Fuad Muradovun Gürcüstana səfəri başlayıb

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstana səfəri başlayıb.

Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin rəhbəri Mahir Məmmədovla birgə Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub.

Üçgünlük səfər çərçivəsində F.Muradov Gürcüstanın rəsmi şəxsləri ilə görüşəcək. Dövlət Komitəsinin sədri həmçinin azərbaycanlıların yaşadıqları bir neçə rayona səfər edəcək və Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin açılışında iştirak edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey