İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev dedi:
– Hörmətli qonaqlar, xanımlar və cənablar, Qarabağa, Şuşaya xoş gəlmisiniz.
Mən çox şadam ki, sizi bu gün burada görürəm, çox sağ olun bizim dəvətimizi qəbul etmisiniz və Şuşa Qlobal Media Forumunda iştirak edirsiniz. Bu, bizim ölkəmiz üçün və əlbəttə, Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbirdir.
Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır. Biz buraya məhz bu şəkildə gəlmişik, şəhərlərimizi və kəndlərimizi azad edə-edə gəlmişik. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir. Şuşada artıq bir neçə beynəlxalq tədbir keçirilibdir. Bu şəhərdə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir neçə beynəlxalq idman tədbiri keçirilib və nəhayət bu gün Qlobal Media Forumu keçirilir. Yəni, bu şəhər öz kimliyini qoruya bilmişdir. Baxmayaraq ki, işğal dövründə o, məqsədli şəkildə, qəsdən dağıdılmışdır.
Mən hesab edirəm ki, uzun nitq söyləməyim, birbaşa müzakirələrə keçək və sizi maraqlandıran suallara cavab verəcəyəm. Mən burada nitqimi dayandırıram və sözü moderatora verirəm.
Moderator: Zati-aliləri, icazə verin, əvvəlcə, Sizə təşəkkür edim ki, bu gün bizimlə bir yerdəsiniz. Xanımlar və cənablar, cənab Prezident qeyd etdiyi kimi, müxtəlif fikir mübadiləsi aparmaq üçün buradayıq.
Cənab Prezident, icazənizlə biz iştirakçılardan suallar qəbul edəcəyik. Məlumat vermək istəyirəm ki, bəzi iştirakçılar öz suallarını artıq əvvəlcədən təqdim ediblər ki, vaxta qənaət edək. Mən onları bir-bir səsləndirəcəyəm. Ancaq iştirakçılardan xahiş edirik ki, sualları olduqca onu cənab Prezidentə təqdim etsinlər.
Cənab Prezident, icazənizlə başlaya bilərikmi?
TRT World, Türkiyə – Bora Bayraktar, buyurun.
Bora Bayraktar: Cənab Prezident, dəvətə görə təşəkkür edirəm. Mənim sualım Qarabağ Zəfəri ilə bağlıdır. Bilirik ki, ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Əlbəttə, bu əlaqələrdə liderlərin şəxsi münasibətləri müstəsna əhəmiyyətə malikdir. Biz bilirik ki, Zati-alinizin Türkiyə Prezidenti cənab Ərdoğanla çox gözəl münasibəti var və bu xüsusi münasibətin Qarabağın azad olunmasında xüsusi rolu olmuşdur.
Cənab Prezident, Türkiyə Prezidenti artıq növbəti beş illiyə prezident seçilibdir. Bu, o deməkdir ki, Siz növbəti beş il ərzində də bir yerdə çalışacaqsınız. Zənnimcə, bu, çox gözəl bir fürsətdir. Cənab Prezident bu növbəti beş ildə Sizin prioritetləriniz nədən ibarət olacaqdır? Yəni, zənninizcə, biz bir yerdə nələri etməliyik, Türkiyə ilə əməkdaşlıq baxımından ən aktual məsələlər hansılardır?
Prezident İlham Əliyev: Tamamilə haqlısınız, bizim Prezident Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi.
İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Həmin Bəyannamə bu mehmanxanadan bir neçə yüz metr kənarda imzalanıb və münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırıb. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır. Baxmayaraq ki, bundan öncə də Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Yəni, əməkdaşlığın yüksək səviyyədə olmadığı sahəni tapmaq çətindir. Qardaşım Prezident Ərdoğanın yenidən seçiləcəyinə mənim şübhəm yox idi. Çünki onun hakimiyyətdə olduğu 20 il ərzində Türkiyə üçün etdiyi öz xalqına və ölkəsinə sadiqliyin təzahürüdür. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Əlbəttə, Azərbaycanda elə bir adam tapmaq çətin olar ki, seçkilərin nəticəsindən məmnun olmasın. Əlbəttə ki, növbəti beş il ərzində biz sıx tərəfdaşlığımızı davam etdirəcəyik, dünya dəyişir, regionda vəziyyət dəyişir. Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.
Bildiyiniz kimi, Prezident Ərdoğan seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana edibdir. Bu, ənənədir. Mən də yenidən seçilərkən ilk səfərimi Türkiyəyə etmişdim. Bundan əlavə, bildiyiniz kimi, mən Prezident Ərdoğanın inauqurasiya mərasimində iştirak etdim və orada da biz gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik. Əlbəttə, mən bütün məsələləri açıqlamaq istəməzdim, ancaq bu, məlumdur ki, qarşıdan gələn illərdə Türkiyə və Azərbaycan regionda daha önəmli rol oynayacaqdır. Əlbəttə ki, bu potensialdan istifadə edəcəyik ki, ölkələrimizi daha da yaxınlaşdıraq.
Moderator: ABŞ-dan olan jurnalist Ceyms Flu.
Ceyms Flu: Təşəkkür edirəm cənab Prezident, mənim sualım Azərbaycana qarşı olan təhlükələrlə bağlıdır. Siz ölkənizlə bağlı ən əsas təhlükələri nədə görürsünüz?
Prezident İlham Əliyev: Bilirsiniz, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Birincisi, daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Mən rəqəmlərə varmaq istəməzdim, ancaq maraqlansanız görərsiniz ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk. Bu baxımdan keçmişdə bizə olan təhlükə məhz Ermənistan və onun işğalı ilə bağlı idi. Həmin təhlükə 30 il ərzində məhz buradan qaynaqlanırdı və artıq biz bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, biz keçmişimizi unutmamalıyıq. Biz unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Eyni zamanda, biz unutmamalıyıq ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə biz İkinci Qarabağ müharibəsi bitən kimi, möhtəşəm Zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna, əlbəttə ki, ehtiyac var. O da bizim tariximizdən qaynaqlanır və biz görürük ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. Bunu deyərkən, əlbəttə, biz gələcəkdə yarana biləcək təhlükələri istisna etməməliyik, çünki dünya və bizim regionumuz bu gün çətin proqnozlaşdırılır. Ancaq hazırda xaricdən qaynaqlanan təhlükə səviyyəsi o qədər də yüksək deyil. Yəqin, bu, ona görədir ki, biz həmin təhlükənin öhdəsindən gələ bilirik.
İmzalanmadan sonrakı dövrə gəlincə, bu dövr sülh üçün, regionumuz üçün, o cümlədən Rusiya və bizim üçün tamamilə yeni dövrdür. Lakin buna və geosiyasi vəziyyətin bu cür ciddi dəyişikliyinə baxmayaraq, Bəyannamə imzalanan andan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı kifayət qədər uğurlu olub. Yüksək səviyyədə xeyli təmaslar olub, hökumət başçıları, xarici siyasət qurumları və digər hökumət və ictimai strukturların təmsilçiləri səviyyəsində təmaslar olub. Buna görə də mən əminliklə deyə bilərəm ki, Bəyannamənin maddələri yerinə yetirilir. Başlıcası odur ki, rəhbərliklər səviyyəsində siyasi iradə mövcuddur. Burada media nümayəndələrinin təmsil olunmasından və sizin sabah və birigün həm əməkdaşlığı, həm də problemli məsələləri müzakirə edəcəyinizlə bağlı fürsətdən istifadə edərək demək istəyirəm ki, Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbaycan kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə gördüyümüz o kiçik nahamarlıqlar Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmir.
Biz bunu dəqiq bilirik. Lakin bu, həmçinin necə deyərlər, media nümayəndələrinin öz qiymətləndirmələrində tam sərbəst olduqları zamanla bağlı məsələdir. Dünyada Rusiya-Ukrayna müharibəsinin başlanmasından, o cümlədən İkinci Qarabağ müharibəsindən sonra vəziyyət bizim regionda dramatik şəkildə dəyişdiyi üçün, əlbəttə, müxtəlif qiymətləndirmələr, müxtəlif təhlillər və müxtəlif rəylər qaçılmazdır. Lakin yenə də imkandan istifadə edərək demək istəyirəm ki, hər halda, belə məqamlar Azərbaycan rəhbərliyinin siyasi iradəsinə təsir etmir. Ona görə düşünürəm ki, münasibətlərimizin gələcəyi də ötən illərdə olduğu kimi, belə müsbət və uğurlu olacaqdır. Sizin sualınıza Azərbaycan dilində başladığınızı nəzərə alaraq, düşünürəm ki, Siz ikinci sualınızı da dərhal indi verə bilərsiniz. Yoxsa, növbə çatmaya bilər.
səylərin birləşdirilməsində, Hərəkatın fəaliyyətində konkret nəticələr əldə olunması işində fəal iştirak edəcəyik.
Deməliyəm ki, COVID-19 pandemiyası zamanı biz dünya ictimaiyyətinin bu problemə diqqətinin cəlb olunmasında liderlik nümayiş etdirdik. Azərbaycan sədr kimi, vaksin milliyyətçiliyinə qarşı fəal çıxış edən ölkələrdən biri olub. Biz heç kimdən çəkinməyərək, ölkələri öz adları ilə adlandırırdıq – onlar özlərinə lazım olduğundan beş dəfə artıq vaksin alırdılar, baxmayaraq ki, eyni zamanda, bir çox yoxsul ölkələr müdafiə olunmamış qalırdılar. Yəni, bu, digərləri ilə yanaşı, sadəcə olaraq, vicdansızlıqdır. Bizim təşəbbüsümüz ilə Hərəkat ölkələrində məlumat bazası yaradılıb, bu bazadan Ümumdünya Səhiyyə Təşkilatı da istifadə edib. Bundan başqa, biz humanitar və maliyyə yardımı məqsədilə 10 milyon ABŞ dolları ayırmışıq və bir çox ölkələrə vaksinlərlə yardım etmişik. Yəni, Hərəkat ölkələri gördülər ki, bu struktur, təşkilat olmasa da, öz məqsədlərinə nail ola bilərlər.
Bakıda keçirilən Sammitdə sədrliyi qəbul edərkən mən dedim ki, biz beynəlxalq hüququ, ədaləti və üzv ölkələrin legitim maraqlarını müdafiə edəcəyik. Düşünürəm ki, biz bu məsələnin öhdəsindən uğurla gəldik. İnanmaq istəyirəm ki, biz sədrlik səlahiyyətlərini təhvil verəndən sonra müsbət dinamika davam edəcək. Hər halda, biz bunun üçün əlimizdən gələni edəcəyik.
Moderator: “Real” Təhlil və İnformasiya Mərkəzi, Mirşahin Ağayev.
Mirşahin Ağayev: Cənab Prezident, 29 ildən sonra Şuşada Azərbaycan Respublikasının Prezidentinə sual vermək bəxtəvərliyini bizə nəsib etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Nəzərə alaq ki, sabah Milli Mətbuat Günüdür, bu, bizim hamımızın bayramıdır və bu bayramı ikiqat möhtəşəm etdiyinizə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan olaraq bütün mediamızın adından minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm.
Sualım Sizin əlinizin işarəsi ilə bağlıdır. Bu, belə də olur, əl uzadırsınız və belə də olur “Dəmir yumruq”. Bu bəyanatı biz Şuşada çox eşitmişik və hər dəfə də bu bəyanatın real əks-sədasını, təsirini görmüşük. Sualım bu gün Şuşadan bir az da üzüaşağıdır, Xankəndi tərəfədir. Bilirsiniz ki, separatçı qüvvələrin tör-töküntüləri orada müəyyən hadisələr törədirlər, dezinformasiyalarla məşğuldurlar. Guya ki, Azərbaycan kimlərisə, nələrisə blokadada saxlayır. Baxmayaraq ki, bu yaxınlarda mən Laçın yolunda “Mirşahinin vaxtı”nın xüsusi buraxılışını hazırladım və orada da hər şeyi gördülər ki, “Qırmızı Xaç” maşınları necə gəlib keçir oradan, insanlara münasibət nə qədər ilıqdır, mülayimdir. Bunlar öz yerində.
“4-cü Sənaye İnqilabı dövründə Yeni Media”nın qarşısında duran vəzifələr sırasında məhz bu tipli dezinformasiyalarla mübarizədən ötrü Siz bizdən nə tələb edirsiniz? Çünki Siz bizi Qələbəyə gətirmisiniz. Bizim media mübarizəmizdə də önümüzdə Siz oldunuz və Azərbaycanın informasiya blokadasının yarılmasında əsas açar şəxs Siz oldunuz. Biz Sizin ardınızca getdik. Ona görə də Sizdən bu məsələdə tövsiyə istəyirəm. Təşəkkür edirəm.
Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər – 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı. O dövrdə çox ziddiyyətli, çox mücərrəd bəyanatlar verilirdi, bundan məqsəd münaqişənin dondurulması idi və bu, Azərbaycan üçün məqbul deyildi. Bəziləri çalışırdılar ki, bu münaqişəni dondursunlar, danışıqları sonsuz etsinlər və ictimai diplomatiya təşəbbüsləri ilə Azərbaycana müəyyən bir əməkdaşlıq təlqin olunsun. Beləliklə, biz Ermənistanla biznes qurmağa, münasibətlərin yaxşılaşmasına məcbur olaq və guya ki, münaqişə gələcək nəsillər tərəfindən həll edilməlidir.
Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sonuncu mühüm məqamdır. Əgər bu addım atılsa, – danışıqlar heyəti və xarici işlər nazirləri səviyyəsində danışıqlar gedir, bilirsiniz ki, növbəti danışıqlar yaxın günlərdə Moskvada baş tutacaq, – Ermənistan bu bəndlə razılaşsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür. Lakin bu olmasa, biz onları məcbur edə bilmərik. Biz 28 il onları məcbur edə bilməmişik ki, beynəlxalq hüquqa riayət etsinlər. Yalnız bunu güc hesabına məcbur etdik. Lakin bu halda sülh olmayacaq. Bu, bölgə üçün heç də yaxşı ssenari deyil, sabitliklə, təhlükəsizliklə nəticələnməyəcək. Lakin, eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alsaq, gələcəkdə də çətinliklər yaradacaq. Beləliklə, bildiyiniz kimi, üç vasitəçi var. Bunların hər biri kifayət qədər beynəlxalq səviyyədə mexanizmlərdən istifadə edə bilər ki, müstəqil olaraq fəaliyyət göstərsin. Biz ümid edirik ki, bu üçündən birində təkamülü, irəliləyişi görəcəyik.