçan qəsəbəsinin yanğınsöndürənləri gəliblər.

Fövqəladə vəziyyətlərdəki mənbənin məlumatına görə, pilotlardan biri ölüb.

Təyyarədə sərnişin olmayıb.

ABŞ-ın nüfuzlu radiosunda Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti müzakirə olunub

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı münasibətilə ABŞ-da məşhur və geniş auditoriyaya malik olan "Con Batçelor Şou" radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, müsahibə zamanı aparıcı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdıraraq, 850 km məsafəni əhatə edən bu dəmir yolunun Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı bütövlükdə regionun inkişafına töhfə verəcəyini diqqətə çatdırıb və bu üç ölkənin birgə necə uğurlu əməkdaşlıq etməsinə dair sual ünvanlayıb.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın regionun digər ölkələri üçün örnək olduğunu deyən diplomat bunun könüllü surətdə və heç kimin təsiri olmadan baş verdiyini və hər üç ölkənin və xalqların maraq və rifahına xidmət etdiyini vurğulayıb. Tarixi İpək Yolun yenidən canlandırılmasında mühüm bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimində Azərbaycan və Türkiyənin prezidentləri ilə yanaşı Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin, Türkmənistan və Tacikistanın nazirləri və digər ölkələrin rəsmilərinin iştirak etdiyi və bu faktın özü-özlüyündə layihənin region üçün nə dərəcədə əhəmiyyətli olmasının göstəricisi olduğu bildirilib. Fikrin davamı olaraq, Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi bir çoxlarının Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmadıqlarını və onu reallaşmasını qeyri-mümkün hesab etdiklərini söyləyən səfir bunun üç ölkə arasındakı dostluq və qardaşlığın nəticəsi olduğunu ifadə edib.

Daha sonra aparıcı Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edib. İlk olaraq, ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq potensialına malik həmin yolun Avropa və Asiya bazarlarını bir-birinə bağladığını deyən aparıcı üç ölkə arasında bu sahədə əməkdaşlığın ilk dəfə həyata keçirildiyinə dair növbəti sualını səsləndirib.

E.Süleymanov Azərbaycan, Gürcüstan və Türkiyənin əvvəlki dövrlərdə birgə enerji sahəsində, o cümlədən Bakı-Tbilisi-Ceyhanneft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi mühüm əhəmiyyətə malik olan layihələr həyata keçirdiklərini və hazırda Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin inşası üzərində işlədiklərini vurğulayıb. O, Bakı-Tbilisi-Qars dəmir yolunun isə qeyri-enerji sektorunda ilk belə irimiqyaslı layihə olduğunu söyləyib. Fikrin davamı olaraq, səfir ABŞ və Avropa İttifaqının da bu dəmir yolunu dəstəklədiyini və rəsmi açılış münasibətilə bəyanat verdiyinə diqqət yönəldərək, Avropa İttifaqının bəyanatında həmin dəmir yolunun Şərq Tərəfdaşlığı, eləcə də Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun gəldiyinin ifadə edildiyini söyləyib.

Yekunda aparıcı Bakı-Tbilisi-Qars dəmir yoluna ABŞ tərəfindən göstərilən dəstək, habelə onun region ölkələri ilə bu sahədə praktik əməkdaşlığa marağının artmasına toxunaraq, bu xüsusda, ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı çərçivəsində həm Azərbaycan, həm də Gürcüstanda gömrük və sərhəd keçid məsələlərinə həsr olunmuş təlimlərin təşkil edildiyini qeyd edib və ABŞ üçün Azərbaycanın strateji əhəmiyyətinə dair növbəti sualını ünvanlayıb.

Səfir Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu, ölkəmizin qədim İpək Yolunun mühüm hissəsi olmaqla, şərq-qərb və şimal-cənub yollarının kəsişməsində yerləşdiyini, eləcə də mühüm enerji layihələrinin təşəbbüskarı və müəllifi olduğunu, NATO-nun Şimal Təchizat Şəbəkəsi çərçivəsində ABŞ ilə yaxından əməkdaşlıq etdiyini vurğulayaraq, ölkəmizin ABŞ ilə əlaqələrinə böyük diqqət yetirdiyini və bu əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.

Müsahibənin tam versiyasını https://player.fm/series/the-john-batchelor-show/azerbaijan-starts-the-silk-road-of-iron-rails-elinsuleymanov internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, "Con Batçelor Şou" gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

PKK ilə atışma: Türk hərbçiləri itki verdi

Türkiyənin Hakkari əyalətinin Şəmdinli rayonunda təhlükəsizlik qüvvələri və hərbçilərlə terrorçu PKK qruplaşması silahlıları arasında baş verən atışma nəticəsində 8 nəfər şəhid olub.

Dalga tv  "Haber 7"-yə istinadən xəbər verir ki, atışma nəticəsində 4 terrorçu məhv edilib. 

Saytda Axtarış

ახალი ამბები