Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2029
DünənDünən3048
Bu həftəBu həftə8130
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464729

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Bakı Olimpiya Stadionuna verilən “İlin Ən Yaxşı İdman Qurğusu” mükafatı SOCAR-a təqdim edilib

Sentyabrın 10-da Nyu-Yorkda keçirilmiş təntənəli mərasimdə inşaat sahəsində böyük beynəlxalq nüfuza malik “Engineering News Record” jurnalının (ENR) “İlin ən yaxşı inşaat və dizayn layihələri” müsabiqəsinin mükafatları təqdim olunub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, müsabiqənin “İdman və Əyləncə Qurğuları” nominasiyasında qalib olmuş Bakı Olimpiya Stadionunun layiq görüldüyü mükafat SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlova, layihənin məsul mühəndislərinə, həmçinin struktur üzrə layihəçi Thornton Tomasetti şirkətinin, əsas layihəçi “Heerim Architects and Planners” şirkətinin və podratçı “Tekfen İnşaat və Təchizat” şirkətinin nümayəndələrinə təqdim edilib.

Mərasimdə dünyanın müxtəlif yerlərində inşa olunmuş və digər nominasiyalarda qalib gəlmiş layihələrin sifarişçi, layihəçi, idarəetmə və podratçı şirkətlərinin nümayəndələri iştirak ediblər.

Xəbər verildiyi kimi, bu ilin avqustunda Bakı Olimpiya Stadionu ENR jurnalı tərəfindən “İdman və Əyləncə Qurğuları” nominasiyasında “İlin Ən Yaxşı Layihəsi” elan edilib. ENR jurnalının dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirmiş, eyni zamanda layihəni həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi nəzərə alınıb. Builki müsabiqədə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil və turizm obyektləri, sənaye əhəmiyyətli tikililər də yer alıb.

Jurnalın sentyabr sayında müsabiqənin bütün mükafatçıları, o cümlədən Bakı Olimpiya Stadionu haqqında ətraflı məlumat dərc edilib.

​SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib

Neftçilər günü ərəfəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəsmiləri Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsinin Emin Quliyev prospektində tikilmiş iki yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak ediblər.

"Dalğa TV"-nin verdiyi xəbərə görə, SOCAR prezidentinə məlumat verilib ki, istifadəyə verilən 1 ədəd 2 bloklu və 1 ədəd 1 bloklu yeni yaşayış binaları 12 mərtəbədən, mansarddan və ümumilikdə, 204 mənzildən ibarətdir.

Binalar bütün kommunal xidmətlərlə təchiz edilib. Ümumi sahəsi 14 109,5 kv. metr ərazini əhatə edən binaların yaşayış sahəsi 8 235,9 kv. metrdir. Bundan başqa, 1 bloklu binanın birinci mərtəbəsində 505,2 kv. metr, 2 bloklu binada isə 963,6 kv. metrlik qeyri-yaşayış sahəsi də var. Binalarda 24 ədəd birotaqlı, 132 ədəd ikiotaqlı, 36 ədəd üçotaqlı və 12 ədəd dördotaqlı mənzil var.

Qeyd olunub ki, binaların eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdərəsi ilə razılaşdırılıb, inşaat işlərinə isə FHN-in rəyi əsasında 2014-cü ilin yanvar ayında başlanılıb. Binaların istilik sistemi mərkəzləşmiş qazanxana ilə əlaqələndirilib. Ərazidə 2 ədəd 300 kubmetrlik hovuz tikilib ki, bu da sakinlərin daimi olaraq isti və soyuq su ilə təchizatına zəmin yaradır. Binalarda Cənubi Koreya istehsalı olan yük və sərnişin liftləri quraşdırılıb. İnşaat işlərinin podradçısı isə “Tikinti-Quraşdırma ANKZ-2” ASC olub. Binaların ətrafı abadlaşdırılıb, sakinlərin səmərəli istirahətinin təşkili üçün şərait yaradılıb.

Sakinlər qarşısında çıxış edən R.Abdullayev qarşıdan gələn Neftçilər günü münasibətilə çoxminli neftçilər ordusunu, bütünlüklə Azərbaycan xalqını təbrik edib. O, SOCAR-ın idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində olduğunu bildirib, bu sahədə mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb. Daha sonra R.Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, onu müşayiət edən şəxslərlə birlikdə mənzilləri gəzib, neftçilərin yaşayışı üçün yaradılmış şəraitlə tanış olub. SOCAR prezidenti neftçilərə mənzillərin order və açarlarını təqdim edib.

​Gürcüstanda milli valyutanın devalvasiyası davam edir

Gürcüstanın milli valyutası - larinin devalvasiyasıdaxili bazarda ajiotajasəbəb olub.

Ölkənin baş naziri İrakli Qaribaşvili larinin məzənnəsinin minimal həddə düşdüyünü, artıq böhranın əsas mərhələsinin geridə qaldığını və bundan sonra vəziyyətin sabitləşəcəyini vurğulayıb.

İ.Qaribaşvili xalqı təşvişə düşməməyə, sakitliyi qorumağa və yanlış ajiotaja yol verməməyə çağırıb.

Baş nazir həmçinin media nümayəndələrini larinin məzənnəsi ilə bağlı məsuliyyətsiz bəyanatlar və xəbərlər yaymaqda ittiham edib. O, bu tip xəbərlərin xalqa zərər verəcəyini bildirib.

Qeyd edək ki, lari keçən ilin noyabr ayından zəifləməyə başlayıb. Yay mövsümündə larinin məzənnəsi sabitləşsə də, iyul ayının ortalarından yenidən azalma başlayıb və dolların məzənnəsi 2,25 lari, avqustda isə 2,30-2,35 lariyə çatıb, sentyabr ayı ərzində isə 2,44 GEL/USD-yə kimi geriləyib.

​Çexiya prezidenti: "Azərbaycanda olan əla maliyyə durumu heç də bütün ölkələrdə yoxdur"

 "Azərbaycan ixracımız baxımından bizim üçün mühüm ölkədir. Biz neftimizin təxminən 30 faizini Azərbaycandan idxal edirik".

"Dalğa TV"  xəbər verir ki, bu sözləri sentyabrın 15-də Bakıda səfərdə olan Çexiya prezidenti Miloş Zeman Azərbaycan prezidenti İlham Əliyev ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Bununla belə, o qeyd edib ki, Azərbaycan digər səbəblərə görə də onlar üçün yaxın ölkədir:

"Əhalimizin sayı demək olar ki, eynidir. İqtisadi artım tempi kifayət qədər məqbuldur. İşsizliyin səviyyəsi isə aşağıdır. Lakin bir məsələni də qeyd etmək istərdim. Prezident Əliyev təvazökarlıq baxımından onu demədi. Azərbaycan öz öhdəliklərini yerinə yetirən ölkədir. Sizi əmin edə bilərəm ki, Azərbaycanda olan əla maliyyə durumu heç də bütün ölkələrdə yoxdur. Mənə bildirildi ki, Azərbaycan ərazisində apardığımız fəaliyyətin sığortalanmasına gəldikdə, heç bir işin pozulması və ya sığorta halı olmayıb. Cənab Prezident, mən bunu yüksək dəyərləndirirəm. Bütün bunlar hamıya aydın olan, lakin adı çəkilməyən ölkələrlə müqayisədə Azərbaycana olan etimadı daha da artırır.

Miloş Zeman bildirib ki, "biz, həmçinin bir sıra iqtisadi və ticari məsələləri müzakirə etdik".

"Qeyd etmək istərdim ki, Çex iş adamları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin birinci mərhələsinə uğurla sərmayə qoyublar. Artıq tikintinin ikinci mərhələsi başlayır. Ümidvaram ki, bu sahədə də əməkdaşlığımız uğurlu olacaq. İnfrastruktur baxımından bu layihə kifayət qədər genişmiqyaslıdır. Azərbaycanın ikinci şəhəri Gəncənin icra hakimiyyətinin başçısı şəhər nəqliyyatı, o cümlədən aşağı gərginlik tramvayları ilə bağlı Çex Respublikasına müraciət edib. Çünki heç kəsin xətrinə dəyməmək üçün bildirim ki, adı çəkilməyən ölkənin verdiyi ilk təklif qəbuledilməz idi. Çexiyanın təklifi daha münasib oldu. Əlbəttə ki, işlədiyimiz ənənəvi sahələr, xüsusən də müdafiə sənayesi, eləcə də Azərbaycanın polis qüvvələri üçün istər radar, istərsə də digər silah növləri baxımından əməkdaşlığa hazırıq".

Çexiya prezidenti vurğulayıb ki, "iki ölkə arasında imzalanmış sənəddə göstərildiyi kimi, biz kənd təsərrüfatı sahəsində əməkdaşlığa açığıq. Bildiyimiz qədər, bu sahədə Azərbaycan öz məhsullarının bir hissəsini ixrac edir və bu baxımdan özünü təmin edən ölkədir. Bundan əlavə, onlarla digər nümunə gətirə bilərəm. Lakin, fikrimcə, onlar haqqında biz sabah biznes forumda söhbət aça biləcəyik. Hamınızı həmin tədbirdə görməyi arzulayıram. Sabah bu haqda daha dolğun danışacaq şəxsləri qabaqlamaq istəməzdim".

O yekun olaraq bildirib ki, "mən cənab prezidenti Çexiyaya səfərə dəvət etdim. Qeyd edim ki, prezidentin rəhbərliyi altında Çex Respublikasına da bir sıra Azərbaycan sərmayələri qoyulsa, çox şad olaram".

Onun sözlərinə görə, Çexiyada mehmanxanalar və kurortlar, investisiya baxımından digər münasib məkanlar var.

"Tam əmin ola bilərsiniz ki, Çexiyada qoyulmuş maliyyə sərmayələri özünü doğruldacaq. Çex Respublikası bu baxımdan Mərkəzi Avropada kifayət qədər təhlükəsiz yerdir. Təbii ki, digər tədbirlər çərçivəsində də görüşəcəyik. Lakin Praqada gələcək görüşümüzü səmimiyyətlə arzulayıram. İnanıram ki, bu görüş baş tutacaq və həmin görüşdə atılmış yeni iqtisadi addımları qeyd edə biləcəyik".

SOCAR Mübariz Mənsimovun şirkətinin alınmasına dair danışıqlar aparılması haqqında xəbərlərə münasibət bildirib

SOCAR “Palmali Holding”in sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmarina”nın alınması məqsədilə danışıqlar aparılması haqqında məlumatları təkzib edib.


SOCAR-ın mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, Türkiyənin bəzi media şəbəkələrində “Palmali Holding”in sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmarina”nın SOCAR tərəfindən alınması məqsədilə guya danışıqlar aparılması haqqında məlumatlar yayılıb.

"SOCAR-ın mətbuat xidməti bildirir ki, bu məlumat tam əsassızdır, hazırda şirkətimiz tərəfindən belə bir investisiya layihəsi nəzərdən keçirilmir, gündəliyimizdə belə bir məsələ yoxdur", - deyə məlumatda deyilir.

SOCAR bu il büdcəyə 1 mlrd. manat ödəyib

 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 998,758 mln. manat həcmində vəsait ödəyib.

"Dalğa TV" şirkətə istinadən xəbər verir ki, bu həcmin 124,503 mln. manatı avqust ayının payına düşür.

Bu ilin yanvar-avqust aylarında büdcəyə ödənilən vəsait ötən ilin analoji dövründən 21% az olub. Avqustda isə azalma 16,5% təşkil edib.

Qeyd edək ki, avqust ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,477 mln. manat vəsait köçürüb. Bütövlükdə isə bu ilin yanvar-avqust aylarında şirkət tərəfindən DSMF-yə ödəniş 92,434 mln. manat təşkil edib. DSMF-yə ödənilən vəsait isə ötən ilin analoji dövründən 3,6% az olub.

SOCAR prezidenti: "DESFA-nın səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıyıq"

"Yunanıstanda seçiləcək yeni hökumətlə bu istiqamətdə müzakirələrimizi davam etdirəcəyik"

 SOCAR Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 66%-nin özəlləşdirilməsində israrlıdır.

"APA-Economics"in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Biz 66% səhm paketinin alınmasında israrlıyıq və bu məsələdə dəyişiklik gözləmirik", - deyə SOCAR prezidenti qeyd edib.

R. Abdullayev qeyd edib ki, bu istiqamətdə Yunanıstanda yeni seçiləcək hökumətlə danışıqlar davam etdiriləcək: "Bildiyimiz kimi, Yunanıstanda seçki gözlənilir. Orada seçiləcək yeni hökumətlə DESFA ilə bağlı danışıqlarımızı davam etdirəcəyik. Sentyabr ayına qədər biz bu danışıqları dondurmuşuq".

Qeyd edək ki, avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və "Hellenic Petroleum S.A." şirkətinin rəhbərləri ilə görüşüb.

Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib.

Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.

Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Bu ilin sonunda “Azərbaycan-Gürcüstan-Türkiyə-Almaniya enerji konfransı” keçiriləcək

Alman İqtisadiyyatının Şərq Komitəsi, İqtisadiyyat və Mədəniyyət üzrə Alman-Gürcü Cəmiyyətinin təşkilatçılığı ilə bu ilin sonunda “Azərbaycan-Gürcüstan-Türkiyə-Almaniya Enerji Konfransı” keçiriləcək.

 

Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransın məqsədi Avropaya enerji təchizatı üzrə Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi mövqelərinin möhkəmləndirilməsi, həmçinin həyata keçiriləcək enerji və infrastruktur üzrə yeni layihələrdə Almaniyanın işgüzar dairələrinin iştirakı üçün potensial sahələrin müəyyən edilməsinə töhfə verilməsindən ibarətdir.

Azərbaycanın Energetika Nazirliyi ölkəmizin Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyinin təminatına yönəlmiş əməkdaşlığının inkişafı baxımından bu konfransın keçirilməsini yüksək qiymətləndirir. Nazirlik konfransın keçirilməsinə dəstəyini ifadə etməklə yanaşı hesab edir ki, enerji əməkdaşlığının dərinləşməsinə xidmət edən belə tədbirlər regional inkişaf və regional əməkdaşlığın inkişafı üçün də şərait yaradır.

Tədbirdə Almaniya, Türkiyə və Gürcüstanın yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı planlaşdırılır.

ARDNŞ prezidenti: “Gələn il ölkə üzrə qazlaşdırma 95 faizə çatdırılacaq”

Ağdaş rayonunun Korarx, Şəkili və Cüvə kəndlərinə uzun illər fasilədən sonra təbii qaz verilib.

Yaşayış məntəqələrinə təbii qazın verilməsi münasibəti ilə təntənəli mərasim keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər.

Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən R. Abdullayev hər kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını söyləyib. O, bu istiqamətdə görülən işlərə diqqəti cəlb edərək gələn il respublika üzrə qazlaşdırmanın 95 faizə çatdırılacağını bildirib. “Azərbaycanda yaşayış məntəqələrinin sürətlə qazlaşdırılması kommersiya məqsədi daşımır, sosial xarakterlidir. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən 2018-ci ilədək ölkəmizin bütün yaşayış məntəqələrinin tam qazlaşdırılması qarşımıza əsas vəzifə kimi qoyulub”.

Tədbirdə bildirilib ki, Korarx kəndində 6390 metr, Şəkili kəndində 17334 metr, Cüvə kəndində isə 8278 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla qaz xətti çəkilib. Üç kənddə ümumilikdə 440 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, indiyədək Ağdaş rayonunda 48 yaşayış məntəqəsi qazlaşdırılıb. Hazırda rayonun Qoşaqovaq, Pirkəkə və Aşağı Ləki kəndlərinin qazlaşdırılması üçün işlər görülür. İlin sonunadək Ağdaşda daha 10 kəndin qazlaşdırılması nəzərdə tutulur. Məlumat verilib ki, bu ilin sonunadək Ağdaşda yaşayış məntəqələrinin 75 faizi təbii qazla təmin olunacaq.

Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kəndlərdə bayrama çevrildiyini bildiriblər. Sonra kəndlərə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

Bakı-Tiflis-Qars dəmir yolunun Marabda-Kartsaxi hissəsində oğurluq olub

Gürcüstanın Tetri-Tskaro rayonu ərazisindəki Marabda-Kartsaxi dəmir yolunda oğurluq hadisəsi baş verib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, 1984-cü il təvəllüdlü N. Qoça, 1975-ci il təvəllüdlü A. Quram və 1986-cı il təvəllüdlü A. Cemal DİN əməkdaşları tərəfindən saxlanılıb.

DİN-nin məlumatda bildirilib ki, dəmir yolunda oğurluq edən üç nəfər şəxs 500 metr mis kabeli kəsib. Hadisə yerində N. Qoça saxlanılıb. Operativ-istintaq tədbirləri nəticəsində oğurluqda iştirak etmiş digər iki şəxs də saxlanılıb. Oğurluq edən şəxslər günahlarını etiraf ediblər. Onların etirafına əsasən, dəmir yolunda həyata keçirdikləri oğurluq ilk dəfə deyil. Onlar əvvəllər də Marabda-Kartsaxi dəmir yolundan 200 metr mis kabel oğurlayıblar.

Azərbaycan və Türkmənistan enerji və neft-qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

 Sentyabrın 10-11-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanda səfərdə olub.

Rövnəq Abdullayev Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul edilib.

Görüşdə Azərbaycan və Türkmənistan arasında enerji və neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, zəngin neft və qaz resurslarına malik olan hər iki Xəzəryanı dövlət bu sahənin inkişafına xüsusi diqqət ayırır. Danışıqlarda mövcud əməkdaşlığın möhkəmlənməsi perspektivləri ətrafında konstruktiv fikir mübadiləsi aparılıb, əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.

Səfər çərçivəsində Rövnəq Abdullayev Türkmənistanın neft-qaz sahəsi və yanacaq məsələləri üzrə Baş nazirinin müavini B. Xocamuxamedov ilə də görüşüb.

Hər iki görüşdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə iştirak edib.

Neftin ucuzlaşma - Səbəbləri

Neftin qiymətləri Çin və Yaponiya kimi ölkələrin iqtisadi statistikalarının açıqlamasından sonra enir.

Dalga TV  Oxu.Az-a istinadən xəbər verir ki, bu iqtisadi statistikaların açıqlanmasından sonra artıq investorlar anlayırlar ki, bu ölkələrdə iqtisadi artım azalır.

Belə ki, iyulda Yaponiyada maşınqayırma məhsullarına sifarişlərin həcmi 3,6% azalıb. Halbuki bu dövr üçün 3,7%-lik artım proqnoz edilirdi. Avqustda Çində istehsalçıların qiymət indeksi keçən ilin anoloji dövrü ilə müqayisədə 5,9% aşağı düşüb. Bu da 2009-cu ildən bu yana maksimal düşmə olaraq qeydə alınıb.

“Standard & Poor”s reytinq agentliyi çərşənbə günü “zibilə” qədər Braziliyanın kredit reytinqini azaldıb, halbuki yalnız yeddi il əvvəl o ilk dəfə investisiya səviyyəsli reytinq almışdı. Braziliya, Çin xammalın ən böyük təchizatçılarından biridir və yaxın vaxtlara qədər dünya iqtisadiyyatının lokomotivlərindən biri hesab edilirdi.

İstehlakın daha azalmasına baxmayaraq, OPEK ölkələri dünya bazarında payını itirməmək üçün neftin istehsalını aşağı salmır.

“2015-ci ilin birinci yarım ilində Səudiyyə Ərəbistanı Asiyada yeddi iri ticarət tərəfdaşına sutkada orta hesabla 4,4 milyon barel neft ixrac edib ki, bu da bu dövr ərzində ölkənin ümumi neft ixracının yarıdan çoxunu təşkil edib”-deyə, ABŞ-ın Energetika İnformasiya İdarəsinin hesabatında deyilib.

Qeyd edək ki, bu gün Brent markalı neftin qiyməti 46, Texas markalı neftin qiyməti isə 43 dollara enmişdi.

Saytda Axtarış

Son xəbərlər