Paytaxt Tbilisidə gərginlik! Etirazçılar Dairə Seçki Komissiyası qarşısına kartof gətirdilər
Tbilisinin Qldani, İsani və Saburtalo seçki dairələrinin mərkəzi ofisləri qarşısında gərginlik yaşanıb.
Bir neçə müxalifət lideri də dairə seçki komisiyalarının mərkəzi ofisi qarşısına gələrək aksiyaya qoşulublar.
Saburtalo rayonunda majoritar namizəd olaraq seçkilərdə iştirak edən, “Vətəndaşlar” partiyasının rəhbəri, Aleko Elosaşvili komisiya binasına daxil olaraq, səslərin sayılması prosesində iştirak etmək istəsə də onu dairəsi seçki komisiyasına buraxmayıblar. Bundan sonra, ərazidə polislə qarşıdurma yaşanıb.
Paytaxtda digər insidentlər isə Qldani və İsani seçki dairəsinin ofisi qarşısında yaşanıb.
Bundan əlavə ölkənin bölgələrində: Batumi, Bolnisi və Çxaltubo rayonlarındakı dairə seçki komisiyaları önündə də müəyyən gərginlik yaşandığı bildirilir.
İsani dairə seçki komisiyası önündə isə “Strategiya Ağmaşenebeli” və “Lelo” partiyalarının tərəfdarları etiraz aksiyası zamanı dairə seçki komisiyasının önünə kisələrlə kartof gətiriblər.