Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün773
DünənDünən3053
Bu həftəBu həftə3826
Bu ayBu ay98794
Bu günə qədərBu günə qədər8460425

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kabildə qəbiristanlıqda törədilən silsilə partlayışlar nəticəsində 18 nəfər ölüb

Əfqanıstanda  paytaxtı Kabildə qəbiristanlıqda törədilən üç partlayış nəticəsində 18 nəfər ölüb. APA-nın “TOLOnews”-a istinadən verdiyi xəbərə görə, partlayışlar Əfqanıstan senatorunun oğlunun  dəfn mərasimi zamanı törədilib.

Terror aktı nəticəsində daha 30 nəfər yaralanıb.

Dəfn mərasimində rəsmi şəxslərin iştirak etdiyi bildirilir.

Terror aktlarının kamikadzelər tərəfindən törədildiyi bildirilir. 

Almaniyada "Rock am Ring" rok festivalının iki əməkdaşı terror aktı hazırlamaq şübhəsiylə saxlanılıb

 Almaniyanın hüquq-mühafizə orqanları Nürburg qəsəbəsi yaxınlığında keçirilən məşhur "Rock am Ring" rok festivalında xidmət göstərən şirkətin iki əməkdaşını saxlayıb.

Dalga tv "Report" -a istinadən xəbər verir ki, işçilər festival ərazisinə şübhəli əşya keçirməkdə şübhəli bilinir.

Almaniyanın "Welt" qəzetinin məlumatına görə, saxlanılanların azı birinin radikallarla əlaqəli olduğu güman edilir.

Qeyd edək ki, daha əvvəl dünyanın ən məşhur rok festivallarından biri terror təhlükəsi səbəbindən dayandırılıb. Alman polisi tamaşaçıların festival ərazisini tərk etməsinə dair göstəriş verib. Hazırda həmin ərazidə istintaq tədbirləri aparılır.

Üç günlük musiqi bayramına toplamda 87 mindən çox bilet satılıb. Quraşdırılmış dörd səhnədə 85 musiqi kollektivi, o cümlədən "die Toten Hosen", "Rammstein", "System Of A Down" kimi tanınmış qruplar çıxış etməli idi.

İranda partlayış nəticəsində yaralananların sayı 32 nəfərə çatıb

İranın Şiraz şəhərində baş verən güclü partlayış nəticəsində yaralananların sayı 32 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fars əyalətinin təcili tibbi yardım xidmətinin başçısı Məhəmməd-Reza Əli Maneş bildirib.

“Xəsarət alanların sayı 32 nəfərə çatıb, onlardan 15-i xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyəti sabitdir. Ticarət mərkəzində baş verən partlayışın səbəbləri hələ ki, məlum deyil”, tibb rəsmisi deyib.

Qeyd edək ki, bundan əvvəl İranın Şiraz şəhərində ticarət mərkəzində güclü partlayışın baş verdiyi, 15 nəfər yaralandığı, ilkin ehtimalla  partlayışa qaz sızması səbəb olduğu bildirilirdi. 

Türkiyə, Azərbaycan və Gürcüstan arasında elektron ticarət müqaviləsi imzalanıb

Türkiyə, Azərbaycan və  Gürcüstan arasında elektron ticarət müqaviləsi  imzalanıb.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, müqavilə İstanbulda hər üç ölkənin rəsmiləri tərəfindən imzalanıb.

Türkiyə Gömrük və Ticarət naziri Bülent Tüfengçi hər üç ölkənin beynəlxalq rəqabət bazarı ilə sıx əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Türkiyəli nazir yeni imzalanan müqavilənin üç dost ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə olduğunu bildirib: “Yeni elektron ticarət müqaviləsinin imzalanması dünya bazarında hər hansı  ticarət əməliyyatlarında istifadə olunan yeni texnologiyaların əhəmiyyətini göstərir. Yeni texnologiyalara malik elektron kommersiyasının  ticarət əməliyyatlarında istifadə olunması ölkələrimizin dünya bazarlarına çıxışını əhəmiyyətli edir”, deyə nazir vurğulayıb.

Moskvaya qar yağıb

Bu gün səhər saatlarında Moskvaya qar yağmağa başlayıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, yağan qarın foto və videogörüntüləri Moskva sakinləri tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Vatikanda güclü partlayış baş verdiyi bildirilir

Sosial şəbəkə istifadəçiləri Vatikan üzərindən qalxan qatı qara dumanın video və fotoları paylaşmaqdadırlar.

Dalga tv "Report"a  istinadən xəbər verir ki, şəkillər və videolar hadisə şahidləri tərəfindən paylaşılır.

"Mən yenicə partlayış səsi eşitdim. Vatikanda yanğın var?", – deyə istifadəçilərdən biri yazıb.

"The Mirror" nəşri qeyd edir ki, insident Vatikanın iqlim dəyişikliyi məsələsi ilə əlaqədar ABŞ-ı tənqid etməsindən sonra baş verib.

Səudiyyə Ərəbistanında güclü partlayış baş verib

Səudiyyə Ərəbistanının şərqində, daha çox şiələrin məskunlaşdığı Əl-Katif şəhərində güclü partlayış baş verib.

Dalga tv Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə məlumatı Al-Arabiya telekanalı yayıb.

Hadisə zamanı ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur.

Bildirilir ki, hərəkətdə olan avtomobildə partlayıcı qurğu işə salınıb.

Türkiyədə daha bir mədən çökdü

Türkiyənin Zonquldaq əyalətində özəl şirkətə məxsus kömür mədənində faciə baş verib.

Dalga tv Axar.az-a istinadən xəbər verir ki, ötən gün mədənin çökməsi nəticəsində 2 şaxtaçı həyatını itirib.

Qeyd edək ki, Türkiyə Daşkömür Təşkilatı mədənin çökməsi xəbərindən sonra 2 şaxtaçının içəridə qaldığını bildirmiş və xilasetmə işlərinə başlamışdı.

Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib

Türkiyə Silahlı Qüvvələri hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 20:55 radələrində “Cougar” markalı helikopter Uludərə rayonundakı Şenoba bölgəsində elektrik xəttinə toxunaraq yerə düşüb.

Məlumata görə, axşam saatlarında havaya qalxan və içərisində Sərhəd Diviziya komandiri, general-mayor Aydoğan Aydın, eləcə də polkovnik və polkovnik-leytenantların da olduğu hərbi helikopterlə İraq sərhədində əlaqə kəsilib. Bir müddət sonra helikopterin qəzaya uğradığı müəyyən edilib. Hadisə yerinə helikopter və zirehli vasitələrlə çox sayda əsgər və təcili yardım briqadaları cəlb edilib. Türkiyənin müdafiə naziri Fikri İşıq  hadisə yerinə yollanıb. Hadisə ilə əlaqədar araşdırma davam edir.

İŞİD Kabildə partlayışa görə məsuliyyəti öz üzərinə götürdü

“İslam dövləti” (İŞİD) terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Dalga tv Oxu.Az-a istinadən bildirib ki, bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

Bu gün səhər Kabildə prezident sarayının və xarici səfirliklərin yaxınlığında güclü partlayış baş verib. Tikililərin bir çoxuna, o cümlədən Fransa və Almaniya səfirliyinə zərər dəyib. KİV-in məlumatına görə, partlayış zamanı ölənlərin sayı 90-a çatıb, 380 nəfər isə yaralanıb. 

Əfqanıstan DİN-in ilkin məlumatına görə, bomba su daşıyan avtosisternə qoyulub.  

Hindistanda kilsə bayramından sonra zəhərlənmə olub: 9 ölü, 200 yaralı

Hindistanda dini mərasimdə ibadətdən sonra 9 nəfər qidadan zəhərlənərək ölüb.

Dalga tv "Report"a istinadən  xəbər verir ki, bu barədə "RİA Novosti" "Indian Express"ə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Meqhalay ştatında baş verib. Hadisə zamanı həmçinin yüzlərlə insan zəhərlənib.

"Yeddisi yeniyetmə yaşlarına çatmamış şəxs olmaqla, səkkiz nəfər Nongkya kəndində qidadan zəhərlənərək ölüb" – deyə dairə komissarının müavini bildirib. Bildirilir ki, sakinlər düyü və donuz ətini yeyiblər.

Hindistanın Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurunun sözlərinə görə, yeniyetmə yaşına çatmamış daha 1 nəfər Umsninq şəhərində ölüb. Məlumatda həmçinin bildirilir ki, 200-ə yaxın sakin qidadan zəhərlənib. Onların əksəriyyəti xəstəxanaya yerləşdirilib.

Qida nümunələri Quaxati şəhərindəki tibbi laboratoriyaya göndərilib. 

Kabildə terror aktında 80 nəfər ölüb, 350 nəfər yaralanıb

Əfqanıstan paytaxtında partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Röyters” agentliyinin Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən yaydığı xəbərdə deyilir.

Bildirilir ki, partlayış nəticəsində 350-dən çox adam yaralanıb.

Saytda Axtarış

ახალი ამბები