Gürcüstan Müdafiə Nazirliyindən azərbaycanlı hərbçi ilə bağlı bəyanat

Gürcüstan Müdafiə Nazirliyi Krtsanisi təlim mərkəzində baş vermiş insidentdən sonra klinikaya yerləşdirilən azərbaycanlı çağırışçı Elcan Əfəndiyevin işi ilə bağlı bəyanat yayıb.

“Sputnik Georgia”nın məlumatına görə, nazirlik E. Əfəndiyevin əsgərlər tərəfindən döyüldüyünə dair iddiası ilə razılaşmayaraq insidentin hazırkı mərhələdə araşdırılmasının bu iddianı təsdiq etmədiyini bəyan edib.

“Şahidlərin ilkin dindirilməsi döyülmə faktını təsdiq etmir. Bunu “Rustavi” klinikasında aparılan müayinələr, o cümlədən beyin tomoqrafiyası da sübut edir”, – deyə bəyanatda vurğulanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey