“Azərbaycan torpaqları beynəlxalq qanunlara uyğun olaraq azad edilir” – Açıqlama
“BMT-nin 4 qətnaməsinin icra edilməsi beynəlxalq təşkilatların birbaşa vəzifəsidir”.
Bunu Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov plenar iclasda deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqları beynəlxalq qanunlara uyğun olaraq azad edilir:
“Bəzi dövlət başçıları elə münasibət göstərirlər ki, onların bəyanatları sülhün yox, vəziyyətin gərginləşdirilməsini istəyir. Söhbət Fransa prezidenti Makronun bəyanatından gedir. Makron deyir ki, Qarabağın yenidən “ələ keçirilməsini” qəbul etməyəcəyik. Bu nə deməkdir? Qarabağ Azərbaycan torpağıdır. Torpaqlarımızın azad olunması bizim haqqımızdır. ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməlidir. Hesab edirəm ki, bu dar gündə ölkəmizə belə bir münasibət göstərildiyi halda Fransa-Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır”, – deyə o bildirib.