Zelenski gözlənilən müraciəti etdi:“Ukrayna məğlub olsa…”

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan vətəndaşlarına təşəkkür edib.

Zelenskinin müraciəti parlament binası qarşısında toplaşanların alqışları ilə qarşılanıb.

Zelenski ilk öncə Ukraynanın müdafiəsi uğrunda həlak olanların və həyatlarını itirən mülki şəxslərin xatirəsini sükutla yad etməklə başlayıb:
“Avropa əhalisinə müraciət etmək istəyirəm. Səssiz qalmayın, küçəyə çıxaraq Ukraynaya, bizim mübarizəmizə dəstək olun. Biz ölkəmizi rus işğalından, rus təcavüzündən qoruyuruq. Ukrayna əsgərləri və qəhrəmanları evlərini, Ukraynanı, bizi və Avropanı qoruyurlar. Çünki Ukrayna məğlub olarsa, Avropa məğlub olacaq. Bu olanlara göz yummayın, küçəyə çıxın və Ukraynaya bacardığınız qədər güclü dəstək olun.

Biz qələbə qazansaq, əminəm ki, hamımız qələbə qazanacağıq və bu qələbə bütün azad dünyanın, bizim demokratiyanın qələbəsi olacaq. Frankfurt, Praka, Bratislava, Lyon, Paris, Tbilsi, Vilnyus, hər gün Ukrayna xalqı ilə birlikdəsiniz və bunun üçün sizlərə təşəkkür edirəm,” – deyə Zelenski müraciətində bildirib.

Qeyd edək ki, Volodimir Zelenski eyni anda Tbilisi də daxil olmaqla Avropanın 7 şəhərinə müraciət edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey