ABŞ tarixində ilk dəfə genişmiqyaslı fəlakət rejimi elan edildi
ABŞ prezidenti Donald Tramp ölkədə genişmiqyaslı fəlakət rejimi elan edib.
RİA “Novosti” xəbər verir ki, məlumatı Ağ Evin nümayəndəsi Djadd Dir sosial media hesabında təsdiqləyib.
ABŞ tarixində ilk dəfə bu rejim bütün ştatlarda qüvvəyə minib.
Qeyd edək ki, ölkədə genişmiqyaslı fəlakət rejiminin elan olunma səbəbi koronavirus pandemiyasıdır. ABŞ koronavirusa yoluxanların sayına görə lider ölkə sayılır.