Prezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub

“Heydər Əliyev İli” çərçivəsində keçirilən Şuşa Qlobal Forumu barədə məlumat verilir.

Portalın yaydığı digər materialda isə Prezident İlham Əliyevin Xocalının işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfəri barədə məlumat verilir.

Aktual.ge portalında yayımlanan materialda isə Prezident İlham Əliyevin Cənubi Qafqazın inkişafı ilə bağlı fikirləri oxucuların diqqətinə çatdırılır: “Bilirsiniz, əslində, regional inkişaf, – Cənubi Qafqazı nəzərdə tuturam, – əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır”.

İnterpress.ge saytında da Azərbaycan Prezidentinin Cənubi Qafqazın inkişafı və Azərbaycan ilə Rusiya arasında ötən ilin fevralında imzalanmış bəyannamə barədə məlumat verilir.

Qeyd edək ki, ümumilikdə Şuşa Qlobal Media Forumu və Prezident İlham Əliyevin forumundakı çıxışında söylədiyi mühüm tarixi fikirlər barədə 15-dən çox material yayımlanıb.

Kavkasia.net informasiya agentliyinin Azərbaycan Prezidentinə istinadən yaydığı materialda isə deyilir: “Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməli, davamlı sülhə nail olmalı və təhlükəsizliyi təmin etməliyik”.

Eyni zamanda, agentli forum barədə də oxuculara məlumat verilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey