Dalga Televiziyasi Mədəniyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün436
DünənDünən1595
Bu həftəBu həftə6238
Bu ayBu ay50937
Bu günə qədərBu günə qədər7421411

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mədəniyyət

Bu gün “Eurovision-2017”nin qalibi məlum olacaq

Bu gün Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.

APA-nın məlumatına görə, iki yarımfinalın nəticəsinə uyğun olaraq, finalda 26 ifaçı mübarizə aparacaq.

Bukmekerlər İtaliyanın təmsilçisi Françesko Qabbaninin qələbəsini proqnozlaşdırırlar. Onların proqnozuna görə, ikinici yeri Portuqaliya, üçüncü yeri isə Bolqarıstan təmsilçiləri tutacaq.

Bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.

Final şousu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.

Qeyd edək ki, Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

Azərbaycan təmsilçisi "Eurovision 2017"nin finalında 12-ci sırada çıxış edəcək

Eurovision 2017" Mahnı Müsabiqəsinin final mərhələsində iştirakçıların çıxış edəcəyi sıralama müəyyənləşib. 

APA-nın “eurovision.tv” saytına istinadən verdiyi məlumata görə, Azərbaycanı "Sceletons" mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

Mayın 13-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək finalda müsabiqə iştirakçılarının sıralaması belədir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa. 

Diana Hacıyeva "Eurovision"un finalında çıxış edəcək

Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalında təmsilçilərin çıxışları başa çatıb. “APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə, çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib. Azərbaycanı "Skeletons" mahnısı  ilə təmsil edən Diana Hacıyeva mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.   

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr, Belçika və Ermənistandır. 

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Xatırladaq ki, birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Diana Hacıyevadan başqa İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar çıxış ediblər.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr  - müsabiqənin bu ilki ev sahibi Ukrayna və  Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

 

“Eurovision-2017” - Gürcüstan təmsilçisi səhnəyə çıxır - VİDEO

Bu gün Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

Birinci yarımfinalda Gürcüstan, Azərbaycan, İsveç, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və digər ölkələri təmsil edən iştirakçılar səhnəyə çıxacaqlar.

Mahnı yarışmasının ikinci yarımfinalı mayın 11-nə planlaşdırılır. Final isə mayın 13-də olacaq. Müsabiqədə ümumilikdə 42 ölkədən musiqiçilər iştirak edirlər.

Xatırladaq ki, müsabiqənin rəsmi açılış mərasimi mayın 7-də olub.

Budəfəki mahnı müsabiqəsi siyasi qalmaqalla yadda qalıb. Ukrayna tərəfi Krımdakı çıxışına görə Rusiya müğənnisi Yuliya Samoylovanı ölkəyə buraxmayıb. Bu səbəbdən Rusiyanın 1-ci telekanalı “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.

Gürcüstanı isə müsabiqədə "Keep The Faith" mahnısı ilə Tako Qaçeçiladze təmsil edir.

            

         https://youtu.be/mNwIF0oPcsw

 

Azərbaycanın "Eurovision" təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcək

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva sabah “Skeletons" mahnısı ilə ilk yarımfinalda çıxış edəcək.

APA-nın məlumatına görə, birinci və ikinci yarımfinalların hər birində müvafiq olaraq 18 iştirakçının çıxışı planlaşdırılıb. 

Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar öz ifalarını təqdim edəcəklər. Azərbaycan təmsilçisinin çıxışı Bakı vaxtı ilə 23:38-də gözlənilir.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsi Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq..  

Gürcüstanda azərbaycanlı rəssamın sərgisi açılıb

Gürcüstanın Marneuli şəhərində azərbaycanlı rəssamın fərdi sərgisi açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Rəssamlar Federasiyasının (GRF) ilk azərbaycanlı üzvü Rizvan İsmayılovun “Zərrədən günəşə” adlı sərgisində 20-dən çox rəsm əsəri nümayiş olunub.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, “Region Press” qəzetinin redaktoru Binnət Məmmədov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, yazıçı Əli Abbas, şair Osman Əhmədoğlu, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı və başqaları çıxış ediblər. Rəssamın çəkdiyi əsərlərin düşündürücü və dini-fəlsəfi məna kəsb etdiyi bildirilib.

R. İsmayılov indiyədək 100-dən çox əsər üzərində işlədiyini bildirib, xaricdə sərgilərinin keçirildiyini vurğulayıb.

Tədbirin sonunda şair İbrahimxəlilin R. İsmayılovdan bəhs edən “Zərrədən günəşə” adlı kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, Tiflis və Bakıda rəssamın əsərlərinin kataloqları nəşr olunub. R. İsmayılovun əsərləri Gürcüstan parlamentinin kitabxanasında, Bakıdakı S. Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda, Türkiyə, Fransa və Rusiyada nümayiş olunub.

“Eurovision”dakı mesajlarımız: At başlı oğlan nəyin simvoludur?

Azərbaycanın “Eurovision” təmsilçisi Diana Hacıyeva ötən gün Kiyev səhnəsində ilk məşqini edib. 

Dalga tv Oxu.Az-a istinadla xəbər verir ki, “Skeletons” mahnısı üçün hazırlanan səhnə şousu avropalıların sevgisini qazanıb. Ekspertlər bildirib ki, birinci yarımfinalda ən uğurlu çıxış  Portuqaliya (Salvador Sobral) və Azərbaycan (Dihaj) təmsilçilərinindir. Diananın final gecəsi münsiflərdən xalı çox olmasa da, tamaşaçı səsverməsində ön pillələrdə yer alacağı deyilir.

Bəs görəsən, Dihajın şousunda hansı mesajlar verilir?

İlk öncə qeyd edək ki, şounun xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadədir. Səhnədə ümumilikdə 6 nəfər yer alıb. Diana və at başlı gənc əsas, digər 4 nəfər isə köməkçi obrazlardır.

Səhnədə sinif otağı qurulub və yazı taxtasında şüarlar qeyd edilib. “Təxəyyül”, “hissiyyat”, “hazırcavab”, “pis oğlan” kimi sözlər yazılıb. Dihajın sağında pilləkən yerləşdirilib və üzərində başında at təsviri olan rəqqas yer alıb. Belə təsəvvür olunub ki, oğlan özünü yüksəkdən tutur və Diananın fikirlərinə önəm vermir.

Dihaj isə ona sinif otağında sevgini fəlsəfi baxımdan başa salmağa çalışır və onu öz səviyyəsinə endirməyə cəhd edir. Hətta rəqs zamanı Diana emosional şəkildə “maskalı pis oğlan”a etirazını bildirir. Lakin at başlı gənc dikbaşlığını qoruyur, pencəyini düzəldir və onun fikirlərini önəmsəmir. 

Şoudan görünür ki, oğlan yavaş-yavaş pilləkənlərdən aşağı düşür. Hacıyevanın fəlsəfi hissləri onu aşağı düşməyə məcbur edir. Lakin artıq sinif otağı dağılır, Dihaj otağı sökənlərə etiraz edir. Səhnəcikdən başa düşülür ki, Diana rəqqası öz səviyyəsinə endirə bilir, amma gec olduğunu anladır. 

Bundan əlavə, təmsilçimiz səhnədə sadə bir geyimdən istifadə edib. O, səhnəciyin sonunda üst geyimini yerə atır və şou başa çatır.

Polad Bülbüloğlu Türkmənistanın Xalq artisti fəxri adına layiq görülüb

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun Türkmənistanın Xalq artisti fəxri adına layiq görülməsi ilə bağlı fərman imzalayıb.

Dalga tv "Report"a istibadən  xəbər verir ki, bu barədə Türkmənistanın "turkmenistan.gov.tm" saytı məlumat yayıb.  

Fərmanda qeyd olunur ki, Pülbüloğlu fəxri ada Türkmənistan və Azərbaycan respublikaları arasında dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlığın gücləndirilməsindəki xüsusi xidmətlərinə, habelə iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə dialoqun möhkəmlənməsinə, istedadına və musiqi sənətinin inkişafında uğurlara görə layiq görülüb. 

Azərbaycanın “Eurovision” mahnısı ilə bağlı qalmaqal

Ermənistanı ötən il “Eurovision” mahnı müsabiqəsində təmsil edən İveta Mukuçyan Dihajın ifa etdiyi “Skeletons” barədə iddia irəli sürüb.

Dalga tv  Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, həmin iddianı eschalley.com “Eurovision” xəbər saytı dərc edib.

Məqalədə qeyd olunub ki, ötən gün Almaniyada yayımlanan “Eurovision” proqramında İveta qonaq olub. Müğənni bu il yarışmada iştirak edən 10 sənətçinin mahnısı barədə fikir bildirib. 
İveta Sandra Bjurman və İsa Məlikovun müəllifi olduğu və Azərbaycan təmsilçisinin oxuduğu “Skeletons”un birinci onun üçün yazıldığını söyləyib:

“Bu mahnını bilirəm. Ötən il mənə də göndərilmişdi. Ancaq mən qəbul etmədim. Mahnı yazılarkən mən də orada idim. Hər şeyi bərabər hazırladıq”.

Qafqazinfo mövzu ilə bağlı İTV-nin İctimaiyyətlə əlaqələr departamenti ilə əlaqə saxlayıb. 
Bildirilib ki, İveta hüquqi bir şəxs olmadığı üçün onun ittihamına cavab verilməyəcək:

“İveta Mukuçyan yarışmanın iştirakçısı deyil. O, heç bir rəsmi qurumu təmsil etmir. Belə çıxır ki, Mukuçyan hüquqi nöqteyi-nəzərdən adi bir vətəndaşdır. 

Bizim şirkət kimi hər bir siravi vətəndaşın qeyd elədiyi müəyyən fikirlərə reaksiya verməyimiz düzgün olmaz. Hər hansı bir rəsmi qurum ittiham səsləndirsəydi, cavab verərdik. Qeyd edərdik ki, bu, provekasiyadır, iftiradır, böhtandır. Lakin o, səlahiyyətli şəxs olmadığı üçün bu mövzuda reaksiya verməyəcəyik. 

Bu məqamda qeyd edək ki, belə bir hadisə təkcə bu il baş verməyib. “Eurovision – 2016”-da Azərbaycan təmsilçisi Səmra Rəhimlinin “Miracle” mahnısı da əvvəlcə isveçli müğənni Molly Pettersson Hammar üçün yazılıb. Lakin o, mahnını ifa etməyib, seçimi başqa mahnıdan yana olub. 

Xatırladaq ki, Sandra Bjurman Safura Əlizadənin “Drip drop”, Səmra Rəhimlinin “Miracle”,  Ell and Nikkinin “Running scared”, Səbinə Babayevanın “When the music dies” mahnılarının söz yazarıdır.

Azərbaycanlı gənc Tbilisidə Türkiyə incəsənətini tanıdır - FOTOLAR

Türkiyə Tbilisidə “Expo-Georgia” mərkəzində keçirilən 19-cu Beynəlxalq Qafqaz Turizm Sərgisində iştirak edir. Bu ilki sərgidə Türkiyənin iştirakı daha cəlbedici və maraqlıdır.

Dalga tv Xeber.ge-yə intinadla  xəbər verir ki,  Türkiyə sərgidə turizm potensialını tanıtmaqla yanaşı, zəngin mədəniyyət və incəsənət nümunələrini də təqdim edir. Ebru ustası Yılmaz Eneş və çini ustası Zərifə Məmmədovanın əl işləri ziyarətçilərdə böyük maraq yaradıb.

19-cu Beynəlxalq Turizm Sərgisində Azərbaycan şirkətləri təmsil olunmurdu. Lakin Azərbaycanlı xanım Zərifə Məmmədova Vətəni təmsil etmək missiyasını sanki öz üzərinə götürmüşdü. Müşahidələrim deməyə əsas verir ki, gənc və istedadlı Zərifə Məmmədova bu missiyanın öhdəsindən layiqincə gəldi. Onun zərif və zövqlü əl işləri sərgi ziyarətçilərini Türkiyə stendinə cəlb edirdi.

Ziyarətçilər çini sənəti ilə maraqlanıb bu sənətin incəlikləri barədə Zərifə Məmmədovaya suallarla müraciət edirdilər. Hətta sərgi ziyarətçiləri arasında olan türklər belə azərbaycanlı xanımın əl işlərinə heyranlığını ifadə edirdilər.

Zərifə Məmmədova ilə söhbətdə o bildirib ki, çini sənətinin incəliklərinə Türkiyədə yiyələnib. Bu sənətlə yanaşı o, ebru və katı sənətlərini də bilir. Türkiyə stendində sərgilənən onun katı sənətinə aid gözəl əsəri mənim kimi ziyarətçiləri də özünə məftun edə bilmişdi. Bu sənət növlərinə yiyələnmək  böyük səbr və məharət tələb edir.   

Zərifə Məmmədova hazırda Bakıda Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində uşaqlara və gənclərə çini sənətini öyrədir.

“Artıq yalnız Vətənimi deyil, qardaş Türkiyəni də beynəlxalq sərgidə təmsil edirəm. Sərgidə Türkiyənin böyük sənət adamları ilə ölkənin mədəniyyətini və turizmini təbliğ edirik. Bu böyük sənətçilər arasında tək gənc və Azərbaycanlı olmağımla qürur duyuram”, - Zərifə Məmmədova təəssüratlarını bölüşüb.

İstedadlı Azərbaycanlı xanıma fəaliyyətində yeni uğurlar arzu edirəm. Azərbaycanın Zərifə Məmmədova kimi fəal, istedadlı və məharətli gənclərini görmək çox sevindiricidir.

Zərifə xanım, biz də Sizinlə qürur duyuruq.

William Hill: Azərbaycan “Eurovision 2017”-nin qələbəyə namizədlərin əsas onluğunda

“William Hill” Bukmekr kontor Azərbaycanı “Eurovision 2017”-də qələbəyə namizədlərin əsas onluğunun siyahısına daxil edib. 

Dalga tv Oxu.Az-a istinadən  xəbər verir ki, Azərbaycan namizədlər arasında 21 əmsal ilə 8-ci sıradadır. 

Qələbəyə isə italiyalı Françesko Qabbani (əmsal 2), Bolqarıstandan Kristian Kostov (əmsal 6,50) və İsveçdən Robin Benqtssonun (əmsal 9) ən çox şansı olan namizədlər hesab edirlər. 

Qələbəyə ən az şans isə San-Marino, Sloveniya və İspaniya təmsilçilərinindir. 

Qeyd edək ki, “Eurovision 2017” müsabiqəsi bu il Kiyevdə 9, 11 və 13 may tarixlərində keçiriləcək. 

Rusiya “Eurovision-2018” mahnı müsabiqəsindən kənarlaşdırıla bilər

Avropa Yayım İttifaqı (AYİ) Rusiyanın “Eurovision - 2018” mahnı müsabiqəsindən kənarlaşdırılması məsələsini nəzərdən keçirəcək.  

Dalga tv  bu barədə APA-ya istinadla xəbər verir. 

AYİ-dən Lenta.ru-ya bildirilib ki, “Eurovision-2017”-nin keçirilməsi hazırda əsas prioritet təşkil edir: “Yaranan vəziyyətlə bağlı qərarlar müsabiqədən sonra veriləcək”. 

Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) bundan əvvəl rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib.

“Təəssüf ki, “Birinci kanal” rəhbərliyi “Eurovision - 2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək”, - deyə bəyanatda qeyd olunub.  

Qeyd edək ki, Rusiyanın “Eurovision-2017”-dəki təmsilçisi Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”-də “Flame Is Burning” mahnısı ilə təmsil edəcəkdi.

Saytda Axtarış

Son xəbərlər