Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq

Yaxın günlərdə Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.

Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmaları üçün yaxın günlərdə icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-dan 13:00-dək sərhəd keçid məntəqələrindən ölkəyə keçə biləcəklər.

Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.

Qeyd edək ki, Konsulluqla yenidən məsələ ilə bağlı əlaqə saxladıq onlar bizə bildirdilər ki, hazırki durumda bununla bağlı konsulluqdan rəsmi cavab almadan heç kim sərhəddə üz tutmasın əks halda onlar sərhəddən buraxılmayacaqlar.

Qeyd edək ki, Azərbaycanda qalan Gürcüstan vətəndaşları bu gün öz vətənlərinə gəlmək üçün “Sınıq Körpü” keçid məntəqəsinə üz tutublar lakin onlar Gürcüstan tərəfə buraxılmayıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey