Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2576
DünənDünən3053
Bu həftəBu həftə5629
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8462228

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İranda 130 avtomobil toqquşub: Ölən və yaralananlar var

İranın Məşhəd və Nişapur şəhərləri arasında olan sürətli yolda güclü duman 130 avtomobilin toqquşmasına səbəb olub.

Dalga tv  Report-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

IRINN telekanalının məlumatına görə, qəza nəticəsində 59 nəfər yaralanıb, 1 azyaşlı uşaq ölüb. Yolda böyük tıxac yaranıb.

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 11 nəfər ölüb

Egey dənizinin Türkiyə sahilləri yaxınlığında, Quşadası istiqamətində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.

Dalga tv -nin “Hurriyyet”ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 11 nəfər ölüb.

Məlumata görə, qayıqda 22 nəfər olub. Onlardan 8 xilas edilib, 3 nəfərin axtarışı davam edir.

Londonda terror aktını törədən şəxsin kimliyi müəyyənləşdirilib

Britaniya polisi Londonda terror aktı törətmiş şəxsin kimliyini açıqlayıb.

Dalga tv Report-a istinadən xəbər verir ki, bu, 52 yaşlı Xalid Məsuddur.

O, Kent qraflığında doğulub.

Təhqiqatçıların sözlərinə görə, Xalid Məsud son vaxtlar Qərbi Midlends qraflığında yaşayıb. Qeyd edək ki, Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.

İnsanlara atəş açmış X.Məsud polis tərəfindən öldürülüb.

İŞİD Londondakı terrorun məsuliyyətini üzərinə götürüb

Londonda baş vermiş terror aktına görə məsuliyyəti “İslam Dövləti” terror təşkilatı öz üzərinə götürüb.  

APA-nın xəbərinə görə, bu barədə “Röyters”in yaydığı məlumatda deyilir. 

Xatırladaq ki, ötən gün naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və sonra parlament binasına yaxınlaşaraq polis əməkdaşını bıçaqlayıb. O, digər polislər tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində 5 nəfər ölüb, 40 nəfər yaralanıb.  

Azərbaycan Gürcüstana elektrik enerjisi satışından gəlirini 19 dəfə artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 14 mln. 464,2 min dollar dəyərində elektrik enerjisi idxal edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.

Rəqəmlərin təhlili göstərir ki, 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə ötən iki ay ərzində Azərbaycan Gürcüstana 13 mln. 716,6 min dollar və 19,34 dəfə çox elektrik enerjisi ixrac edib.

Belə ki, ötən ilin yanvar-fevral aylarında qonşu ölkə Azərbaycandan 747,6 min dollar dəyərində elektrik enerjisi alıb.

ABŞ Hələbdə məscidi bombaladı

Suriyanın Hələb şəhərində Etarib rayonunun Cina kəndində məscidə havadan hücum edilib.

Dalga tv  Hurriyete istinadən xəbər verir ki, namaz vaxtı həyata keçirilən hücumun nəticəsində 58 nəfər ölüb.  

Bundan başqa, hücum nəticəsində 100-dən çox adamın yaralandığına dair məlumat da yayılıb. Hücum zamanı məsciddə 300-ə yaxın adam olub. 

Suriyanın mülki müdafiə nümayəndəsi Yahya Cevad jurnalistlərə verdiyi açıqlamasında “Hərbi təyyarə Hələbin Etarib rayonunun Cina kəndində yerləşən məscidi bombaladı” deyib. 

Cevad sonda dağıntılar altından çıxarılan ölənlərin sayının 58-ə çatdığını bildirib. “Mülki müdafiə bölükləri hücuma məruz qalan məsciddə dağıntılar altında qalan insanları xilas etməyə çalışır. Hücum zamanı məsciddə 200-dən 300-ə qədər adam olub”. 

ABŞ SQ komandanlığı (CENTCOM) hücumun həyata keçirildiyini inkar etməyib. Baş verən hadisə ilə əlaqədar verilən açıqlamada hücum İdlibdə “Əl Qahidə” terror təşkilatının yaraqlılarının toplaşdığı məkana edildiyi bildirilib.

Jurnalistlərin İdlib əməliyyatı ilə Cina kəndində həyata keçirilən hava hücumunun eyni əməliyyat olmasına dair sualına gəldikdə isə, CENTCOM nümayəndəsi hücumun İdlibdə deyil, Hələbin Cina kəndində həyata keçirildiyini təsdiqləyib. 

Dini İşlər Nazirliyin rəhbərliyi Məhməd Görməz hücumla əlaqədar “Twitter” hesabında “Bir insanı səcdədə olarkən öldürməyin və bir məbədin partladılmasının nə Allah, nə də bəşəriyyət qarşısında bir izahı ola bilməz” yazıb. 

Türkiyə gəmisi batdı: Ölənlər var

Liviya sahillərində Türkiyəyə məxsus yük gəmisi batıb.

Dalga tv xəbər verir ki, bu haqda AFR agentliyinə Liviya donanmasının sözçüsü Ayoub Kassem bildirib.

Gəmi heyətinin 6 üzvü xilas edilib, 7 nəfərin isə itkin olduğu bildirilir. Hadisə Misrata limanının bir neçə kilometrliyində baş verib.

İlkin məlumatlara görə, qəzaya səbəb pis hava şəraiti olub.

Fransada məktəbdə atışma olub

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Fransanın cənubi-şərqində Qras şəhərində liseydə atışma olub. Tədris müəssisəsinin direktoru atəşə tutulub. 

Dalga tv TASS-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. 

BFMTV telekanalının məlumatına görə, bir neçə odlu silahı olan şəxs direktora atəş açıb. Yaralananlar haqqında dəqiq məlumat verilmir. 

Hadisədən sonra hökumət terror təhlükəsi haqqında xəbərdarlıq elan edib. Hadisə yerində xüsusi təyinatlılar işləyir.

Yerli telekanalların məlumatına görə, bir şübhəli şəxs tutulub. 

Dəməşqdə partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

Dəməşqdə Ədliyyə Sarayında törədilən partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bun dan əvvəl 31 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilirdi.

Məlumata görə, terrorçu-kamikadze binanın foyesində partlayıcı qurğunu işə salıb.

İranda ilaxır çərşənbə şənliklərində 2 nəfər ölüb, 1278 nəfər yaralanıb

Martın 14-də İranın Tehran və İsfahan şəhərlərində ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə partlayıcı və yandırıcı maddələrdən istifadə nəticəsində 2 nəfər ölüb.  

APA-nın Tehran bürosunun məlumatına görə, hadisələrdə 1278 nəfər yaralanıb. Yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır. 
 

İran polisinin Cinayətlərin qarşısının alınması idarəsinin sədri Məhəmməd Əşrəfi bildirib ki, ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə partlayıcı və yandırıcı maddələrdən istifadə edən 1389 kişi və 48 qadın saxlanılıb. Onlardan 959-u barəsində cinayət işi açılıb və iş məhkəmə göndərilib. Digərləri isə iltizam verərək sərbəst buraxılıblar. 
 

Polis məmuru hadisələrdə təcili tibbi yardım, polis və yanğınsöndürən xidmətlərinin 46 əməkdaşının xəsarət aldığını söyləyib.

Türkiyə Niderlanddan ATƏT, AŞ və BMT-yə şikayət edəcək

Türkiyə diplomatik qalmaqalın fonunda Niderlandla bağlı üç beynəlxalq təşkilata – BMT, ATƏT və Avropa Şurasına şikayət etməyə hazırlaşır.

Dalga tv xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Hürriyet Daily News qəzeti məlumat verir.

Nəşrin mənbəsinin məlumatına görə, Türkiyə bu beynəlxalq qurumlara müraciət etməyə hazırlaşır, belə ki, türk hakimiyyətinin fikrincə, Niderland diplomatik münasibətlərə dair Vyana konvensiyasını pozub.

Daha öncə Türkiyədə aprelin 16-da keçiriləcək referenduma dair bu ölkədə olan Türkiyə vətəndaşlarına məlumat vermək üçün Rotterdamda mitinqdə iştirak etmək istəyən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun olduğu təyyarə Niderlanda buraxılmamışdı.

Hollandiya ilə bağlı mühüm qərar - Səfirə qadağa qoyuldu

Türkiyənin Nazirlər Kabinetinin hazırda baş nazir Binəli Yıldırımın rəhbərliyi ilə Çankaya köşkündə toplantısı keçirilir.

“Dalga tv” “Milliyet”ə istinadən xəbər verir ki, toplantıda Türkiyə ilə Hollandiya arasında yaranmış siyasi qalmaqal, eləcə də aprelin 16-da ölkədə keçiriləcək referendum müzakirə olunacaq.

Baş nazirin müavini Numan Kurtulmuş Nazirlər Kabinetinin yığıncağından sonra Hollandiya ilə bağlı verilmiş kritik qərarları açıqlayıb.

“Posta” qəzetinin xəbərinə görə, toplantıda qərar verilib ki, Hollandiya tərəfi vəziyyəti düzəldənə qədər bu ölkə ilə yüksək səviyyəli rəsmi görüşlər təxirə salınsın.

“Bundan sonra Türkiyə diplomatik uçuşlara icazə verməyəcək. Hollandiyanın Türkiyədəki səfirinin ölkəyə buraxılmamasına qərar verilib”, - deyə N. Kurtulmuş bildirib.

Saytda Axtarış

ახალი ამბები