Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin sakinləri etiraz aksiyası keçirib

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda etiraz aksiyası keçirilib.
Bələdiyyə binasının qarşısında baş tutan aksiyada İmir kənd sakinləri iştirak ediblər.

Sakinlər ötən gün güclü dolu nəticəsində İmir kəndinə dəyən ziyanın aradan qaldırlmasını tələb ediblər. Onların sözlərinə görə, bu gün doludan ziyan görən bəzi kəndlərə yardım göndərilsə də, İmir kəndi diqqətdən kənarda qalıb.

Bələdiyyə binası önünə gələn Marneuli rayon rəhbəri Zaur Darğallı, deputatlar Ruslan Hacıyev və Tamaz Naveriani sakinlərə İmir kəndindəki vəziyyətdən xəbərdar olduqlarını deyiblər. Onlar bildiriblər ki, dolunun Marneuli rayonunda yaratdığı fəsadların aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb və yaxın zamanlarda İmir kəndinə də müvafiq yardım göstəriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey