Gürcüstanda güclü dolu azərbaycanlıların yaşadığı kəndlərə ciddi ziyan vurub
Gürcüstanda yağan güclü dolu və yağış azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında ciddi fəsadlar törədib.
Hər iki rayonun bir neçə kəndində yaşayış evləri və təsərrüfatlara ziyan dəyib.
Marneulidə təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb. Rayonda doludan ziyan görən 300-ə yaxın ailəyə çadırlar paylanılıb.
Marneuli rayonunun icra başçısı Zaur Darğallının rəhbərlik etdiyi komissiya təbii fəlakətin rayona vurduğu zərərin həcmini müəyyənləşdirir.
Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili dolunun problemlər yaratdığı Mamxuti, Talaver, Bolnisi və Zemo Bolnisi kəndlərinə baş çəkib. O, sakinlərə fəsadların aradan qaldırılacağını söz verib.