Hulusi Akar Türkiyə-Azərbaycan-Pakistan-Gürcüstan əməkdaşlığının hədəflərini açıqlayıb

“Müdafiə və təhlükəsizlik məsələlərində Pakistan, Türkiyə, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli töhfələri olacaq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib.

“Pakistanlı bütün qardaşlarımıza buradan təşəkkürlərimizi bildiririk. Onlarla birlikdə bu hadisələr çərçivəsində hərbi təhlükəsizlik və təlim sahəsində əməkdaşlığımızı artırmaq üçün fəaliyyətimizi davam etdiririk. Bu sahədə quru, dəniz, hava qüvvələrimiz, müdafiə sənayemiz, xüsusi qüvvələrimiz fəaliyyət göstərir. Qarşılıqlı informasiya mübadiləsi əsas mövzudur.

Bütün bunları nəzərə alsaq, qarşımızdakı dövrdə bu fəaliyyətin müdafiə və təhlükəsizlik məsələlərində Pakistan, Türkiyə, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli töhfələri olacaq”, – deyə H. Akar bildirib.

Nazir həmçinin, aAzərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan, Rusiya və İranın birlikdə müzakirə apararaq sabitlik mühitini yaratmasını da gözlədiklərini qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey