Gürcüstan parlamentində mübahisə yaranıb, iclasa fasilə verilib

Gürcüstan parlamentinin plenar iclası texniki fasilədən sonra bərpa olunub.

Parlament müxalifəti plenar iclası tərk edib.

Toplantı Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvlərinin iştirakı olmadan davam etdirilir.

Parlament bu gün yeni spiker seçməlidir. Hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğu bu vəzifəyə Arçil Talakvadzenin namizədliyini irəli sürüb.

Qeyd edək ki, parlamentin keçmiş sədri İrakli Kobaxidze kütləvi etirazlar fonunda iyunun 21-də istefa verib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey