Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün772
DünənDünən3053
Bu həftəBu həftə3825
Bu ayBu ay98793
Bu günə qədərBu günə qədər8460424

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İstanbul-Tbilisi reysi ilə uçan təyyarəni ildırım vurdu

Türkiyənin “Atlas global” aviaşirkətinə məxsus İstanbul-Tbilisi reysi həyata keçirən təyyarəni ildırım vurub, təyyarə Atatürk aeroportuna geri qayıtmağa məcbur olub. 

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki,  bazar ertəsi sərnişinlər  bu barədə jurnalistlərə məlumat verib.  

Məlumata görə, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra onu ildırım təyyarəni vurub. Təyyarə ekipajı dərhal geri qayıtmaq barədə qərar qəbul edib.

Sərnişin Kote Matitaşvili deyib: “Hadisə nəticəsində zərərçəkən olmayıb, amma məlumata görə, təyyarə zədələnib, məhz bu səbəbdən aeroporta geri qayıtmaq qərarı alınıb”. 

Aeroportun mətbuat xidmətindən jurnalistlərə bildirilib ki,  İstanbul-Tbilisi reysi hava şəraitinə görə gecikib. 

Fransada erməni cinayətkarlar saxlanıldı

Fransada 14 ermənidən ibarət olan cinayətkar qrup saxlanıldı. 

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, Bordo, Nanta, Nitstse, Puatye və Parisdə 14 nəfər saxlanılıb. Saxlanılan şəxslərin hamısı ermənidir. 

“Renna polisi bir ildir ki, fahişələri silahla hədələyərək, onlardan gündəlik “vergi” alan şəxslərin təqibi üzrə cinayət işi aparır. Əməliyyat nəticəsində  14 nəfər saxlanılıb, onlardan 12-si artıq məhkəmə qarşısına çıxıb. Qrup 30-a yaxın yaşı olan kişilərdən ibarətdir. Onlar tərəfindən hədələnən fahişələr qorxudan polisə müraciət etməyiblər”, - bu barədə polis nümayəndəsi Jan-Mark Droqe bildirib. 

Ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc həlak olub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasına məxsus Hərbi Hava Qüvvələrinin Yəmənin şimalındakı Saad vilayətinə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc sakin ölüb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Saba” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günü axşam baş verib. Zərbə krallıqla sərhəddəki Şad ərazisindəki Əl-Maşnak bazarına endirilib. Zərbə nəticəsində daha 1 nəfər xəsarət alıb.

Qeyd edək ki, Yəməndə vətəndaş qarşıdurması 2014-cü ilin avqustundan davam edir. Belə ki, artıq 3 ilə yaxındır hökumət qüvvələri ilə qiyamçı husilər arasındakı silahlı toqquşmalar səngimir.

Portuqaliyada meşə yanğınları: Çox sayda ölən var

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

Dalga tv-nin APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə “Publico” nəşri daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomesə istinadən məlumat yayıb.

Xəsarət alanlardan 5-in durumu ağırdır. İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb.

Kolumbiyada partlayış törədilib, ölən və yaralananlar var

Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində törədilən güclü partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb, ölənlərdən biri Fransa vətəndaşıdır.
Dalga tv Sonxeber.az-a  istinadən verdiyi xəbərə görə, bu barədə Boqota meri Enrike Penyalosa bildirib. Daha 11 nəfər isə müxtəlif xəsarətlər alıb.

Ölənlərin hamısı 23-31 yaşlı qadınlardır.

Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində güclü partlayış törədilib.
Sonxeber.az - ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Boqota meri Enrike Penyalosa partlayışın terror aktı olduğunu bildirib. Onun sözlərinə görə, insident nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış "Centro Andino" ticarət mərkəzinin ikinci mərtəbəsindəki tualetdə baş verib.

Hadisə yerinə təcili yardım maşınları və polislər cəlb edilib.

Dəhşət! Zəvvarları daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

Səudiyyə Ərəbistanında Mədinə şəhərinin yaxınlığında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 2 zəvvar həlak olub, 36 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobusda 40-dan artıq zəvvar olub və onların hamısı Asiya ölkələrindəndir. Bütün xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Türkiyədə faciə: Bu gecə 731 əsgər zəhərləndi

Bu gecə Türk Silahlı Qüvvələrinin 731 əsgəri zəhərlənib.

 Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, hadisə Manisa şəhərində Piyada Təhsil Briqadasında baş verib. Briqadanın əsgərləri gecə yeməyindən az sonra ürək bulanması və qusma diaqnozu ilə təcili xəstəxanalara aparılıb.

Hadisədən dərhal sonra Türk Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı Saleh Ağıllı Çolaq və Müdafiə Naziri Fikri İşıq hadisə yerinə gəlib.

Müdafiə naziri Fikri İşıq əsgərlərin həyatına təhlükə olmadığını bildirib və əlavə edib ki, əsgərləri yeməklə təmin edən şirkətlə müqavilə ləğv edilib.

Ən sonda isə bəlli olub ki, hüquq-mühafizə orqanları Piyada Təhsil Briqadasını yeməklə təmin edən şirkətin 21 əməkdaşını həbs edib.

Hazırda əsgərlərin müalicə və müayinəsi davam edir.

 

Rusiya aviasiyası İŞİD-in 2 komandirini və 180 silahlısını məhv edib

Rusiya aviasiyası Suriyanın Deyr az Zor şəhərinə hücum etməyi planlaşdıran İŞİD terror qruplaşmasının 2 komandirini və 180 silahlısını məhv edib

“Rusiya aviasiyasının İŞİD mövqelərinə qabaqlayıcı zərbələr endirməsi nəticəsində qruplaşmanın iki komandri Əbu Umar əl Beciki və Əbu Yasin əl Masri məhv edilib. Bundan başqa, zərbələr nəticəsində 180-dək İŞİD üzvü, 18 ədəd avtomobil və zirehli texnika, bir artilleriya qurğusu, dörd komanda məntəqəsi, silah-sursat anbarı məhv edilib”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir. 

Son dəqiqə! Azərbaycanlıların olduğu avtobus aşdı : 11 nəfər yaralı var

Rusiyada içərisində azərbaycanlıların olduğu mikroavtobus aşıb.

Qəzada yeddisi uşaq olmaqla 11 nəfər yaralanıb.

Avtobusun Nijni Novqoroddan Bakıya yola düşdüyü bildirilir.

mənbə: qafqazinfo

Restorana silahlı hücum - 18 ölü

Somalinin paytaxtı Maqadişoda yaraqlıların restorana hücumu nəticəsində ölənlərin sayı azı 18 nəfər çatıb.

Dalga tv Sonxeber.az-a istinadın xəbər verir ki, əvvəlcə restoranın qarşısında minalanmış avtomobil partladılıb.
Sonra silahlılar otelə girərək insanları girov götürüblər.

Hücumu yalnız səhərə yaxın dayandırmaq mümkün olub. Somalı Təhlükəsizlik Nazirliyi nümayəndəsinin dediyinə görə, silahlılar xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Restorana hücumun məsuliyyətini Somalidə fəaliyyət göstərən "Əş-Şəbab" terror qruplaşması üzərinə götürüb.

Bağçanın qarşısında partlayış - Yaralananlar var

Çinin Çzyansu vilayətindəki bağçalardan birinin qarşısında partlayış baş verib.

Dalga tv  xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

İnsident yerli vaxtla 16.50-də (Bakı vaxtı ilə 12.50-də) qeydə alınıb.

Şahidlərin sözlərinə əsasən xəsarət alanların olduğu deyilir. Ancaq hələki dəqiq məlumat verilməyib.

Hadisə yerinə təcili yardım maşınları göndərilib.

"Qafqazinfo"

Sabiq nazirə hücum edildi

Fransanın sabiq ekologiya və energetika naziri xanım Natali Kosçyuşko-Morize hücuma məruz qalıb.

Qafqazinfo xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

İnsident paytaxt Parisin 5-ci dairəsində baş verib. Hadisə zamanı "Respublikaçılar" partiyasının namizədi təbliğat aparırdı.

Naməlum kişi ona yaxınlaşaraq əvvəl təhqir edib, daha sonra isə vurmaq istəyib. Yerə yıxılan xanım namizədin başı daşa dəydi. O, həkimlər gələnədək bir neçə dəqiqə huşsuz vəziyyətdə qalıb. Natali Kosçyuşko-Morize xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənə bilib.

Qeyd edək ki, Parlament seçkilərinin ilk turu bazar günü, iyunun 11-də baş tutub. Kosçyuşko-Morize iyunun 18-də keçiriləcək ikinci turda iştirak edəcək.

Saytda Axtarış

ახალი ამბები