Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2111
DünənDünən3053
Bu həftəBu həftə5164
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8461763

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kolumbiyada 100-dən çox uşaq təbii fəlakətin qurbanı olub

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 102 həddi-büluğa çatmamış uşaq ölüb.

Dalga tv-nin məlumatına görə, APA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə yayılan rəsmi məlumatda deyilir.

Ümumilikdə təbii fəlakət nəticəsində 314 nəfər həyatını itirib, 332 nəfər xəsarət alıb.

Məlumata görə, 127 nəfər itkin düşüb, onların arasında 3 əcnəbi - İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.

Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xatırladaq ki, aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.

Marqvelaşvili: "Gürcüstan Avropa İttifaqına namizəd olmaq üçün fəal işə başlamalıdır"

“Gürcüstan Avropa İttifaqına namizəd ölkə olmaq üçün fəal işə başlamalıdır”.

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili ölkə parlamentində çıxışı zamanı deyib.

“Demokratiya, müvafiq institutları, insan haqları, qanunun aliliyini, iqtisadiyyatın inkişafını gücləndirmək və işlək olan məhkəmə sistemi yaratmaq lazımdır. İqtisadi və sosial problemləri nizamlamaq elə də asan deyil. Onların həlli Avropaya inteqrasiya prosesi ilə bağlıdır. Bu istiqamətdə addımlar atmışıq. Lakin nail olduqlarımızın üzərində dayanmamalıyıq. Gürcüstanın hədəfi tarixi Avropa ailəsinə qayıtmaqdır”, - deyə o vurğulayıb.

Marqvelaşvili qeyd edib ki, Gürcüstan xarici siyasətinin əsas prioritetlərindən biri Avropa-Asiya nəqliyyat dəhlizinin genişləndirilməsidir və bu istiqamətdə yeni layihələrdə daha geniş iştirak etməkdir.

İsveç polisi Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayımlayıb

İsveç polisi Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayımlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onun artıq axtarışa verildiyi bildirilir.

Bundan əvvəl terror aktı törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə məlumat yayılsa da, polis bunu təkzib edib. Məlumata görə, hüquq-mühafizə orqanlarının mümkün terror aktı ilə bağlı məlumatları olmayıb.

Bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. 

Türkiyədə avtobus aşıb: Ölən və yaralananlar var

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Adanada keçirdiyi mitinqə gedənləri daşıyan avtobuslardan birinin aşması nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

Dalga tv Report-a istinadən xəbər verir ki, hadisə Kozan-Adana avtomobil yolunda olub.
Avtobusdakıların çoxu gənc olub. Məlumata görə, hava şəraitinin yağışılı olması qəzaya səbəb olub. 

Stokholmda polis yük avtomobilini insanların üzərinə sürən şəxsi saxlayıb

Stokholmda polis yük avtomobilini insanların üzərinə sürən şəxsi saxlayıb.

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" yerli mediaya istinadən yazıb.

Hadisədən dərhal sonra metro bağlanıb.

Stokholm polisi yük maşınının insanların üzərinə sürülməsini terror aktı hesab edir

Stokholm polisi bu gün şəhərdə yük maşını sürücüsünün avtomobili insanların üzərinə sürməsinin terror aktı ola biləcəyini nəzərdən keçirir.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, polisdən bildirilib ki, baş verən avtoqəza deyil, terror aktıdır.

Təsdiqlənməmiş məlumatlara hadisənin baş verdiyi ərazidə silah səsləri eşidilib.

Polis hadisə nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib, vətəndaşları şəhər mərkəzindən uzaqlaşmağa çağırıb.

Başqa bir məlumata görə, avtomobil insanları vurandan sonra mağazaya girib.

Bu gün Ümumdünya Sağlamlıq Günüdür

1948-ci ildə I Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib.

1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də qeyd edilir. Azәrbaycanda da Sәhiyyә Nazirliyi vә ÜST-ün dәstәyi ilә Ümumdünya Sağlamlıq Gününә hәsr olunmuş silsilә tәdbirlәrin hәyata keçirilmәsi planlaşdırılır.

Dalga tv xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının terapevti İbrahim Əfəndiyev Report-a açıqlamasında insanların sağlam şəkildə həyat sürməsi üçün lazım olan məqamları diqqətə çatdırıb.

“İnsanın sağlamlığı öz əlindədir. Ona görə də yaşayış tərzinə, qidalanmaya, ətraf mühitə qarşı münasibətə, eləcə də əsəb sisteminin tənzimlənməsinə xüsusi diqqət yetirmək lazımdır. Hətta müəyyən yaş həddinə çatandan sonra buna xüsusi fikir verilməlidir. Təəssüf ki, bunu çox vaxt edə bilmirik. Sağlamlığı qorumaq üçün il ərzində iki dəfə müəyyən müayinələrdən keçmək şərtdir. Əsas da ürək-qan damar sistemi, tənəffüs və həzm sistemi ilə bağlı müayinələrə üstünlük verilməlidir. Fəsillərin dəyişməsi zamanı bunu mütləq yoxlamaq lazımdır. Çünki bu zaman kəsiyində xroniki xəstəliklər daha da kəskinləşir”, - deyə o bildirib.

Onun sözlərinə görə, hərəkətliliyin yüksək səviyyədə olmasına da diqqət yetirmək lazımdır:

“Son illər texniki tərəqqi ilə əlaqədar insanlar oturaq həyat tərzi keçirirlər. Gün ərzində 14-15 saat sükan arxasında olmaq arzuolunan deyil. Bu da hipodinamiyaya gətirib çıxarır. Məhz bütün xəstəliklərin başlanğıcı bununla bağlıdır. Belə olanda damarlarda qanın hərəkəti müəyyən qədər zəifləyir. Piyada gəzmək - insan orqanizminin gücü və əzələ sümük sisteminin gəzintiyə davamlılığındən asılıdır. Gün ərzində maksimum 5-6 saat piyada gəzmək məsləhət görülür. Şam yeməyindən sonra da bir-iki saat gəzmək daha güclü effekt verir. Bu, həm də insanın gecə rahat yuxu almasına şərait yaradır. Hər bir yaşda da bunun saatı və müəyyən məsafəsi var”.

Terapevt vurğulayıb ki, qəfil ölümlər fərdi xarakter daşıyır:

“Çünki özünə və sağlamlığına diqqət edən insanlarda bu hal müşahidə olunur”.

Qeyd edək ki, hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. 2017-ci ilin Ümumdünya Sağlamlıq Günü yayılmasına görә әmәk qabiliyyәtinin vә sağlamlığın itirilmәsinin ikinci amilinә vә ÜST-ün Avropa regionunda 128 000 suisid halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilib.

Türkiyədə zavodda partlayış: Ölən və yaralananlar var

Türkiyənin Osmaniyə şəhərində metallurgiya zavodunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Dalga tv-nin məlumatına görə, bu barədə “Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

İlkin məlumatlara görə, hadisə qaz sızması nəticəsində baş verib.

Hadisənin səbəbləri araşdırılır

ABŞ Suriyaya raket zərbələri endirib

“ABŞ-ın raket zərbələri nəticəsində ölən insanlar var”.

Dalga tv-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu Suriyanın Homs əyalətinin qubernatoru Talal Barazi deyib. O, neçə nəfərin öldüyünü açıqlamayıb. T. Barazi qeyd edib ki, hücuma məruz qalan aviabaza terrorçulara qarşı mübarizədə istifadə edilirdi.

Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi (SOHR) isə raket zərbələri nəticəsində azı 4 Suriya hərbçisinin öldüyünü və aviabazanın demək olar ki, tam dağıdıldığını bildirib.    

ÜST: Suriyada kimyəvi hücum nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb

Suriyanın Han-Şeyhun şəhərində kimyəvi hücum nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb, 545 nəfər zərər çəkib

Dalga tv-nin APA-ya istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç deyib.

Bu haqda məlumatın qurumun İdlibdəki ofisindən göndərildiyini deyən T. Yazareviç bildirib ki, ölənlər arasında 27 uşaq var.

Qeyd edək ki, Han-Şeyhun şəhərində kimyəvi hücuma cavab olaraq ABŞ Suriya ordusuna məxsus aviabazaya raket zərbələri endirib. 

 

Suriyada kimyəvi silahdan istifadə zamanı ən azı 27 uşaq ölüb

Suriyanın İdlib vilayətinin Xan Şeyxun şəhərində kimyəvi silahdan istifadə nəticəsində ən azı 27 uşaq ölüb.

Dalga tv-nin xəbərinə görə, bu məlumatı BMT-nin Uşaq Fondu (UNİCEF) da təsdiqləyib.

“Suriyanın şimal-şərqində İdlib vilayətində kimyəvi silahdan istifadə zamanı ən azı 27 uşağın ölməsini təsdiqləyirik”, - UNİCEF-in məlumatında deyilir. 

Qeyd olunur ki, insident zamanı 546 nəfər xəsarət alıb. Ölənlərin sayının artacağı gözlənilir.

Qadınlar təyyarədə saçyolmaya çıxdılar

Baltimor-Los Anceles marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişinlər arasında dava düşüb.

Dalga tv publika.az-a istinadən xəbər verir ki, iki qadın sərnişinin yüksək səslə musiqi dinləməsi kənardakı sərnişinləri narahat edib. Narahatlıqlarını bildirən sərnişinlərlə musiqi dinləyənlər arasında mübahisə yaranıb.

Mübahisə edən qadınlar sonradan saçyolmaya çıxıblar. 5 qadın sərnişin bir-birini təhqir edərək əlbəyaxa olublar. Qadınların davasına digər sərnişinlər müdaxilə etməyib.

Təyyarə hadisə səbəbilə təcili eniş edib. Polis əməkdaşları tərəfindən ifadələri alınan 5 qadın sərbəst buraxılıb

Saytda Axtarış

ახალი ამბები