Neftçalada mikroavtobus yük maşınına çırpılıb, 4 nəfər ölüb

Neftçala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

Hadisə bu gün səhər saatlarında yeni Əət-Astar magistralının 86-cı kilometrliyində Neftçala rayonunun ərazisində qeydə alınıb.

Belə ki, Astara istiqamətində hərəkətdə olan “Ford” markalı mikroavtobus yüksək sürətlə qarşıda gedən “Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölənlər:

1998-ciil təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu,

1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu,

1971-ci il təvəllüdlü Mirzəyev Səlim müzəffər oğlu,

1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu.

Hadisə yerinə gələn təcili yardım maşınları ilə ölən şəxslərin meyiti müayinə olunması üçün Salyandakı məhkəmə-tibbi ekspertisasına göndərilib. Xəsarət alanlar isə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Şahidlərin sözlərinə görə, qəza mikroavtobus sürücüsünün səhlənkarlığı ucbatından olub.

Faktla bağlı araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey