Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Gürcüstanda koronavirusa yoluxma ilə bağlı daha bir hal təsdiqlənib.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, virus İtaliyadan qayıdan Gürcüstan vətəndaşında aşkar olunub.
Mərkəz rəhbəri qeyd edib ki, həmin şəxsin vəziyyəti koronaviruslu digər pasiyentlərlə müqayisədə daha ağırdır.