Zurabişvili aksiyaya qoşularaq dedi: “Siz Gürcüstanın ləyaqətini təmsil edən insanlarsınız”
“Siz bu gün Gürcüstanın ləyaqətini təmsil edən insanlarsınız, buna görə çox sağ olun”.
Bu sözləri Prezident Salome Zurabişvili, Tbilisidə parlament binası önündə Ukraynaya dəstək aksiyasına toplaşan vətəndaşlara manitor vasitəsi ilə müraciətində deyib.
Zurabişvili Ukrayna prezidenti Vladimir Zelenskini dəstəklədiyini bildirib:
“Bu gün mən Gürcüstanın dayanmalı olduğu yerdə – prezident Zelenskinin yanında, Ukraynanın yanındayam. Dost ölkənin azadlıq, müstəqillik, Avropa gələcəyi üçün mübarizə apardığı yerdə dayanmaq mədəniyyətimizin, adət-ənənəmizin, gürcü xalqının ləyaqətidir. Biz də oradayıq və orada olacağıq. Mən buradan prezident Zelenskiyə dəstəyimi, dəstəyinizi çatdırmaq istəyirəm.
Siz bu gün Gürcüstanın ləyaqətini təmsil edən insanlarsınız. Buna görə çox sağ olun”, – deyə Salome Zurabişvili bildirib .
Qeyd edək ki, Ukraynaya dəstək mitinqinə toplaşan vətəndaşlar prezidenti alqışlayaraq, “Gürcüstan” şüarları ilə qarşılayıblar.