Güclü külək Tbilisidə fəsadlar törədib, 15 binanın dam örtüyü uçub
Gürcüstanın paytaxtı Tbilisidə dünəndən etibarən əsən güclü külək ciddi fəsadlara səbəb olub.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, şəhərdə 15binanın dam örtüyü uçub, 10 avtomobil, 14 ağac, 4 reklam lövhəsi və 1 işıqfora ziyan dəyib.
Təbiət hadisəsinin yaratdığı problemlərlə bağlı Fövqəladə Halların İdarə olunması Xidmətinə 68müraciət daxil olub.
Gürcüstanda qeyri-sabit hava şəraitinin martın 19-u, günün ikinci yarısına qədər davam edəcəyi gözlənilir.