Ukrayna Rusiyanın 14 hava hədəfi, 7 qırıcısı, 1 helikopteri, 3 PUA-sı vurub

“Son sutka ərzində ukraynalı hərbçilər Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı 437-ci təlim alayının və 26-cı tank alayının bölmələrini qismən məhv edərək hücumunu dayandırıb, düşmənin itkiləri dəqiqləşdirilir”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: “Ötən gün Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bombardmançı və hücum təyyarəsi düşmənin hərbi texnikasının karvanlarına güclü zərbələr endirib. Ukraynanın zenit-raket qoşunları və qırıcıları düşmənin 14 hava hədəfini, o cümlədən 7 təyyarəsini, bir helikopterini, 3 PUA-sını və 3 qanadlı raketini vurub.

Rusiya itkilər verməkdə davam edir. Qarşı tərəfin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti fərarilik və muzdluların Ukraynaya qarşı müharibədə iştirakdan imtina etməsi hallarının artmasına səbəb olur”, – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, Rusiyanın canlı qüvvə resursları əhəmiyyətli dərəcədə tükənib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey