“Heç bir status haqqında söhbət gedə bilməz, vahid Azərbaycan dövləti var” – Əliyev

“Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib.

“Bütün Azərbaycan vətəndaşları bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da Qarabağda Azərbaycan bayrağı altında belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur”, – deyə Əliyev vurğulayıb.

Qeyd edək ki, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin körpüsünü də ziyarət ediblər. İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey