Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün32
DünənDünən3048
Bu həftəBu həftə6133
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8462732

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Serj Sarkisyanın əsas rəqibləri parlamentdən kənarda qalıb

Ermənistan Mərkəzi Seçki Komissiyası bazar günü keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, saat 12.00-yə 2009 seçki məntəqəsinin hamısından məlumatlar daxil olub və səslər hesablanıb.

Beləliklə, Ermənistan parlamentində partiya kimi yalnız hakim Respublika Partiyası və Daşnaksutyun Partiyası təmsil olunmaq hüququ qazanıb.

Respublika Partiyası seçicilərin 49,12 faizinin,  Daşnaksutyun Partiyası  isə 6,57 faizinin səsini toplayıb. Blok qismində isə parlamentdə 27, 32 faiz səs toplamış “Tsarukyan” və 7,77 faiz səs toplamış “Yelk” ("Çıxış") blokları təmsil olunacaq.

Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Beləliklə, əsas müxalif qüvvələr sayılan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi və 1999-cu ildə parlamentdə atışmada öldürülən spiker Karen Dəmirçiyanın oğlu Stepan Dəmirçiyanın başçılıq etdiyi “Xalq” partiyasının birgə təmsil olunduğu blok (1,65 faiz) və sabiq müdafiə naziri olan Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Raffi Ovanisyan və 1998-2008-ci illərdə xarici siyasət idarəsinin rəhbəri vəzifəsini tutmuş Vardan Oskanyan başçılıq etdiyi “Ohanyan-Raffi-Oskanyan” bloku (2,7 faiz), o cümlədən Azad Demokratlar Partiyası (0,94 faiz), Ermənistan Kommunist Partiyası (0,75 faiz), Erməni Dirçəlişi Partiyası (3,71 faiz) parlamentdən kənarda qalıb.

Dünyanın qeyri-adi hotelləri

 

2017-ci ilin əvvəlindən dünyanın müxtəlif yerlərində hotel, mehmanxana və hostellər açılıb. Onların sırasında yetərincə qeyri-adi olanlar var. Bəziləri qonaqları xüsusi dizaynı, digərləri təqdim edilən xidmətlər və hətta məkanın ölçüləri ilə təəccübləndirmək qərarına gəlib.  

Dalga tv Lenta.ru-ya istinadən son bir neçə ay ərzində ilk turistlərini qəbul edən maraqlı hotelləri təqdim edir. 

“The Book and Bed Tokyo-Kyoto” (Kioto, Yaponiya) kitab hostelində yataq yerləri kitab rəflərində yerləşir. Hər seksiyada lampa və pərdə var.  

Tel-Əvivdə Frişman çimərliyində xilasediclərin qülləsində quraşdırılan ilk hotel yalnız 10 gün 15-25 mart tarixində fəaliyyət göstərib. Bu hoteldə yalnız müsabiqədə iştirak edərkən yaşamaq mümkün olub.

Məşhur ingilis rəssamı Benksinin də artıq öz hoteli var. “Walled Off Hotel” hoteli Fələstin və İsrail sərhədində açılıb. Hoteldə doqquz adi və bir syut var. Hotelin otaqlarının divarlarını Benksinin əsərləri bəzəyir.  

“The 7th Room ” hotelini Laplandiyada meşədə inşa ediblər. Ənənəvi Skandinaviya evini xatırladan ev, 10 metr hündürlükdə 12 sütun üzərində qurulub. Ümumi sahəsi 55 kvadratmetrdir. 

Maldiv adalarında dəbdəbəli hotellərin açılışı adi haldır. Amma “Hurawalhi Island Resort” beşulduzlu hotel sualtı restoranı ilə qürrələnə bilər. Masalar şəffaf tuneldə yerləşdirilib, dəniz məhsulları yalnız menyuda deyil, eləcə də ətrafdadır.

İspaniyanın “In-Tenta” dizayner şirkəti hotel deyil, portativ mehmanxana otağı icad edib. “Drop box” adı alan konstruksiya dörd nəfər üçün nəzərdə tutulub. İki yataq otaqlı variant nəzərdə tutulub. Nömrədə vanna otağı və terras var. 

İlin əvvəlində Sinqapurun mərkəzində “Oasia” hoteli qonaqlarını qəbul etməyə başlayıb. 27 mərtəbəli bina təbii bitki örtüyünə malikdir. Hoteldə 314 nömrə var, burada ofis və mağaza fəaliyyət göstərir. 

Yaponiyanın “Henn na Hotel” hotelində martın ortasında, demək olar ki, əməkdaşlar olmur. Qeydiyyat masasında çalışan qızları və digər əməkdaşları robotlar əvəz edir.  

“The Breakers” hoteli 1896-cı ildən fəaliyyət göstərir. Doğrudur, həmin dövrdə hotel “The Palm Beach Inn” adlanırdı. “The Flagler Club” hoteli isə bu yaxınlarda açılıb. Dünyada ilk dəfədir ki,  bir hotelin içində başqa bir hotel açılır. Nömrələrin qiyməti isə burada 2,1 min dollardan başlayır. 

Yük konteynerlərindən inşa edilən“Quadrum” hoteli martın əvvəlində Gürcüstanda açılıb. Qudauri məşhur dağ-xizək kurortudur. Hotel turistlərə bir nəfərlik və ailəvi, eləcə də lyuks nömrələr təklif edir. Bundan başqa, hovuz və sauna da xidmətinizdədir. 

Elm dünyasının yeni Enşteyni

23 yaşlı gənc fizik Sabrina Gonzales Pasterski hazırda dünyanın ən ağıllı elm adamlarından biri kimi göstərilir.

Əslən Kubadan olan Sabrina MIT-dən 3 il ərzində bütün imtahanlardan ən yüksək qiyməti alan tək qadın kimi tarixə düşüb. Dünya mediası onu yeni Enşteyn kimi qələmə alır.

Sabrina eynilə Enşteyn kimi qara dəliklər, cazibə qüvvəsi və kosmos zamanı ilə bağlı mövzularla maraqlanır. O, bu sahədə inqilab yaradan insanlardan biri ola bilər. Ancaq Sabrinanın yeni Enşteyn kimi göstərilməyinin tək səbəbi elmi uğurları deyil.

İlk dəfə 2008-ci ildə cəmi 14 yaşında tək başına motorlu təyyarə yaratmağı bacarıb. MIT professorları Sabrinanın istedadının standartdan üstün olduğunu qeyd edirlər.

O, hələ də ağıllı telefon, feysbuk, instaqram və linkedindən istifadə etmir. (bizplus)

Ermənistanda parlament seçkilərində kütləvi pozuntu halları müşahidə olunur

Bu gün yerli vaxtla saat 15.00-a qədər Ermənistanda keçirilən parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan Baş Prokurorluğuna 970 məlumat daxil olub.

Dalga tv-nin APA-ya istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun Xüsusi işlər üzrə idarəsinin rəis müavini Sevak Ovannisyan həmin məlumatlardan 131-də cinayət əməli aşkarlandığını bildirib.

Həmin məsələlər araşdırılması üçün İstintaq Komitəsinin regional bölmələrinə və Ermənistan Polisinə göndərilib. Bu məlumatlardan 48-i başqasının yerinə səs vermə, yaxud təkrar səsvermə, 26-ı gizli səsvermə, 9-u seçicinin müstəqil iradəsini ifadə etməyə maneə yaradılması, 15-i vəzifəli şəxslərin, müşahidəçilərin, komissiya üzvlərinin, KİV-lərin səlahiyyətlərini yerinə yetirməyə mane olma, 8-i seçicinin ələ alınması, 2-i seçki məntəqələrində qruplarla toplaşma, 23-ü seçicilərə təzyiq göstərilməsi ilə bağlı olub.

Ermənistanda seçki məntəqəsində dava

Ermənistanda 13/18 saylı seçki məntəqəsində dava olub.

Dalga tv Trend-ə istinadən xəbər verir ki, səsvermə zamanı müşahidəçi ilə seçici arasında dava baş verib.

 

Sarkisyan səsvermədə çətin vəziyyətə düşdü: Onun biometrik kartı tanınmadı

Ermənistan prezidenti Serj Sarkisyan parlament seçkilərində səsvermədə çətinlik çəkib.

Dalga tv-nin Trend-ə istinadən verdiyi məlumata görə, texniki vasitə Sarkisyanın biometrik kartını tanımadı.

Yaranan problem bir müddət sonra aradan qaldırılıb.

ABŞ-da iki təyyarə havada toqquşub, ölənlər var

ABŞ-ın Florida ştatında iki kiçik mühərrikli təyyarənin toqquşması nəticəsində iki nəfər ölüb. APA-nın  “The Daytona Beach News-Journal”a istinadən verdiyi xəbərə görə, toqquşma Ecuoter şəhəri yaxınlığındakı meşə sahəsi üzərində baş verib. Təyyarələrdən biri havada olarkən qanadı ilə digərinə dəyib.   

Təyyarələrdən birinin modeli  “Cessna 170” olub, digərinin isə kustar üsula istehsal olunduğu bildirilir. İnsidentin araşdırılmasına başlanılıb.

Təyyarələrin göyərtəsində yalnız pilotlar olub.  

Kolumbiyada sel nəticəsində 112 nəfər ölüb, 200 nəfər itkin düşüb

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 112 nəfər ölüb.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, xeyli insan itkin düşmüş hesab edilir. “El Heraldo” portalı təbii fəlakət nəticəsində 180 nəfərin xəsarət aldığını, 200 nəfəri itkin düşdüyünü bildirib.  

Faciəyə səbəb kimi leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi göstərilir.  

Təbii fəlakət  17 rayona ziyan vurub, 45 min sakin işıqsız qalıb. 

Parisdə partlayış baş verib, 20-dək insan yaralanıb

Paris ətrafındakı Vilpent kommunasında baş vermiş güclü partlayış nəticəsində 20-dək şəxs yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisənin terror aktı olduğu istisna olunur.  

Məlumata görə, 30-dək şəxs həkimlərə müraciət edib. Onların arasında şok vəziyyətdə olanların da olduğu bildirilir.  

Məlumata görə, partlayış zamanı kommunanın meri da yaralanıb. İnsidentin uşaqlar üçün ənənəvi olaraq hər il keçirilən karnaval zamanı baş verdiyi bildirilir.  

Gürcüstanda boşanma halları artıb

Gürcüstanda ailələrdə boşanma halları artıb, nikaha daxil olma faktı isə xeyli azalıb.

“Dalga tv”nin Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 2016-cı ildə 9 539 cütlük boşanıb. Bu da 2015-ci illə müqayisədə 427 fakt çoxdur.

Boşananların 3 064-ü gənc ailələr olub. Onlar son 4 il ərzində ailə həyatı quranlardır. 

Ötən il boşanan 2 274 cütlüyün birgə ailə həyatı 5-9 il davam edib. Qalanlar isə 10, hətta 20 il birgə ailə həyatı yaşayanlar olublar.

Ən çox boşanma halı paytaxt Tbilisidə qeydə alınıb. Ötən il paytaxtda 3 688 ailə dağılıb.

İmereti bölgəsində 1 450, Kvemo Kartli bölgəsində isə 982 boşanma faktı qeydə alınıb.

Ötən il Gürcüstanda 25 101 nəfər nikaha daxil olub. Bu da 2015-ci illə müqayisədə 4 056 fakt azdır.

Nikaha daxil olanların çoxu 20-24 və 25-29 yaş arasında olan gənclərdir. Keçən il ən çox nikah müqaviləsi paytaxt Tbilisidə bağlanıb - 7 304. İmereti bölgəsində 3 832, Acarıstanda isə 2 631 nikaf müqaviləsi bağlanıb.

Gürcüstanın Raçe-Leçxumi və Kvemo Svaneti bölgəsində cəmi 203 nikah müqaviləsi bağlanıb. 

Çində pasientə qolunda yetişdirilən qulaq köçürülüb

Çin cərrahları xəstənin qolunda yetişdirilən qulağın pasientin başına köçürülməsi əməliyyatını uğurla reallaşdırıblar.

Dalga tv Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, martın 30-da Şensi əyalətinin Sian şəhərində həyata keçirilən əməliyyat 7 saat davam edib.

Tszi soyadlı şəxs qulağını təxminən bir il əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində itirmişdi. 2016-cı ilin noyabrında cərrahlar onun qolunda yeni qulağın yetişdirilməsi prosesini başa çatdırıblar.

Qulağın yaradılması üçün pasientin qabırğasından qığırdaq götürülüb. Qığırdaq onun qolunda dərinin altına yeridilib, sonradan isə 3D printerdə çap edilən xüsusi implantların köməyi ilə ona qulaq forması verilib.

Türkiyə müdafiə nazirinin korteji qəzaya uğrayıb

Türkiyənin müdafiə naziri Fikir İşıkı müşayiət edən avtomobil karvanı qəzaya uğrayıb.

Dalga tv “Report”-a istinadən xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

Baş verən qəza nəticəsində 5 nəfər yaralanıb.

Hadisənin baş verməsinin səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Saytda Axtarış

ახალი ამბები