Dalga Televiziyasi Mançesterdə ticarət mərkəzində partlayış səsi eşidilib, insanlar təxliyyə edilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2059
DünənDünən3053
Bu həftəBu həftə5112
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8461711

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mançesterdə ticarət mərkəzində partlayış səsi eşidilib, insanlar təxliyyə edilib

İngiltərənin Mançester şəhərindəki ticarət mərkəzində partlayış səsi eşidilib, insanlar binadan təxliyyə olunub.

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzində yerləşən “Arndale” ticarət mərkəzində baş verib. Şahidlər onlarla insanın binadan qaçdığını bildiriblər. “Sky News” telekanalı polisin ticarət mərkəzində 1 nəfəri saxladığı barədə xəbər yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb, insanları tez bir zamanda ərazini tərk etməyə çağırıblar..

Qeyd edək ki, mayın 23-nə keçən gecə "Manchester Arena"da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən terror aktı nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Terrorçu əldəqayırma partlayıcı qurğunu işə salıb və hadisə yerində özü də ölüb. Olaya görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb

Saytda Axtarış

ახალი ამბები