Baş nazir ölkədə virusla bağlı tədbirlərin sərtləşdirləcəyini açıqladı

Baş nazir, nöqtə məhdudiyyətlər də daxil olmaqla lazımi tədbirləri daha təsirli bir şəkildə görmək üçün bütün əlaqədar qurumların maksimum səfərbərliyinin vacibliyini vurğulayıb.

Bu barədə baş nazir Giorgi Qaxaria Koordinasiya Şurasının iclasından sonra danışıb.

O həmçinin, müxalifətin aksiyasına da toxunub və aksiyaların yoluxmanın artıracağına səbəb olduğunu bildirib:

“Əlbətdə ki, küçələrdə baş verən siyasi fəaliyyət virusun pik həddə çatmasını çox sürətləndirəcək. Vəziyyət gözlədiyimizdən daha çətin olacaq, çünki küçə mitinqlərinin səbəb olduğu hərəkətlilik, şübhəsiz ki, infeksiyanın sürətlə artması ilə birbaşa əlaqəlidir. Buna görə tamamilə bütün nazirlikləri və əlaqədar qurumları tam şəkildə səfərbər etmək lazımdır. Əlavə olaraq, əlbəttə ki, uyğunlaşma strategiyasını dəyişdirmirik, lakin uyğunlaşma ilə paralel olaraq daha da təsirli olacağı nöqtə məhdudlaşdırıcı paketinin nə ola biləcəyini çox təsirli şəkildə düşünməliyik. Söhbət ölkə üzrə sistem məhdudiyyətlərindən deyil, nöqtə məhdudiyyətlərindən gedir”, – deyə Qaxaria bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey