Tbilisidə Gürcüstan DİN-in binası qarşısında nazirin istefası tələbi ilə aksiya keçirilir

Tbilisidə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə keçirilən avtomobil yürüşü Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya ilə davam etdirilib.

Dalğa tv Report-a istinadən xəbər verir ki,aksiyaçılar siqnal verərək, fit çalaraq “Qaxaria get!” şüarı səsləndiriblər.

Aksiya iştirakçıları həmçinin DİN-in binasının dəmir hasarlarına rezin güllələrin təsviri olduğu və “Üzr istəyirəm?!” sözünün yer aldığı vərəqələr yapışdırıblar.

Analoji aksiya DİN-nin Kaxeti şossesindəki inzibati binasının önündə də keçirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey