Ermənistanda xalq ayağa qalxdı ölkədə vəziyyət gərginləşdi
Bu gecə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qarabağ döyüşlərinin dayanması və ərazilərin boşaldılması ilə bağlı sənədi imzaladıqdan sonra Ermənistanda kütləvi etirazlar başlayıb.
Ermənilər parlament binasını və hökumət binasını zəbt edərək təcili hökumətin istefasını tələb diblər.
Məlumata əsasən etirazçılar Yerevanda parlament sədri Ararat Mirzoyanı avtomobilindən düşürərək ağır şəkildə döyüblər.
Hazırda küçələrdə və mərkəzi meydanlarda etirazlar davam edir. Paşiniyan və bir sıra həbiçilər xalqa müraciət edərək evlərinə çəkilməyi xahiş edirlər.