KİV: Gürcüstanda baş nazir dəyişir…

Gürcüstanın baş naziri vəzifəsinə keçmiş ədliyyə naziri Tea Tsulukianinin namizədliyi irəli sürülə bilər.

Bu barədə yerli medialar məlumat yayıb.

Məlumata əsasən, hakim “Gürcü Arzusu” Partiyası hökuməti formalaşdırmağa başlayıb. T.Tsulukianinin parlamentin birinci vitse-spikeri vəzifəsinə namizədliyi nəzərdən keçirilir, lakin onun baş nazir vəzifəsinə təyinatı məsələsi ilə bağlı da danışıqlar aparılır.

Məsələ üzrə yekun qərar hələ qəbul olunmayıb.

Qeyd edək ki, T.Tsulukiani parlament seçkilərində “Gürcü Arzusu”nun siyahısında 4-cü yerdə olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey