Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2019
DünənDünən3048
Bu həftəBu həftə8120
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8464719

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Azərbaycanda dollar bahalaşıb

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişib 1,0485 (1,0480) manat təşkil edib.

"Dalğa TV"-nin məlumatına görə, manata nəzərən avronun kursu isə 1,1688 (1,1795) manat olub.

"Bakı-Tbilisi-Qars"da istifadə üçün sərnişin vaqonlarının istehsalına başlanıldı (FOTO)

"Bakı-Tbilisi-Qars" dəmir yolu xəttində istismarı nəzərdə tutulmuş yataq tipli sərnişin vaqonlarının istehsalına start verilib.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata g örə, sentyabrın 28-də "Stadler Rail Group" şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda Azərbaycan Dəmir Yolları nın sifarişi ilə və gələcəkdə "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib.

Tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler, Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Əkrəm Zeynallı və hər iki tərəfin nümayəndə heyəti iştirak ediblər.

Gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla d örd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq.

Müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaq ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcək. Müqaviləyə əsasən 2016-cı ilin iyul-avqust aylarında ilk on vaqonun istismara buraxılması nəzərdə tutulub.

Səfər zamanı Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov həmçinin "Stadler Rail Group" şirkətinin Bussnanq regionunda yerləşən ən b öyük zavoduna baxış keçirib. Tədbirdə şirkət haqqında ümumi məlumat verilib, 1942-ci ildə təsis olunması, 1997-ci ildə holdinqə çevrildiyi vurğulanıb.

Qeyd edək ki, 6100 əməkdaşın çalışdığı holdinq səkkiz ölkədə istehsal və xidmət müəssisələrinə malikdir. Metro, tramvay, çarxlı və relsli dəmiryolu üçün müxtəlif ölçülü və təyinatlı qatar və vaqonlar istehsal edir.

 

​SOCAR-ın İnsan resursları Departamentində seminar-müşavirə keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin İnsan resursları Departamentində Vakant yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsi Qaydalarının tətbiqinə dair seminar-müşavirə keçirilib.

Qaydaların tətbiqində məqsəd SOCAR-ın strukturuna daxil olan qurumlarda yaranmış vakansiyaların həmin qurumların imkanları hesabına operativ doldurulması, işçilərin qurum daxilində iş yerlərinin (vəzifələrinin) dəyişdirilməsi və onlara karyera yüksəlişi üçün əlverişli şəraitin yaradılması ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsindən ibarətdir.

Tədbirdə qaydaların tətbiqi, müəssisələr tərəfindən həyata keçirilən işçilərin başqa işə keçirilməsi prosesinin avtomatlaşdırılması istiqamətində edilmiş dəyişikliklər haqqında məlumat verilib, SOCAR-ın müəssisələri üzrə vakant yerlərin daha effektiv formada komplektləşdirilməsi məqsədi ilə İnsan resursları Departamentinin kadr xidmətləri ilə birgə müvafiq kadr ehtiyacı planının hazırlanması prosesi tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Qaydaların tətbiqi ilə bağlı müxtəlif məsələlər müzakirə olunub və meydana çıxan suallar ətraflı cavablandırılıb.

Gürcüstanın Neft və Qaz Korporasiyası: "Cənub Qaz Dəhlizi"nə alternativ görmürük

"Cənub Qaz Dəhlizi" bütövlükdə region üçün böyük fayda verəcək

"Dalğa TV"-nin məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Azərbaycan və Xəzər dənizi Neft və Qaz Həftəsi 2015" (Azerbaijan Caspian Sea Oil Gas Week 2015) konfransında Gürcüstanın Neft və Qaz Korporasiyasının (GOGC) strateji planlaşdırma üzrə məsləhətçisi David Oniani bildirib.

D. Onianinin sözlərinə görə, "Cənub Qaz Dəhlizi" bütövlükdə region üçün böyük fayda verəcək: "Məsələn, Gürcüstan öz nəqliyyat potensialını inkişaf etdirə, o cümlədən qlobal və regional miqyasda tranzit roluna malik olan oyunçuya çevrilə bilər. "Cənub Qaz Dəhlizi" Avropa bazarını bizim regiona daha da yaxınlaşdıracaq. Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə iqtisadiyyatlarının daha da inkişaf etməsi üçün vacibdir və bu ölkələrin strateji planlarına uyğundur".

O, deyib ki, "Cənub Qaz Dəhlizi" Avropa Birliyi üçün prioritet layihələrdən biridir.

Azərbaycan bu il Türkiyəyə daha çox sərmayə yatıran 6-cı ölkə olub

Azərbaycan 2015-ci ilin yanvar-iyun aylarında Türkiyəyə ən çox investisiya yatıranölkələrin siyahısında 6-cı yeri tutub. Azərbaycan investorlarının Türkiyə iqtisadiyyatına məcmu investisiyalarının həcmi 2014-cü ilin müvafiq dö;vrü ilə müqayisədə 103 mln. dollar və ya 58% artaraq 281 mln. dollara çatıb.

"Dalğa TV"-nin Türkiyə İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə gö;rə, 2015-ci ilin ilk yarısında Türkiyəyə ən çox kapital daxilolması Rusiya tərəfindən (752 mln. dollar) həyata keçirilib. Bununla da Rusiya keçən il lider olan Hollandiyanı qabaqlayıb. Hollandiyanın kapital qoyuluşu isə bu il 586 mln.dollar olub.

Qeyd edək ki, Azərbaycan Türkiyəyə kapital transfertlərində Bö;yük Britaniya, Yaponiya, Almaniya, Fransa və ABŞ kimiölkələri geridə qoyub.

​Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,24 dollar yaxud 0,49% bahalaşıb.

"Dalğa TV" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,75 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bakıda beynəlxalq neft-qaz forumu keçirilir

Bu gün Bakıda III Azərbaycan və Xəzər Neft-Qaz Həftəsi işə başlayıb.

"Dalğa TV" xəbər verir ki, üç gün davam edəcək tədbirin təşkilatçısı Böyük Britaniyanın "Olive Kinross" biznes tədqiqatları təşkilatıdır.

Neft-qaz həftəsində 250-dən artıq nümayəndə iştirak edir. Tədbirdə Xəzər dənizinin enerji ehtiyatları, xüsusilə də Azərbaycan sektorundakı iri neft-qaz yataqları, "Şahdəniz", "Abşeron" qaz-kondensat yataqları, müxtəlif enerji layihələri, "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Avropaya ixracı, Cənub Qaz Dəhlizi layihəsi ətrafında müzakirələr aparılır.

Tədbirdə, həmçinin dünya enerji bazarında müşahidə olunan proseslər müzakirə olunur.

Rusiya, Suriya, İraq və İran İŞİD-lə mübarizə üzrə İnformasiya Mərkəzi yaradıblar

Rusiya, Suriya, İraq və İran İŞİD terror qruplaşması ilə m übarizənin əlaqələndirilməsi üçün İnformasiya Mərkəzi yaradıblar.

"Dalğa TV"-nin “RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi-diplomatik mənbə məlumat yayıb.

Rusiya, Suriya, İraq və İran Bağdadda İnformasiya Mərkəzinin yaradılmasına dair qərar qəbul ediblər. Mərkəzə sadalanan ölkələrin baş qərargahlarının n ümayəndələri daxil olacaq deyə mənbə bildirib.

Mənbənin s özlərinə g örə, mərkəzin əsas vəzifəsi Yaxın Şərq b ölgəsində İŞİD-lə m übarizə kontekstində məlumatın toplanması, araşdırılması, təhlili, onun aidiyatı üzrə y önəldilməsi və qeyd olunan ölkələrin baş qərargahlarına operativ öt ür ülməsini təmin etmək olacaq.

Rusiya, Suriya, İran və İraq zabitləri yaradılan quruma rotasiya qaydasında rəhbərlik edəcək.

​SOCAR gələn ilin sonuna Rumıniyada 14-dək əlavə yanacaqdoldurma məntəqəsi açacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin sonuna kimi Rumıniyada 12-14 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bu ölkədə dərc olunan "Neft sənayesi icmalı" jurnalına müsahibəsində bildirib. 

O qeyd edib ki, bu stansiyalar əsasən Rumıniyanın böyük şəhərlərində açılacaq.

Ardını oxu...

SOCAR Yaponiya şirkətlərini OGPC layihəsində iştiraka dəvət edib

SOCAR Yaponiyanın bir sıra şirkətlərinə Azərbaycanda yeni neft və qaz emalı və neft-kimya məhsullarının istehsalı kompleksinin (OGPC) yaradılması layihəsində iştirak etməyi təklif edib. Bunu Trend-ə SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ üzrə bir neçə yapon şirkəti ilə danışıqlar aparılır: "SOCAR Yaponiya şirkətlərinə layihədə səhmdarlar və kreditorlar qismində iştirak etməyi təklif edib.

Ardını oxu...

SOCAR Çilov adasında neft hasilatını artıracaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çilov adasında böyük qazma qurğuları yerləşdirmək niyyətindədir.

R.Abdullayev qeyd edib ki, gələcəkdə bu adanı inkişaf etdirmək üçün böyük qurğuların burada yerləşdirilməsi məsələsinə də baxılır.

Ardını oxu...

SOCAR: Payız-qış mövsümünə hazırlıq məqsədilə yeraltı qaz anbarlara daha 2 mlrd. kubmetr qaz vurulacaq

Azərbaycanın təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulan vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir.


SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda payız-qış mövsümü üçün ''Azneft'' İB-nin “Qaradağ” və “Qalmaz” qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq aprel ayından başlanıb və cari ilin noyabr ayında başa çatdırılacaq.

İndiyədək anbarlara ümumilikdə 1 mlrd. 466 mln. 218 min kubmetr qaz vurulub ki, bunun da 680 mln. 422 min kubmetri “Qaradağ”, 785 mln. 796 min kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.

Mövsümün sonuna kimi anbarlarına ümumilikdə daha 2 mlrd. kubmetr qazın vurulması proqnozlaşdırılır.

Saytda Axtarış

Son xəbərlər