Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2053
DünənDünən3048
Bu həftəBu həftə8154
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464753

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Bu il 43 sahibkar həbs edilib

Azərbaycanın Vergilər Nazirliyi böyük məbləğdə vergi borcunu ödəməyən vergi ödəyicilərinə qarşı sərt tədbirlər görür. 

Vergilər Nazirliydən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 mln. manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 mln. manat məbləğində vergiləri ödəməkdən yayındırmış 1 394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanıb.

Başlanmış cinayət işləri üzrə təkcə cari ilin səkkiz ayı ərzində dövlətə vurulmuş 36,9 mln. manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 mln. manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə 363 iş üzrə icraata xitam verilib. Bundan başqa, araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 mln. manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilib. Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulub, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dövlət büdcəsinə olan vergi borcuna görə haqqında cinayət işi açılmış vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanmasında məqsəd onlar barəsində məlumatlandırmaqdır. 

SOCAR 2017-ci ilədək Gürcüstanın 80%-ni qazlaşdırmaq niyyətindədir

SOCAR 2017-ci ilədək Gürcüstanın 80%-ni qazlaşdırmaq niyyətindədir.

Bu barədə "APA-Economics"ə SOCAR-ın Gürcüstan nümayəndəliyinin ("SOCAR-Georgia") rəhbəri Mahir Məmmədov bildirib.


Onun sözlərinə görə, hazırda qonşu ölkələrin 66-67%-i qazlaşdırılıb: "Biz bu rəqəmi 2017-ci ilədək 80%-ə çatdırmaq niyyətindəyik. Şirkətimizin imkanlarını, o cümlədən digər amilləri nəzərə alaraq, bu, yaxşı göstəricidir. Gürcüstanın qazlaşdırması üçün maksimum səy göstəcəyik".

Azərbaycanda 9 bal zəlzələyə tab gətirən körpü tikilir - FOTO/VİDEO

Azərbaycanda Kür çayı üzərindən daha bir avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir.

"Azəryolservis" ASC-dən "Dalğa TV"yə verilən məlumata görə, körpünün tikintisinə ötən il başlanılıb və Salyan rayonu ərazisində mərkəzlə 6 min nəfər əhalinin yaşadığı Babazanan yaşayış massivini birləşdirir. Artıq körpüdə son tamamlanma işləri aparılır. Körpü üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi işləri yekunlaşdırılıb.

Bununla paralel olaraq ərazidə gələcək daşqınların qarşısını almaq məqsədilə uzunluğu 280 metr olan istinad divarlarının tikintisi də aparılıb. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Körpüyə Salyan şəhəri istiqamətdən yanaşma yolunun və daha 200 metr uzunluğunda istinad divarlarının tikintisi davam etdirilir.

Qeyd edək ki, 6 aşırımdan ibarət və uzunluğu 199,16 metr olan körpünün ümumi eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.

Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Ümumiyyətlə, körpü A-15, NK-100 hesabı yükünə və 9 bal zəlzələyə hesablanaraq inşa edilib. 

 

Rusiya Ermənistana satdığı qazın qiymətini 24 dollar ucuzlaşdırıb

 Rusiyanın Energetika Nazirliyi ilə Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Ermənistana təbii qaz satışı zamanı qiymətlərin formalaşdırılması qaydası haqqında sazişə dəyişikliklərin edilməsinə dair protokol imzalayıb.

"Dalğa TV" TASS-a istinadən xəbər verir ki, Rusiyanın Energetika Nazirliyinin məlumatına görə, sənəd hüquqi olaraq Ermənistana tədarük olunan Rusiya qazının baza qiymətinin 189 dollardan 165 dollara endirilməsini müəyyən edir.

Sənəd, həmçinin "Qazprom Armeniya" QSC-nin normal fəaliyyət göstərməsinin təmin edilməsi üçün baza şərtlərini 

Qazaxıstan prezidenti əhalini Qərb məhsullarından imtina etməyə çağırıb

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə vətəndaşlarını Qərb məhsulları və istehlak mallarından imtina etməyə çağırıb.

"Dalğa TV" "Tegrinews"a istinadən xəbər verir ki, bunu qazax lideri ölkənin Akmolin vilayətində kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşü zamanı bildirib.

"Misal üçün, Qərb geyimi — onsuz da yaşamaq olar. Düzdür? Ümumiyyətlə bizim üçün zərərli olan fua-qrasız, banansız da yaşamaq olar", — deyə o bildirib.

Nazarbayev aqronomlarla görüşü zamanı onları ölkənin əsas qida təminatçıları adlandırıb və qeyd edib ki, Qazaxıstan sakinlərinin "geyimləri var", onlar bütün lazımi mallar ilə təmin olunublar və Qərb malları onlara lazım deyil.

Çin və Tacikistan dollardan imtina edir

Çin və Tacikistan qarşılıqlı ticarət və qeyri-dollar investisiyalarının dəstəklənməsi və inkişafı üçün yuan (Çinin milli valyutası) /somoni (Tacikistanın milli valyutası) valyuta svoplarına dair saziş imzalayıb.

"Dalğa TV" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, imzalanmış saziş hər iki ölkənin mərkəzi bankına ticarət əməliyyatları üzrə qarşılıqlı hesablaşmaların asanlaşdırılması, həmçinin maliyyə bazarlarında likvidliyin dəstəklənməsini təmin etmək məqsədi ilə bir valyuta ilə digər valyutada ekvivalent ödəmələr üçün silsilə ödəmələr mübadiləsi həyata keçirmək imkanı verəcək.

Saziş 3 milyard yuan həcmində (470 milyon ABŞ dolları) hər iki tərəfin razılığı əsasında uzadılma imkanı ilə üç il müddətinə imzalanıb.

Abid Şərifov: "Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı Azərbaycanda gömrük proseduru sadələşdiriləcək"

"Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində gömrük orqanlarının üzərinə mühüm vəzifə düşür".
 

APA-nın məlumatına görə, bunu bu gün Ümumdünya Gömrük Təşkilatının X illik PİCARD Konfransının açılışında çıxışında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Ümumdünya Gömrük Təşkilatının X illik PİCARD Konfransının Azərbaycanda keçirilməsinin mühüm hadisə olduğunu vurğulayan A. Əliyev gömrükçülərimizin bundan sonra da üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməyə çalışacaqlarını qeyd edib.

Baş nazirin müavini Abid Şərifov isə deyib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, daxili və xarici investorlar üçün əlverişli şərait yaradılıb. Tarixi İpək Yolunun Azərbaycandan keçdiyini xatırladan A. Şərifov deyib ki, tezliklə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı gömrük prosedurunun sadələşdirilməsi qarşıda duran vəzifədir.

Rusiya OPEK-dən imtina etdi

OPEK Rusiyaya quruma daxil olmağı təklif edib, lakin rəsmi Moskva müşahidəçi kimi qalmağa qərar verib.


Bunu “FT Commodities” konfransının gedişi zamanı “Rosneft” şirkətinin rəhbəri İqor Seçin deyib.
Seçinin sözlərinə görə, belə bir qərarın verilməsinə bir neçə səbəb var. Onlardan biri neft hasilatı metodlarında texnoloji fərqlərdir. Bundan əlavə, Rusiya bazarı bu sahədə demək olar ki, tamamilə özəlləşdirilib və Rusiya hökuməti, OPEK ölkələrində olduğu kimi, bazara birbaşa müdaxilə edə bilməz.
“Rosneft” prezidentinin fikrincə, dünyada neft sahəsinin uzunmüddətli perspektivi Rusiya, Venesuela və İranla bağlı olacaq.
Seçin izah edib ki, məhz bu ölkələrin yeni yataqların kəşf edilməsi və hasilatında daha böyük potensialı var. O vurğulayıb ki, beynəlxalq qiymətləndirilməyə görə, Rusiyanın yanacaq maddələrinin potensial ehtiyatı ABŞ və Yaxın Şərq ehtiyatlarını üstələyir.
OPEK – Neft İxrac Edən Ölkələr Birliyi (ing. The Organization of the Petroleum Exporting Countries- OPEC) neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilatdır. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.
OPEK daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub.
Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub.
Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib.
Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEK-in 12 üzvü var.

SOCAR prezidenti Maltanın baş naziri ilə görüşüb

SOCAR prezidenti Rövnəq Abdullayev Malta Respublikasının baş naziri Cozef Muskat ilə görüşüb.

"Dalğa TV" SOCAR-ın saytına istinadən məlumat verir ki, Maltanın enerji naziri Konrad Mizzinin də iştirak etdiyi görüşdə SOCAR-ın bu ölkədə həyata keçirdiyi investisiya layihəsi müzakirə edilib, layihənin qrafikə uyğun şəkildə uğurla icra edildiyi qeyd olunub.

Görüşdə tərəflər Azərbaycan və Malta arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud olan imkanlardan danışıb, investisiya layihələrinin genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Rövnəq Abdullayev Azərbaycan neft-qaz sənayesində əldə olunan nailiyyətlər, ölkə daxilində və xaricdə həyata keçirilən geniş miqyaslı enerji layihələri barədə məlumat verib. Malta hökumətinin başçısı Cozef Muskat ötən il Bakıya səfərini xatırladaraq, neft və qaz sektorunda strateji əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan yaratdığını qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

SOCAR və "Petronas" arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb - FOTO

 Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Malayziyanın “Petronas” neft-qaz şirkətinin prezidenti və baş icraçı direktoru Datuk van Zulkiflee van Ariffin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, qonaq ölkəmizdə investisiya üçün əlverişli mühit olduğunu qeyd edib, SOCAR-la əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Görüşdə “Şahdəniz” layihəsində “Statoil”un payının “Petronas” tərəfindən alındığı xatırlanıb.

R. Abdullayev qonaqlara “Şahdəniz” və Cənub Qaz Dəhlizi layihələrinin gedişi haqqında ətraflı məlumat verib. Bildirilib ki, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və boru kəmərlərinin inşası layihələri üzrə işlər qrafikə uyğun şəkildə uğurla davam etdirilir. Görülən işlər əminlik yaradır ki, 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə ötürülməsi mümkün olacaq.


D. Ariff iki şirkət arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

SOCAR prezidenti isə öz növbəsində Azərbaycanın neft-qaz sənayesində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, ölkəmizdə investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini qonaqların diqqətinə çatdırıb.

Görüşün sonunda SOCAR və “Petronas” arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb. Sənədi R. Abdullayev və D. Ariff imzalayıblar.

 

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli bərpa edildi

Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.

 "DalğaTV" APA-ya istinadən xəbər verir ki, bu barədə kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

T. Bayatlının sözlərinə görə, hasilat və ixrac əməliyyatları normal qaydada həyata keçirilir.

Xatırladaq ki, avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.

Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.

Onun sözlərinə görə, kəmər vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb.

Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tblisi-Ərzurum qaz kəmərində partlayış törədilib.

İrakli Qaribaşvili: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir”

Gürcüstanın baş naziri İrakli Qaribaşvili oktyabr ayında ölkədə yüksək səviyyəli “Böyük İpək Yolu” Forumunun keçiriləcəyini açıqlayıb.

APA-nın “vz.ru” saytına istinadən verdiyi xəbərə görə, baş nazir bunu paytaxtda keçirilən “Ambassadorial-2015” forumunda çıxış zamanı deyib.

İ. Qaribaşvili xatırladıb ki, bu ilin fevralında ilk yük qatarı Çindən Gürcüstan vasitəsilə Avropaya gedib: “Bu, Gürcüstan, Azərbaycan, Özbəkistan və Çinin iştirakı ilə həyata keçirilən “Böyük İpək Yolu” layihəsinin bir parçasıdır.”
 

İ. Qaribaşvili bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir və bu, Xəzər regionundan Türkiyə vasitəsilə Avropa ilə əlaqə üçün yeni imkanlar açacaq. 
 

Qonşu ölkələrlə münasibətlərə də toxunan Gürcüstanın baş naziri ölkəsinin Azərbaycan, Türkiyə və Ermənistanla da sıx əməkdaşlıq etdiyini söyləyib: “Qonşularımız, o cümlədən Rusiyaya münasibətdə praqmatik siyasətin davam etdirilməsi çox vacibdir. Mən sülh dialoqu və praqmatik siyasətə alternativ görmürəm”.

Saytda Axtarış

Son xəbərlər