Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu keçirilir
Tbilisidə Azərbaycan və Gürcüstanın işgüzar dairələrinin iştirakı ilə biznes-forum keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının təşkil etdiyi tədbirdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Ekaterine Mikabadze, BP, SOCAR şirkəti, “Paşa Bank”, AZPROMO, diplomatik korpusun nümayəndələri də iştirak edirlər.
Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ), qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkət və iş adamları da forumda təmsil olunublar.