Qaribaşvilidən açıqlama: “Azərbaycana səfər edəcəm inanıram ki, Əliyev və biz ağlabatan qərar verəcəyik”

İrakli Qaribaşvili David Qareci (Keşikçi Dağ) məsələsi ilə bağlı Azərbaycana səfər edəcəyini bildirib.

Bu barədə Baş nazirliyə namizəd İrakli Qaribaşvili parlamentdə açıqlama verib.

O, İlham Əliyev və dost ölkə olan Azərbaycan tərəfinin, David Qareci ilə bağlı ağlabatan bir qərar verəcəyinə inandığını bildirib:

“Kovid vəziyyətinin verdiyi imkandan asılı olaraq ilk səfərlərimdən biri, ehtimal ki, Azərbaycana baş tutacaq. Dost dövlətimizlə dialoq quracağıq. Cənab Əliyev və dostumuz Azərbaycan tərəfinin ağlabatan qərar verəcəyinə, bizim ağlabatan bir qərar verəcəyimizə, danışıqlar aparacağımıza və ortaq bir dil tapmağın bizim üçün çətin olmayacağına inanıram”.

Qaribaşvili həmçinin qeyd edib ki, hər bir dövlət bir qarış, bir santimetr ərazisindən müğayət olur:

“Hər bir dövlət bir qarış, bir santimetr ərazisindən müğayət olur, bizə nə olub, nə bədbəxtçiliyimiz olub ki, torpaqlarımızı paylayrıq, sonra günahkarlardan cavab istəmirik? Dostlar, belə davam etmək olmaz!”,-deyə Qaribaşvili bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey