Tbilisi meri: “Siyasətimiz Gürcüstanın azad, müstəqil, suveren dövlət olmasını təmin etməyə yönəlib”

“Qərb Gürcüstanı ona görə sıxışdırır ki, o, ölkənin maraqlarından sui-istifadə etməyə imkan verməyən hakimiyyəti qəbul etmir və burada ikinci cəbhə açır”.

Oxu.Az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu sözləri Tbilisi meri Kaxa Kaladze deyib.

“Bizim siyasətimiz Gürcüstanın azad, müstəqil, suveren dövlət olmasını təmin etməyə yönəlib və heç kimə Ukraynada olduğu kimi ölkəmizdən və xalqımızdan başqa dövlətlərin maraqları naminə istifadə etmək imkanı verilməyəcək”, – deyə Gürcüstanın inteqrasiya prosesinin dayandırılmasını şərh edən Tbilisi meri bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey