Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2084
DünənDünən3053
Bu həftəBu həftə5137
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8461736

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İŞİD-in “xilafət” fətvası verdiyi məscid mühasirəyə alındı

İraq ordusunun hərbi qulluqçuları Mosul şəhərində “Ən-Nuri” məscidini mühasirəyə alıblar.

Dalga tv -nin xəbərinə görə, bu barədə məlumatı martın 29-da “BBC News” nəşri yayıb. 

Qeyd olunur ki, məhz bu məsciddə 2014-cü ildə “İslam dövləti” terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi xilafət elan edərək özünü xəlifə təyin edib. 

Nəşr bildirir ki, İraq ordusu “Əl-Məlyab” stadionunu nəzarətə götürüb, xüsusi təyinatlı dəstələr isə Köhnə şəhərə daxil olurlar.

Mosulun qərb hissəsində hərbi əməliyyatlar beynəlxalq koalisiya qüvvələrinin iştirakı ilə 2016-cı ilin oktyabr ayında başlayıb.

Selfi qurbanları: Uçuş zolağında iki meksikalı öldü

Meksikada uçuş zolağında iki qız ölüb. Onları selfi çəkdirərkən təyyarə vurub. 

Dalga tv xəbər verir ki, bu barədə “Teletica” məlumat yayıb. 

Hadisə Çiuaua ştatında baş verib. Qızlar uçuş zolağı yanında şəkil çəkdirərək sosial şəbəkədə yerləşdirmək istəyirdilər. Bunu isə təyyarələrin enişi və uçuşu həyata keçirdikləri zaman ediblər. 

Qızların strateji və mühafizə edilən obyektə heç kim görmədən necə keçdikləri məlum deyil. 

Baş verənlərin araşdırılması ilə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları məşğul olur. 

17 və 18 yaşları olan iki meksikalı qız hadisə yerində ölüb. Hərəkətdə olan təyyarənin qanadı onlara dəyib.  

Ərdoğan: Mən ölüm hökmünün bərpasını dəstəkləyəcəm

Türkiyə parlamenti ölüm hökmü cəzasının bərpa edilməsi məsələsinə konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra baxacaq.

Dalga tv-nin RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyədə ölüm hökmünün bərpa edilməsi məsələsi ölkədə ötən ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra gündəmə gəlib.

“Ölüm hökmünün bərmasına dair müraciət parlamentə aprelin 16-dan sonra göndəriləcək. Müxəlifət partiyalarının liderləri Kemal Kılıçdaroğlu və Dövlət Bahçəli bu layihəni dəstəkləməyə söz veriblər. Əgər parlament qanun layihəsini qəbul etsə, mən bu qərarı dəstəkləyəcəm”, - Ərdoğan deyib.

Türkiyədə sonuncu ölüm hökmü 1984-cü ildə icra edilib. 2004-cü ilin may ayında Avropa İttifaqına daxil olmaq üçün ölkədə ölüm hökmü ləğv olunub.  

Mixail Saakaşvili teleaparıcı olacaq

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili Ukraynanın “Zik” telekanalında “Druqaya Ukraina” (“Başqa Ukrayna”) həftəlik tok-şounun aparacısı olacaq.

Dalga tv xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Biz “Zik”də “Druqaya Ukraina” verilişinin ilk çəkilişini etdik. Çox kəskin alınıb. Hər həftə sizə heç bir kanalın göstərmədiyi Ukraynanı göstərəcəyəm”, - Saakaşvili yazıb. 

M.Saakaşvili həmin səhifədə çəkiliş meydançasında çəkilən foto da yerləşdirib. Fotoda o, it damı yanında durub, əlində qovluq tutub. Yəqin ki, studiyada belə dekorasiyaya səbəb, ölkə prezidenti Petr Poroşenkonun bu yaxınlarda “it damı tikməyən insanlar, ölkədə sabitliyi pozmağa çalışırdılar” ifadəsi ilə əlaqədardır.

Saakaşvilinin paylaşdığı şəkillərdə proqramın qonaqları arasında Ali Radanın deputatı Vladimir Parasyukun da olduğu görünür. V.Parasyuk ölkədə fərqli düşncəsi və mövqeyi ilə seçilən siyasətçilərdən sayılır. O, açıqlamaları ilə dəfələrlə Ukraynada baş verən qalmaqalların qəhrəmanı olub. 

Çin Fransaya etiraz notası ünvanladı

Fransanın paytaxtı Parisdə Çin vətəndaşının qətlə yetirilməsindən sonra Çin hökuməti bu ölkəyə etiraz notası ünvanlayıb.

Dalga tv xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Xua Çunin bəyan edib.

Daha öncə “Parisien” nəşri əlində qayçı olan bir kişinin polisə hücum etdiyi və güllələndiyi barədə məlumat yaymışdı.

Polisin məlumatına görə, asayiş keşikçisi yalnız bir dəfə özünü müdafiə üçün atəş açıb, həmin atəş nəticəsində güllə kişinin sinəsinə tuş gəlib və o, hadisə yerində ölüb. Bir müddət sonra Çinin Fransadakı səfirliyi, ölən şəxsin Çin vətəndaşı olduğu barədə məlumat yaymışdı.   

Çərşənbə axşamı brifinq zamanı Çin XİN-in rəsmi nümayəndəsi Xua Çunin martın 26-da Parisdə polis tərəfindən qətlə yetirilən şəxsin Çin vətəndaşı olduğunu təsdiq etmişdi. 

“Xarici İşlər Nazirliyi baş verənlərə böyük məna verir. Hadisədən dərhal sonra Çinin Fransadakı səfirliyi fövqəladə hallar üçün nəzərdə tutulmuş fəaliyyət mexanizmini işə salıb, Fransa tərəfinə etiraz notası ünvanlayıb”, - o deyib.

Xua Çunin sözlərinə görə, Çin tərəfi Fransadan ölkə ərazisində olan ÇXR vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün səmərəli tədbirləri həyata keçirməyi tələb edib. 

Daha öncə “France-Press” agentliyi polis tərəfindən kişinin qətlə yetirilməsindən sonra Parisdə etiraz aksiyasının keçirildiyinə dair məlumat yaymışdı.  

 

Türkiyə ordusu PKK-nı bombaladı

Türkiyə Silahlı Qüvvələri Hakkari şəhərinin Yüksekova rayonunda PKK terror təşkilatına qarşı hava hücumu həyata keçirib.

“Dalga tv”nin “Milliyet”ə istinadən verdiyi məlumata görə, döyüş təyyarələri PKK-ya məxsus iki mövqeni məhv edib.

Ukraynada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

Donetsk vilayətinin Kramatorsk şəhəri yaxınlığında Ukrayna ordusuna məxsus Mi-2 helikopteri qəzaya uğrayıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə nazirliyinin mətbuat katibi Oksana Qavrilyuk bildirib.

Hadisə nəticəsində 5 hərbçi ölüb. İlkin versiyaya əsasən, helikopter elektrik naqillərə toxunub və yerə çırpılıb.

Qəzanın səbəbləri araşdırılır. 

Britaniyada güclü partlayış baş verib, 15 nəfər xəsarət alıb

Böyük Britaniyanın qərbindəki Mersisayd qraflığında binada baş vermiş güclü partlayış nəticəsində 15 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.  

Partlayış nəticəsində bina tamamilə uçub. Xəsarət alanların hamısı yaxınlıqda yerləşən Çin restoranında olan şəxslərdir. Yaxınlıqdakı digər tikililərə də ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürmə, polis və həkim briqadaları cəlb edilib. Hadisənin səbəbləri dəqiqləşdirilir.  

ABŞ-da gecə klubunda atışmanın detalları məlum olub

Bu gün ABŞ-ın Ohayo ştatında gecə klubunda atışmanın detalları məlum olub.

APA-nın “Associated-Press’ agentliyinə istinadən verdiyi məlumata görə, Tsintsinnati şəhərindəki “Kameo” gecə klubunda ən azı 2 nəfər klubdakı insanları atəşə tutub.

Nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin durumu ağırdır. Polis kapitanı Kim Uilyams bildirib ki, bu, indiyə qədər gördüyü “ən pis hadisə” olub.

Olayla bağlı saxlanılanlar barədə hələ məlumat açıqlanmayıb. Hazırda polis olayla bağlı araşdırmanı davam etdirir. 

ABŞ-da təyyarə yaşayış evinə çırpıldı

ABŞ-ın Corciya ştatının Kobb dairəsində kiçik motorlu Cessna Citation I təyyarəsi yaşayış evinə çırpılıb.

Dalga tv-nin ABC News-a istinadən xəbərinə görə, aviaqəza martın 24-də baş verib.

Şahidlərin biri tərəfindən lentə alınan hadisənin görüntüləri YouTube portalında Storyful News səhifəsində yerləşdirilib.

Bildirilir ki, təyyaradə yalnız bir pilot olub, o da hadisə yerində ölüb. Dairə sakinlərindən heç biri xəsarət almayıb.

Mülki Aviasiya Federal İdarəsinin nümayəndəsi jurnalistlərə açıqlamasında qeyd edib ki, təyyarə Corciya ştatının Atlanta şəhərinin Fulton Kaunti hava limanına istiqamətlənirdi. 

Qəzanın səbəbləri hələlik məlum deyil.

Rusiya XİN Gürcüstan vasitəsilə Ermənistana hərbi karvan göndərilməsi barədə məlumatlara münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə əlaqədar məlumatlara rəsmi münasibət açıqlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN Abxaziyaya “C-300” zenit-raket kompleksinin və Gürcüstan vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.  


Nazirlik Gürcüstan ərazisi vasitəsilə Ermənistana Rusiya hərbi karvanının keçirilməsini “fantastik əhvalat” adlandırıb: “Bütün bu siyasi tamaşa martın 28-29-da Cenevrədə keçiriləcək müzakirələrin növbəti raundu ilə əlaqədardır. Görünür, rəsmi Tiflis Cenevrədəki dialoqu sabotaja davam etməyə çalışır və əvvəlcədən bu cür konfrontasion-isterik atmosfer formalaşdırır. Rusiya nümayəndə heyəti İsveçrəyə Zaqafqaziyadakı sabitlik və təhlükəsizlik məsələlərini məhsuldar və sakit şəkildə müzakirə etmək əhval-ruhiyyəsi ilə gedir. Gürcü tərəfdaşlarımızı da, Cenevrə müzakirələrinin digər bütün iştirakçılarını da buna çağırırıq”.

Xatırladaq ki, internetdə Gürcüstanın Kvemo Kartli regionu ərazisində Ermənistan istiqamətində hərəkət edən hərbi avtomobil karvanının fotoları və videosu yayılıb.  

İŞİD Rusiyada hücuma görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror təşkilatı Rusiya Milli Qvardiyasının Çeçenistanda yerləşən hərbi hissəsinə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Dalga tv Report-a istinadən xəbər verir ki, bu barədə “SITE Intelligence Group” təşkilatına istinadən “Frans Press” məlumat yayıb.

Cümə gününə keçən gecə altı silahlı şəxs Naurskaya stanitsasındakı hərbi hissəyə hücum edib. Terrorçuların hamısı öldürülüb. Bununla belə, qvardiyanın altı döyüşçüsü ölüb, daha 3 nəfəri yaralanıb.

Saytda Axtarış

ახალი ამბები