Tbilisidə parlament binası önündə gərginlik yaşanıb – Saxlanılanlar var
Paytaxt Tbilisidə parlament önündə keçirilən aksiya zamanı gərginlik yaşanıb.
Radikallığı ilə seçilən bir qrup kütlə, parlament önünə toplaşan vətəndaşlara hücum etməyə çalışıblar.
Hazırda polis hər iki tərəf arasında canlı sədd yaradıb. Məlumata görə, polis sədini yırtaraq vətəndaşların üzərinə hücum etməyə çalışan onlarla şəxs saxlanılıb.
Qeyd edək ki, parlament önünə toplaşan yüzlərlə vətəndaş ötən gün radikal düşüncəli qruplar tərəfindən şiddətə məruz qalmış 55-dək media nümayəndəsinə dəstək nümayiş etdirirlər.