Şalva Papuaşvili:”Heydər Əliyev zəmanəsinin ən ağıllı və uzaqgörən liderlərindən olub”
“Heydər Əliyev zəmanəsinin ən ağıllı və uzaqgörən liderlərindən olub”-Bu sözləri Gürcüstan Parlamentinin sədri-Şalva Papuaşvili Azərbaycan televiziyasının Gürcüstan təmsilçisi Şahismayıl Şəmmədoğluna ekskuliziv müsahibəsində deyib.
Bu il Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik. O, sadəcə Azərbaycan üçün yox, bütövlükdə region üçün və onlar arasında əlbəttə ki, Gürcüstan üçün görkəmli şəxsiyyət idi. Hüydər Əliyev Eduard Şevardnadze ilə birlikdə elə mühüm layihələrə müəlliflik etmişdir ki, bəlkə də öz zamanında həmin layihələr əhəmiyyəti tam mənada görünməmiş ola bilərdi, lakin sonrakı period həmin strateji layihələrin əhəmiyyətini və dəyərini sübut etdi.
Zamanında əsası qoyulmuş və bugün bizlərin haqqında danışdığı orta dəhliz, enerji resurslarının Asiyadan Avropaya daşınması, Qafqazın Asiya və Avropa arasında dəhliz rolu oynaması layihəsi öz tövhələrini verməkdədir. Günümüzdə ölkələrimiz arasında, İlham Əliyev və İrakli Qaribaşvili arasında mövcud olan strateji əməkdaşlıq sadəcə iki ölkə lideri arasında olanda adi bir əməkdaşlıq yox, bir-biri ilə strateji mövzularda razılıq, bir-birinin fikri ilə maraqlanma dərəcəsində olan bir əməkdaşlıqdır ki, bunun təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur və İlham Əliyev tərəfindən isə davam etdirilir.
Mən, Heydər Əliyevin yüz illik yubileyi ilə əlaqəli Azərbaycana olan səfərimdən çox məmnunluq duyuram. Bu mənim Azərbaycana ilk rəsmi səfərim idi. Həm İlham Əliyevlə, həm baş nazir, eləcə də parlamentin spikeri ilə olduqca səmimi görüşlərimiz baş tutdu. Bu görüşlər xüsusi mövzuları özündə ehtiva edirdi belə ki, regionumuz və ümumdünya son bir ildir böyük problemlərlə qarşı-qarşıyadır. Bu problemlərin həlli üçün bizlərin bir-birinin yanında durması, dəstək olması həddən artıq dərəcə önəmlidir.