Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətləri beynəlxalq hüquqa əsaslanır
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir. İki ölkə arasındakı münasibətlər beynəlxalq hüquqa əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.
Azərbaycanlı nazirin sözlərinə görə, ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir.