Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2664
DünənDünən3053
Bu həftəBu həftə5717
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8462316

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


NATO-nun Şimali Atlantika Şurasının XİN rəhbərləri səviyyəsində iclası keçiriləcək

Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsində ikigünlük iclası keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə NATO-nun mətbuat xidmətindən bildiriblər.

Toplantı aprelin  5-6-da NATO-nun mənzil qərargahında keçiriləcək. İclasa NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək. İclasın gündəliyinə dair əlavə məlumat veriləcək. 

Çavuşoğlu: Almaniya Türkiyənin daxili işlərinə qarışmamalıdır

"Almaniya hökuməti Türkiyənin daxili işlərinə qarışmamalı, tərəf tutmamalıdır".

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün almaniyalı həmkarı Sigmar Gabriel ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, hazırda gözlənilən referendumla bağlı Türkiyədə həssas dövrdür: “Belə bir həssas dövrdə Almaniyada referendum əleyhdarlarına aksiyalar keçirmək üçün icazə verilir, ancaq Türkiyə hökumətinin üzvlərinə referendumla bağlı görüşlər üçün icazə verilmir. Bu, yolverilməzdir. Türkiyə olaraq heç vaxt Almaniyada siyasi proseslərdə tərəf tutmadıq, çünki bu, Almaniyanın daxili işidir. Almaniya da Türkiyənin daxili işlərinə qarışmamalıdır”.

M. Çavuşoğlu qeyd edib ki, Almaniyada siyasətçilərin, medianın Türkiyəyə qarşı sərt münasibət bəslədiyi, hətta islamafobiya həddinə gəldiyi müşahidə olunur: “Bu, yolverilməzdir. Türkiyədə insan hüquqları və digər məsələlərlə bağlı Almaniya mövqeyini səsləndirir, bu, Türkiyənin daxili işlərinə qarışmaq sayılmır. Amma Türkiyə rəsmiləri Almaniyada demokratiya ilə bağlı fikirlər səsləndirəndə, bu, Almaniyanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Bu yanaşma düzgün deyil”.

Türkiyədə həbs edilən türk əsilli almaniyalı jurnalist Dəniz Yucelin nə vaxt azadlığa buraxılacağı ilə bağlı sualın ona ünvanlanmasını yanlış sayan M. Çavuşoğlu. D. Yucelin jurnalist fəaliyyətinə görə deyil, konkret əməlinə görə həbs edildiyini söyləyib. Türkiyə xarici işlər nazirliyi D. Yucellə bağlı son qərarın məhkəmə tərəfindən veriləcəyini vurğulayıb. 

Gürcüstanın dövlət naziri: “Azərbaycan orta məktəblərində ana dilinin öyrədilməsinə diqqət yetiririk”

“Bizim üçün etnik azlıqların keyfiyyətli təhsili vacib istiqamətdir”

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili  azərbaycanlıların kompakt yaşadığı Marneulidə Kvemo Kartli bölgəsindəki orta məktəblərdə gürcü dilini tədris edən gürcü, azərbaycanlı və erməni qadın müəllimləri ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə,  görüşdə nazirin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı və jurnalistlər də iştirak edib.

K. Tsixelaşvili ilə  görüşdə Gürcüstanda siyasət, vətəndaş inteqrasiyası, qadın müəllimləri narahat edən problemlər və onların həlli barədə müzakirə aparılıb. Daha sonra dövlət naziri Qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gül dəstəsi və  hədiyyə təqdim edərək, xoş günlər və işlərində uğurlar arzulayıb.

K. Tsixelaşvili jurnalistlərə açıqlamasında bölgədə çalışan müəllimlərlə görüşün vacib olduğunu bildirib: “Çünki müəllimlər dövlət dilini vətəndaşlarımıza keyfiyyətlə öyrədir və onlar tam hüquqlu vətəndaşlar kimi müxtəlif sahələrdə çalışırlar”.

K. Tsixelaşvili 2015-ci ildə Gürcüstanda etnik azlıqlarla bağlı strateji plan qəbul edildiyini xatırladıb: “Biz etnik azlıqların siyasətə, iqtisadiyyatın müxtəlif sahələrinə cəlb olunmasını nəzərdə tutmuşuq. Bundan başqa, bizim üçün etnik azlıqların keyfiyyətli təhsili vacib istiqamətdir. Biz diqqətimizi daha çox etnik azlıqların ana dillərinin öyrədilməsinə yönəldirik. Bu yaxınlarda biz Acarıstanda yaşayan üç minədək etnik abxaza öz ana dillərinin öyrədilməsi üçün şərait yaratmışıq. Abxazlar öz dillərini öyrənməkdə maraqlıdırlar. Biz Gürcüstanda fəaliyyət göstərən Azərbaycan orta məktəblərində oxuyan məktəblilərə ana dillərinin öyrədilməsinə də diqqət yetiririk. Gürcüstanda yaşayan etnik azlıqlar üçün öz ana dillərinin öyrədilməsi siyasəti bizim üçün vacibdir. Məktəblərdə təhsil alan azərbaycanlı şagirdlər paralel olaraq dövlət dilini də öyrənir, Gürcüstanın ali məktəblərinə imtahan verir və müxtəlif ixtisaslar üzrə təhsil alırlar”.

Tiflisdə “Polis sıralarında çalışan qadınlar” adlı beynəlxalq konfrans keçirilir

Tiflisdə “Polis sıralarında çalışan qadınlar” adlı 6-cı beynəlxalq konfrans keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən Gürcüstan daxili işlər naziri Giorgi Mqebrişvili polis sıralarında çalışan qadınların ölkədə həyata keçirilən islahatlara təkan verdiklərini bildirib.

Onun sözlərinə görə, Gürcüstanda hüquq-mühafizə orqanlarında çalışan qadınların sayı artıb. G. Mqebrişvili onların arasında azərbaycanlıların olduğunu da bildirib.

G. Mqebrişvili Azərbaycan Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq etdiklərini vurğulayıb: “Kriminal elementlərin nə sərhədi, nə dini, nə də milləti var. Biz azərbaycanlı həmkarlarımızla bu sahədə birgə mübarizə aparırıq, gələcək planlarımızı birlikdə müzakirə edirik”.

Nazir Azərbaycan Sərhəd Xidməti ilə birlikdə hər iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası sahəsində müsbət işlər gördüklərini vurğulayıb: “Delimitasiya incə bir işdir. Düşünürəm ki, ölkələrimiz arasında həll olunmayan problem yoxdur. Biz Azərbaycanla bu sahədə sıx əməkdaşlıq edirik. Fikrimcə, yaxın gələcəkdə sərhədlərin demarkasiya işini uğurla başa çatdıracağıq”.

Tramp Obamanı Rusiyaya qarşı zəiflik göstərməkdə ittiham edib

 

ABŞ prezidenti Donald Tramp növbəti dəfə sələfi Barak Obamanı Rusiyaya qarşı zəiflik göstərməkdə ittiham edib.

APA-nın xəbərinə görə, D. Tramp özünün “Twitter” səhifəsində yazıb: “Rusiya səkkiz il ərzində prezident Obamanın “üstündən keçib”, gücləndikcə güclənib, Krımı ələ keçirib və raketlərinin sayını artırıb. Aciz!”

Qeyd edək ki, D. Tramp daha öncə də B. Obamanı Rusiyaya qarşı yumşaq münasibətdə günahlandırıb. “Rusiya Obama administrasiyasının dövründə Krımı özünə birləşdirib. Obama Rusiyaya qarşı çox yumşaq olmayıbmı?” – deyə o, fevralın ortalarında yazdığı “tvit”də vurğulayıb.

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında etiraz aksiyası keçirilib

Bu gün Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada Vaxtanqisi Gürcüstan-Azərbaycan sərhəd nəzarət-keçid məntəqəsinə yaxın kəndlərin (Vaxtanqisi, Nəzərli və Kosalı), eləcə də Ağstafa rayonunun Sadıxlı, Muğanlı kəndlərinin sakinləri iştirak ediblər.

Aksiya iştirakçıları Gürcüstan tərəfinin süni yaratdıqları problemlərin həll edilməsini tələb ediblər. Aksiyada 25 nəfərdən çox Gürcüstan və Azərbaycan vətəndaşları iştirak edib.

Aksiya iştirakçıları son aylarda sürücülərə 1000 lari həcmində cərimə yazılmasından şikayət ediblər. Aksiya iştirakçılarından Azərbaycan vətəndaşları Rafiq Mustafayev, Rövşən Yusubov, Ceyhun Namazov, Gürcüstan vətəndaşlarından isə Kamran Əliyev və digərləri Vaxtanqisi sərhəd nəzarət-keçid məntəqəsinin əməkdaşlarının onları sorğu-suala tutduqlarını, Gürcüstan və Azərbaycana hansı məqsədlə getdiklərini, özləri ilə nə apardıqlarını, habelə nə vaxt qayıdacaqları barədə suallar verdiklərini bildiriblər. Qeyd olunub ki, idarə etdikləri avtomobillərin yanacaq çənində 10 litrdən artıq yanacaq aşkar edildiyi halda 1000 lari cərimə yazılıb, habelə bəzi hallarda gürcü və rus dillərində suallara cavab verməyən kənd sakinlərinə nəzarət-keçid məntəqəsindən keçməyə icazə verilməyib.

Aksiya iştirakçısı olan Sadıxlı kənd sakini Ceyhun Namazov onun avtomobilinin qapılarının içəri üzlüklərinin söküldüyünü və heç nə tapılmadıqda, yenidən geri yığıldıqda, nəqliyyat vasitəsinin yararsız hala düşdüyünü bildirib. Qardabani rayonunun Kosalı kənd sakini Kərəm Əliyev isə sərhədi keçərkən onlara prosedur qaydaları haqqında ətraflı məlumat verilmədiyini deyib.

Aksiya iştirakçıları sərhəddə qarşılaşdıqları problemlər və əngəllər barədə Gürcüstan Maliyyə Nazirliyinin müvafiq departamentinə məlumat veriblər. Nazirlik rəsmisi Xatiya Moistrapişvili bildirib ki, istər Gürcüstan, istərsə də Azərbaycan vətəndaşlarına Vaxtanqisi sərhəd nəzarət-keçid məntəqəsini keçərkən yazılan cərimələr və protokollarla bağlı faktlar təsdiqlənsə, müəyyən ölçü götürüləcək. 

Rəsmi Tbilisi Avstriya XİN rəhbərinin təklifinə aydınlıq gətirməsini istəyir

Gürcüstanın Avstriyadakı səfiri Konstantin Zaldastanişvili Avstriya xarici işlər naziri Sebastyan Kurtsun Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklifinin əvvəllər müzakirə olunmadığını bildirib.

APA-nın məlumatına görə, K. Zaldastanişvili Gürcüstanın “Birinci Kanal” telekanalına müsahibəsində deyib ki, bu məsələ indiyə qədər heç bir rəsmi görüşdə müzakirəyə çıxarılmayıb.

K. Zaldastanişvili bu məsələnin S. Kurtsun bir ay əvvəl Gürcüstana səfəri zamanı da gündəlikdə olmadığını vurğulayıb: “Sebastyan Kurtsun konkret nəyi nəzərdə tutduğunu söyləmək mənə çətindir. Gələn həftə Avstriya tərəfi ilə məsləhətləşmələr başlayacaq və məsləhətləşmələrin gedişində məsələ aydın olacaq. Biz bu gün Avstriya Nazirlər Kabineti ilə əlaqə saxlamağa çalışdıq. Ancaq bu gün bazar günüdür və əlaqə yaratmaq çətindir. Sabah biz mütləq Avstriya Xarici İşlər Nazirliyi ilə əlaqə yaradacağıq və məsələyə daha çox aydınlıq gətirilməsinə çalışacağıq.

Qeyd edək ki, bu gün Avstriya xarici işlər naziri Sebastyan Kurts “Bild” qəzetinə müsahibəsində Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklif edib. S. Kurts deyib ki, Avropa İttifaqı sərhədlərindən kənarda BMT Qaçqınlar üzrə BMT Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə fəaliyyətin həyata keçiriləcəyi qaçqınlar üçün mərkəz yaradılmalıdır: “Əsas odur ki, Avropaya qeyri-leqal yolla gəlməyə çalışan insanlar həmin mərkəzə göndərilə bilsin. Belə mərkəzlər Gürcüstan, Misir, yaxud Qərbi Balkan ölkələrində yaradıla bilər”.

Avstriya XİN rəhbəri Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklif edib

Avstriya xarici işlər naziri Sebastyan Kurts Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklif edib.

APA-nın məlumatına görə, S. Kurt bunu Almaniya Xristian-Demokrat Partiyasının üzvü Yens Şpan ilə “Bild” qəzetinə birgə müsahibəsində bildirib.  

S. Kurts deyib ki, Avropa İttifaqı sərhədlərindən kənarda BMT Qaçqınlar üzrə BMT Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə fəaliyyətin həyata keçiriləcəyi qaçqınlar üçün mərkəz yaradılmalıdır: “Əsas odur ki, Avropaya qeyri-leqal yolla gəlməyə çalışan insanlar həmin mərkəzə göndərilə bilsin. Belə mərkəzlər Gürcüstan, Misir, yaxud Qərbi Balkan ölkələrində yaradıla bilər”.

S. Kurts qaçqınlar üçün Aralıq dənizi marşrutunun bağlanılmalı olduğunu vurğulayıb. Y. Şpan isə bildirib ki, Avropa İttifaqı Şimali Afrika ölkələri ilə Türkiyəylə olduğu kimi miqrasiya sazişi imzalanmalıdır. 

İnterpolun axtardığı şəxs Gürcüstan-Azərbaycan sərhədində saxlanılıb

İnterpol Tiflisdəki bürosu və Gürcüstan Daxili İşlər Nazirliyi Patrul Polis Departamentinin Kvemo Kartli üzrə İdarəsinin həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Qırmızı Körpü sərhəd-nəzarət keçid məntəqəsində İnterpolun Türkiyə Milli Bürosunun axtarışa verdiyi 1967-ci il təvəllüdlü H.G. adlı şəxs saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Saxlanılan şəxsə qarşı Türkiyə Cinayət Məcəlləsinin 109/1, 105/1, 53, 43, 63 maddələri ilə (cinsi zorakılıq) cinayət işi qaldırılıb. Onun Türkiyəyə ekstradisiya ediləcəyi gözlənilir. 

ABŞ Rusiyanı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi"ni tanımaqdan imtina etməyə çağırıb

ABŞ Konqresi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməni təsdiq edib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, qətnamənin təsdiqinin lehinə 410, əleyhinə isə 6 səs verilib. Sənədə əsasən, ABŞ heç bir halda Gürcüstanın hər hansı bir hissəsinə Rusiyanın de-fakto nəzarətini tanımır.

Qətnamə Rusiyanın Gürcüstana hərbi müdaxiləsini və onun ərazilərinin işğalını və eyni zamanda işğal xətti boyunca Rusiyanın qanunsuz hərəkətlərini pisləyir.

Qətnamə, həmçinin Rusiyanı Gürcüstan əraziləri olan Abxaziya bölgəsi və Sxinvali rayonunun "müstəqilliyi"ni tanımaqdan imtina etməyə çağırıb.

Sənəddə konqresmenlər Amerikanın Gürcüstanla müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd ediblər.

Gürcüstanda 157 məhbus əfv olunub

Gürcüstan prezidenti Georgi Marqvelaşvili tərəfindən 157 məhbus əfv olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə xüsusi brifinq keçirən Gürcüstan prezidenti yanında Əfv Komissiyasının sədri Zviad Koridze açıqlama verib. O bildirib ki, fevralın 16-21-də prezidentə əfv ərizəsi ilə müraciət edən 890 məhbusun işinə baxılıb. Sonda prezident G. Marqvelaşvili 157 məhbusu əfv edib.

Əfv olunanlardan 93-ü azadlığa çıxıb, 64 məhbusun cəza müddəti azaldılıb. Əfv olunanların içində 6 nəfər qadın var. 


Məlumata görə, əfvə düşənlərin içərisində azərbaycanlı məhbuslar da var.

Gürcüstanda NATO bazasının yaradılması təklif edilib

Gürcüstan ərazisində NATO bazasının yaradılması təklif edilib.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Vladimir Çaçibaya deyib.

NATO-nun Qara dənizdə güclənməsi imkanlarından biri Şimali Atlantika bloku hərbi gəmilərinin dənizə fərdi səfərləridir. Lakin bunun qarşısını Montro Konvensiyası alır. Digər çıxış yolu NATO-nun Gürcüstan və Ukrayna hərbi donanmalarının gücləndirilməsinə yardım etməsidir. Bu isə böyük maliyyə tələb edir. Əvəzində Gürcüstanın sahil zolağında, strateji əhəmiyyət daşıyan Poti limanında sahil mühafizəsi bazası yaratmaq olar“, - deyə V. Çaçibaya söyləyib.


Qeyd edək ki, NATO Qara dənizdə mövqelərini gücləndirməyə qərar verib.

Saytda Axtarış

ახალი ამბები