Tbilisidə anbarda baş vermiş güclü yanğın lokallaşdırılıb

Tbilisidə Vağzal meydanı adlandırılan ərazidə yerləşən anbarda baş vermiş güclü yanğın lokallaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının söndürülməsinə 16 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 200-250 kv. metr sahə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri istintaqla müəyyən olunacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey