Türkiyədən gələn istintaq qrupu Gürcüstan höküməti ilə koordinasiyada fəaliyyət göstərir
Türkiyədən gələn istintaq qrupu Gürcüstan hökuməti ilə koordinasiyada fəaliyyət göstərir.
Türkiyə Müdafiə Nazirliyi Gürcüstanda baş vermiş hərbi təyyarə qəzası ilə bağlı rəsmi açıqlama yayıb. Nazirlik bildirir ki, aviasiya qəzasının araşdırılması məqsədilə Türkiyədən göndərilmiş istintaq qrupu hazırda hadisə yerində Gürcüstan hökuməti ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.
Açıqlamada vurğulanır ki, “C-130” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı əraziyə Türkiyədən mütəxəssislərdən ibarət xüsusi qrup cəlb edilib və qrup hazırda qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparır.
Nazirlik əlavə edib ki, hadisə ilə bağlı texniki istintaq və qiymətləndirmə prosesi davam edir. Qəzanın səbəbləri və istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat təqdim olunacaq.
