Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2627
DünənDünən3053
Bu həftəBu həftə5680
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8462279

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyə - Hollandiya qalmaqalı böyüyür

Türkiyə ilə Hollandiya arasında diplomatik böhran getdikcə böyüyür.

Dalga tv  ölkə.az-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər nazirliyi Hollandiyanın müvəqqəti işlər üzrə vəkilini üçüncü dəfədir ki, nazirliyə çağırıb. Vəkilə 2 nota verilib.

Türkiyə tərəfi Hollandiya rəsmilərindən yazılı formada üzr istənilməsini tələb edir.

“Baş verənlər Hollandiyanın demokratik ölkə kimi imicinə ciddi xələl gətirir”

“Son vaxtlar həm ABŞ-da, həm də Avropada islamofobiya meyllərinin gücləndiyi müşahidə olunur”.

Bunu APA-ya açıqlamasında Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı Konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasına münasibət bildirən millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev deyib ki, özünü demokratiyanın beşiyi sayan, demokratik, ali dəyərlərin daşıyıcısı, təminatçısı olduğunu söyləyən ölkələr demokratik prinsiplərə, dəyərlərə barmaqarası baxırlar: “Guya demokratiyanı müdafiə adı altında insanların sərbəst toplaşmaq azadlıqlarını məhdudlaşdırırlar. Bu, bizi hiddətləndirir”.

BAXCP sədri hesab edir ki, Türkiyə hökuməti bu cür təxribatlara emosional və kəskin reaksiyalar verməməlidir: “Çünki Avropa ilə münasibətlərin tamamilə korlanması Türkiyənin dövlət maraqlarına cavab vermir. Türkiyənin rəsmiləri daha təmkinli davranmalı, bu cür konfliktlərdən qaçmalıdırlar. İmkan verməməlidirlər ki, Türkiyəyə qarşı böyük bir informasiya savaşı açılsın və Türkiyənin dünyadakı imici tamamilə korlansın. Çünki dünyanın aparıcı KİV-i Qərbin nəzarətindədir və bu baxımdan Qərblə bu qarşıdurma Türkiyənin və müttəfiqlərinin dövlət maraqlarına qətiyyən cavab vermir. Bu baxımdan Türkiyə hökumətinin daha təmkinli davranmasını arzulayardım. Türkiyəni təxribatlara çəkirlər və Türkiyə bu təxribatlara getməməlidir”.

Hollandiyadan Türkiyə ilə bağlı rəsmi - Açıqlama

Hollandiya Türkiyə ilə aralarında baş verən siyasi qalmaqalla bağlı açıqlama yayıb.

“Dalga tv"nin "Posta” qəzetinə istinadən verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Türkiyə öz ərazisində olan hollandiyalı deputatların təhlükəsizliyinə cavabdehlik daşıyır.

“Vəziyyət hələ ki, naməlum istiqamətdə cərəyan edir. Türkiyə ölkədə diplomatik xidmət göstərən diplomatlarımızın təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Türk rəsmilərə qarşı reaksiyamızı göstərmişik”, - deyə bəyanatda qeyd olunub.

 

Türkiyə Niderlanda iki nota verib

alt

Türkiyə Xarici İşlər Nazirliyi Niderlanda iki nota verib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, notalar türkiyəli nazirlərə qarşı tətbiq edilən məhdudiyyətlər və dinc toplaşma hüququndan istifadə edən Türkiyə vətəndaşlarına qarşı pis rəftarla bağlıdır. Niderlandın Türkiyədəki müvəqqəti işlər vəkili 3-cü dəfə nazirliyə çağırılıb.

Notalarda türk nazirlərə qarşı etik və beynəlxalq normalara uyğun olmayan münasibətlər pislənib və bununla bağlı Niderland rəsmilərindən yazılı üzrxahlığın gözlənildiyi bildirilib. 

Gürcüstanda turist üçün sürpriz

Gürcüstan Turizm Nazirliyi maraqlı addım atıb.

“Dalga tv” xəbər verir ki, keçən il həmin ölkəyə gələn 6 000 000-cu turistə nazirliyik sürpriz edib.

Belə ki, o, xüsusi qarşılanıb və Gürcüstanın ən bahalı, görməli yerlərinə aparılıb.

Tiflisdə Avropa İttifaqının enerji üzrə proqramının ofisi açılıb

Tiflisdə Şərq Tərəfdaşlığı ölkələrində enerji sektorunun inkişafı üçün Avropa İttifaqının (Aİ) İdarəetmə Proqramının (EU4Energy) regional ofisi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində Gürcüstan baş nazirinin müavini, Energetika naziri Kaxa Kaladze, Avropa Qonşuluq Siyasəti və Genişlənmə Komissiyasının baş direktor müavini Katerina Maternova, Energetika Birliyi Katibliyinin direktoru Yanes Kopaç çıxış ediblər.

Yeni proqramın həyata keçirilməsi haqqında saziş 2016-cı ilin iyununda “Enerji Birliyi”  beynəlxalq təşkilatı və Avropa Komissiyası tərəfindən imzalanıb. Bu proqram enerji sahəsində Aİ-nin regional əməkdaşlıq proqramı İNOGATE-in davamıdır. Proqram dörd il üçün nəzərdə tutulub və altı ölkəni əhatə edir. Bu ölkələrə Moldova, Ukrayna, Ermənistan, Gürcüstan, Azərbaycan və Belarus daxildir. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib.

EU4Energy proqramı qaz, elektroenerji sahələrinin keyfiyyəti və yeni enerji mənbələrinin tapılması ilə məşğul olacaq. Proqramın ümumi enerji əlaqələndirilməsi ilə Enerji Birliyi Katibliyi məşğul olacaq. Proqramın Şərq Tərəfdaşlığı ölkələri üçün büdcəsi 6,8 milyon avro təşkil edir. 

Tədbirdə Aİ-nın Gürcüstan nümayəndəliyi, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Tiflisdə yaşayış binasında yanğın baş verib

Tiflisdəki Kldiaşvili küçəsində üçmərtəbəli yaşayış binası yanır.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda binada baş verən yanğının söndürülməsi üçün tədbirlər görülür. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə yerinə Gürcüstanın daxili işlər nazirinin müavini Merab Malaniya gəlib. Onun sözlərinə görə, yaşayış binasının sakinlərindən zərərçəkən olmayıb, bir nəfər yanğınsöndürən yüngül xəsarət alıb.

M. Malaniya deyib ki, bu dəqiqələrdə binanın 2000 kv. metr sahəsi yanıb. Yanğının söndürülməsi davam edir. Nazir müavini bildirib ki, hadisə ilə bağlı araşdırma başlanıb.

Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin sağ və sol arxa qanadlarının altından, motor hissəsindən və nəqliyyat vasitəsinin altında düzəldilmiş gizli saxlanc yerindən 34 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İstanbulda qəzaya uğrayan helikopterdəki 7 nəfərin hamısı ölüb

İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus “Sikorsky S-76” tipli helikopterdə olan 7 nəfərin heç bir sağ qalmayıb. 

APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Helikopterdə iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb. Bunlar  “Eczacıbaşı Vitra”-nın Rusiya üzrə direktoru Salim Özen, Rusiya vətəndaşları Aleksandır Vanin, İgor Koçergin, Lyudmila Çurova və Yelena Badraqadır.

İstanbulda helikopter qəzası baş verib

Türkiyədə helikopter qəzaya uğrayıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, İstanbulun Bəylikdüzü rayonunda yanğınsöndürmə helikopteri qülləyə çırpılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. 

Kabulda xəstəxanaya terror hücumu - 49 ölü, 76 yaralı

İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabulda terror aktı törədib.

“Dalga tv” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər ABŞ səfirliyinin yaxınlığında yerləşən hərbi xəstəxanada baş verib. Hücum nəticəsindən ölənlərin sayı 49-a çatıb, 76 nəfər isə yaralıdır.

Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, hücum edənlər 4 nəfər olub. Onlardan biri özünü xəstəxananın əsas girişində partladıb, 3-ü isə binanın içərisinə daxil ola bilib. 

Rusiya Türkiyə ilə bağlı bu qadağanı ləğv etdi

Baş nazir Dmitri Medvedev bəzi kənd təsərrüfatı məhsullarının Türkiyədən Rusiyaya ixracına qoyulan qadağanın ləğvi ilə bağlı fərman imzalayıb.

“Dalga tv”nin  verdiyi xəbərə görə, Şimali Kiprdə səfərdə olan Türkiyə baş naziri Binəli Yıldırım rusiyalı həmkarı ilə telefon danışığı zamanı bu məlumatı əldə edib.

Telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Moskvaya səfəri və səfər çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşü müzakirə edilib.

Saytda Axtarış

ახალი ამბები